Icma.az
close
up
RU
Hədəf Avropanın enerji bazarında etibarlı ciddi oyunçu rolunda çıxış etməkdir Mövqe

Hədəf Avropanın enerji bazarında etibarlı ciddi oyunçu rolunda çıxış etməkdir Mövqe

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Neft, qaz, alternativ enerji sahəsində uğurla həyata keçirilən strategiya Azərbaycanın Avropa bazarlarında etibarlı təchizatçı mövqeyini gücləndirməyə imkan verib və enerji sahəsində diversifikasiya ölkəmizin gələcəkdə mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarını şərh edərkən deyib.

Onun sözlərinə görə, həyata keçirilən strategiya ölkənin enerji sektorunda köklü dəyişikliklər yaratmaqla yanaşı, Azərbaycanın dünya enerji bazarında mövqeyini möhkəmləndirib. “Azərbaycan ilk olaraq, neft strategiyasını həyata keçirməklə dünya enerji bazarında mövqeyini möhkəmləndir. Onun ardınca qaz strategiyası həyata keçirməklə enerji siyasətini diversifikasiya etməklə Avropa bazarlarında etibarlı təchizatçı mövqeyini gücləndirdirdi. Növbəti mərhələdə isə enerji sahəsini diversifikasiya istiqamətlərini genişləndirib alternativ enerji strategiyasını reallaşdırmaqla Avropanın enerji bazarında etibarlı ciddi oyunçu rolunda çıxış etməyi qarşısına hədəf qoyub. Bu məqsədə də nail olunacaq. Azərbaycan  bu məqsədinə nail olmaq üçün təkcə özünün deyil, eyni zamanda bütövlükdə Cənubi Qafqazın və Mərkəzi Asiyanın da potensialından faydalanmaq niyyətindədir. Bu istiqamətdə də siyasətini həyata keçirməkdədir”, - o qeyd edib.  

İ. Yusifov əlavə edib ki, Azərbaycanın yürütdüyü uğurlu enerji strategiyası geniş mənada Avropanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiya bölgəsinin iqtisadi inkişafına və regionlararası sıx əməkdaşlıq formatının yaranmasına xidmət edir. 

O bildirib ki, istər Cənub Qaz Dəhlizi, istərsə də Xəzər-Qara Dəniz Yaşıl Enerji Dəhlizi layihəsi ölkənin regional enerji tranziti və logistika qovşağı kimi strateji mövqeyini möhkəmləndirməklə yanaşı, Avropa ilə Asiya arasında etibarlı enerji körpüsü rolunu gücləndirmək, xarici investisiyaların cəlb olunmasına, ölkənin enerji təhlükəsizliyini təmin edərək iqtisadi inkişafını sürətləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

“Bununla da Azərbaycan enerji təhlükəsizliyi ilə bağlı mürəkkəb reallıqlar fonunda balanslaşdırmaya, şaxələndirməyə təbii qaz və bərpa olunan enerjiyə bərabərhüquqlu yanaşmasına əsaslanan siyasəti öz bəhrəsini verir. Cənub Qaz Dəhlizi ilə başlayan Məşvərət Şurası hazırda yaşıl enerji dəhlizləri təşəbbüsləri üzrə genişmiqyaslı əməkdaşlığın mərkəzinə çevrilir. Azərbaycanın təşəbbüsü ilə yaşıl enerji sahəsində “Xəzər - Qara Dəniz - Avropa”, “Mərkəzi Asiya - Azərbaycan”, “Azərbaycan - Türkiyə - Avropa”, “Azərbaycan - Gürcüstan - Türkiyə - Bolqarıstan” kimi yaşıl enerji dəhlizi layihələrinin reallaşdırılması istiqamətində işlər gedir”, -Yusifov qeyd edib.

İ. Yusifov həmçinin əlavə edib ki, bu strateji enerji layihəsi təkcə Azərbaycanın bərpa olunan enerji potensialının inkişafını nəzərdə tutmur, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə və yaşıl enerji keçidinə mühüm töhfə verir: “Nəticədə həyata keçirilən siyasət nəticəsində Azərbaycan Aİ-nin enerji şəbəkəsinə inteqrasiyasını gücləndirəcək və yaşıl enerji tədarük zəncirini daha da möhkəmləndirəcək. Bu, Azərbaycanın enerji strategiyasında yeni mərhələ olacaq. Cənab prezident İlham Əliyevin toplantıda bəyan etdiyi kimi, bu gün heç vaxt olmadığı qədər enerji təhlükəsizliyi milli təhlükəsizliyin, ölkələrin təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. Azərbaycanla enerji əlaqələrinin inkişafı Avropa ilə iqtisadi əməkdaşlığın inkişafını, daha davamlı və təhlükəsiz enerji gələcəyinə keçidi sürətləndirəcək. Bu baxımdan da  Azərbaycanın həyata keçirdiyi çoxşaxəli enerji strategiyası mühüm geosiyasi əhəmiyyət kəsb edir.

Nəticə olaraq onu qeyd etmək olar ki, bütün bunlar Azərbaycanın beynəlxalq enerji bazarındakı rolunu gücləndirəcək, Avropa üçün alternativ enerji mənbələrinə çıxış imkanlarını artıracaq və Xəzər - Qara Dəniz regionunun enerji tranziti üçün yeni imkanlar yaradacaq”.

Mürtəza
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Aprel 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri