Icma.az
close
up
RU
Hədəfimiz Böyük Birlikdir

Hədəfimiz Böyük Birlikdir

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

3 oktyabr 2009-cu ildə Naxçıvan Sazişinin imzalanması ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb və hər il oktyabrın 3-ü Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir.

Türk dünyasında siyasi, iqtisadi və mədəni həmrəylik platforması olan Şura ötən dövr ərzində tarix, dil, kimlik və mədəniyyət ortaqlığına əsaslanaraq üzv dövlətlər arasında qarşılıqlı əməkdaşlığın və etimadın gücləndirilməsində mühüm rol oynayıb.

2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən IX Zirvə görüşü və burada imzalanmış Naxçıvan Bəyannaməsi türk dünyası üçün mühüm tarixi hadisə idi. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistan dövlət başçılarının iştirakı ilə həyata keçirilən bu toplantıda həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq perspektivləri müəyyən edildi.

Şura beynəlxalq hökumətlərarası təşkilat kimi, üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda sülhün qorunması, ortaq xarici siyasət mövqelərinin təşviqi, iqtisadi, sosial və mədəni inkişafın sürətləndirilməsi kimi missiyalara malikdir. Bununla yanaşı, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, elm və texnologiya sahəsində əməkdaşlıq, hüquqi sahədə məlumat mübadiləsi və KİV-lər arasında əlaqələrin gücləndirilməsi də təşkilatın prioritetləri kimi müəyyənləşdirilib.

Türk Dövlətləri Əməkdaşlıq Şurası 2009-cu ildən bəri hər il üzv ölkələrin dövlət başçılarının Zirvə toplantısını keçirmiş və təşkilatın fəaliyyətini genişləndirmişdir. TÜRKSOY, Beynəlxalq Türk Akademiyası,Türk Mədəniyyəti və İrsi Fondu, Türk Ticarət və Sənaye Odası və digər əlaqədar qurumlar vasitəsilə Türk Şurası həm mədəni, həm də iqtisadi sahədə i teqrasiya proseslərinə böyük töhfələr verib. 2021-ci ildə Əməkdaşlıq Şurasının adı “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilmiş və “Türk dünyasına baxış – 2040” strategiyası qəbul edilmişdir.

Bu gün TDT-na üzv dövlətlər ortaq tarix, dil və mədəni dəyərlərdən güc alaraq, Avrasiya regionunda sülh, sabitlik və rifahın təmin olunmasında mühüm rol oynamaqdadır.

Türk dövlətləri arasında münasibətlərin dərinləşdirilməsi, türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycan xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artırılması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərir.

Prezident İlham Əliyev TDT- nın Zirvə görüşlərindən birində Türk dövlətlərinin gələcəyi haqqında belə demişdi: “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”.

Böyük türk birliyinə nail olmaq üçün Azərbaycan dövləti məqsədyönlü siyasət aparır, iqtisadi cəhətdən türk dövlətlərini bir- birinə bağlayan və TDT-nin geosiyasi təsir gücünü artıran regional və qlobal miqyaslı layihələr irəli sürür.

Hər il təşkil olunan Zirvə görüşlərində ümumtürk geo-siyasi maraqlarının qorunması və ortaq mədəni dəyərlərimizin təşviqi diqqət mərkəzində saxlanılır.

Bu gün hər bir türk dövləti Təşkilatın qarşısında duran tarixi missiyanı layiqincə yerinə yetirilməsinə öz töhfəsini verməkdədir. Üzv dövlətlərin hər birinin yürütdüyü siyasət bütövlükdə türk dünyasının həmrəyliyinə və əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə əsaslanır. Qarşıda dayanan hədəflərə doğru qətiyyətli addımların atılması, o cümlədən Zəngəzur dəhlizinin açılması türk dünyasının qlobal mövqelərini daha da möhkəmləndirəcək. XXI əsr sözün əsl mənasında “Türk əsri”olacaq.

Cavanşir Feyziyev,

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Oktyabr 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri