Icma.az
close
up
RU
Həddindən artıq duz istehlakı piylənmə riskini 330 faizdən çox artırır

Həddindən artıq duz istehlakı piylənmə riskini 330 faizdən çox artırır

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Avropa Piylənmənin Tədqiqi Assosiasiyasının apardığı yeni araşdırmaya görə, gündəlik həyatda tez-tez istehlak edilən qidalardan yüksək miqdarda natrium, xüsusilə də qadınlarda ümumi və qarın bölgəsində piylənmə riskini əhəmiyyətli dərəcədə artırır.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Avropa Piylənmə Konqresində (ECO 2025) təqdim olunacaq araşdırma duz istehlakı ilə piylənmə arasında güclü əlaqəyə diqqət çəkir.

Tədqiqat Finlandiya Sağlamlıq və Rifah İnstitutundan Annika Santalahti və onun komandası tərəfindən aparılıb.

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, piylənmə bədən kütləsi indeksinin (BKİ) 30 kq/m² və yuxarı olması kimi müəyyən edilir. Abdominal piylənmə daxili orqanlar ətrafında artıq yağ yığılması ilə ölçülür və daha çox ürək-damar xəstəlikləri riski daşıyır.

Finlandiyada natrium istehlakı 1970-ci illərdə pik həddinə çatdıqdan sonra azalsa da, 2007-ci ildən bu yana sabit qalıb.

Mütəxəssislər vurğulayırlar ki, yüksək natrium qəbulu təkcə “sağlam qidalar” deyil, həm də işlənmiş ət məhsulları, çörək və pendir kimi gündəlik qidalardan qaynaqlanır. Tədqiqat qrupu fərdi tədbirlərin kifayət etmədiyini və cəmiyyət səviyyəsində dəyişikliklərin yalnız qida sektoru ilə əməkdaşlıqda mümkün olduğunu bildirir.

2017-ci il milli "FinHealth" araşdırmasının məlumatlarına görə, qadınlarda gündəlik duz istehlakı ÜST-nin tövsiyə etdiyi gündəlik 5 qramlıq limitdən demək olar ki, iki dəfə, kişilərdə isə üç dəfə çox olub.

Statistik modelləşdirmə ilə dəstəklənən tapıntılara görə, ən çox natrium istehlak edən qrupdakı qadınların ümumi piylənmə riski ən aşağı qrupdakı qadınlarla müqayisədə 4,3 dəfə, qarın boşluğunda piylənmə riski isə 3,4 dəfə yüksəkdir.

Sidik nümunələrindən alınan natrium dəyərləri də oxşar nəticələr verdi. Kişilərdə, sidik nümunələrinə əsaslanan qiymətləndirmədə, ən yüksək natrium qrupunda olan fərdlərdə ümumi piylənmə riskinin 6 dəfə, qarın piylənmə riskinin isə 4,7 dəfə yüksək olduğu müəyyən edilib.

Mütəxəssislərin fikrincə, bu tapıntılar yüksək duz istehlakının toxluq hormonlarına təsir edə biləcəyini və bağırsaq mikrobiomunda və bədən tərkibində bioloji dəyişikliklərə səbəb ola biləcəyini göstərir. Həmçinin qeyd edilir ki, yüksək natrium qəbulu çox vaxt həddindən artıq işlənmiş qidaların istehlakını əks etdirir.

Tədqiqat qrupu bu əlaqənin bioloji mexanizmlərinin daha da araşdırılması lazım olduğunu vurğulayaraq, eyni zamanda qida sənayesinin natrium səviyyəsinin azaldılmasında əsas rol oynaya biləcəyini ifadə edir.

“Gündəlik istehlak edilən qidaların nə qədər duzlu olduğuna diqqət etmək lazımdır”, ifadəsini işlədən tədqiqatçılar, piylənmə ilə mübarizədə təkcə fərdi məlumatlılığın deyil, qida siyasətində köklü dəyişikliklərin də vacib olduğunu bildirirlər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Aprel 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri