Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Minlərlə azərbaycanlı, tək missiya Məqsəd BİRLİKDİR

Minlərlə azərbaycanlı, tək missiya Məqsəd BİRLİKDİR

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Qloballaşma sürətləndikcə dünyanın müxtəlif ölkələrində yaşayan xalqlar üçün milli kimliyin qorunması çətinləşir və prioritet məsələyə çevrilir.

Sfera.az bildirir ki, informasiya axınının sərhədsizləşdiyi, mədəni sərhədlərin zəiflədiyi bir zamanda milli dəyərləri qoruyub saxlamaq təkcə tarixi mirasa sədaqət deyil, həm də milli varlığın davamlılığını təmin edən strateji zərurətdir. Bu kontekstdə xaricdə yaşayan azərbaycanlıların öz dilini, mədəniyyətini və Vətənə bağlılığını yaşatmaq istiqamətində göstərdiyi səylər mühüm rol oynayır. Ən əsası isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və çoxşaxəli diaspor siyasəti, Qarabağa qazanılan möhtəşəm qələbə xaricdəki soydaşlarımız üçün mənəvi dayaq nöqtəsinə çevrilib. 


Xaricdəki azərbaycanlıların yumruq kimi birləşməsindən danışırıqsa, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun xaricdəki icmalarımızla son görüşlərinə diqqət çəkmək yerinə düşər.

Komitə rəhbərliyinin Ərəb ölkələri, Belçika, Niderland və Lüksemburq kimi ölkələrə etdiyi son səfərlər çərçivəsində təşkil olunan görüşlərə ümumilikdə yüzlərlə soydaşımız qatılmışdı. Artıq komitənin təşəbbüsü və dəstəyi ilə xaricdə keçirilən hər bir tədbirdə yüzlərlə soydaşımızı eyni məkanda görmək adi hala çevrilib. Bu, maraqlı göstəricidir, lakin statistik göstərici deyil. Bu, xaricdəki azərbaycanlılarla əlaqələrin uğurla qurulmasının, milli birliyin, Vətənə inamın və dövlətə sonsuz güvənin real təzahürüdür. 


Bu tədbirlər artıq bir tendensiyanı ortaya qoyur ki, Azərbaycan diasporu sistemli şəkildə təşkilatlana, geniş coğrafiyada fəallaşa bilir, yaşadıqları ölkədən, fəaliyyət göstərdikləri mühitdən və sosial mövqelərindən asılı olmayaraq milli həmrəyliyi nümayiş etdirir. Azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq bir mərkəz ətrafında birləşməyi bacarır, dövlətin diaspora verdiyi dəstəyi yaxından hiss edərək birlik və həmrəylik içində fəaliyyət göstərirlər. 


Azərbaycan diasporu bu gün təkcə milli dəyərlərin daşıyıcısı deyil, eyni zamanda ölkənin maraqlarını beynəlxalq miqyasda müdafiə edə bilən güclü ictimai resursa çevrilib. Müxtəlif ölkələrdə keçirilən mədəni tədbirlər, informasiya müharibəsində göstərilən fəallıq və yerli cəmiyyətlərlə qurulan körpülər bu fəaliyyətlərin konkret nəticələridir.


Bir haşiyəyə çıxaq ki, Diaspor Komitəsi son illər olduqca maraqlı layihələr həyata keçirir. Bu layihələr sayəsində diaspor mövzusu ölkə daxilində də xeyli populyarlaşıb, yüzlərlə azərbaycanlını cəmiyyətimiz onların hesabına tanıyıb. Diaspor Gənclərinin Yay Düşərgələri, xaricdə yaşayan alimlərin, həkimlərin forumları, diasporun mütəmadi olaraq Qarabağa gətirilməsi Azərbaycanda böyük maraqla qarşılanır. 

Gəlinən qənaət odur ki, Azərbaycanın beynəlxalq nüfuzunun artması və siyasi-iqtisadi mövqelərinin möhkəmlənməsi diasporumuzun fəaliyyətinə də müsbət təsir göstərib. Vətən müharibəsi dövründə və sonrasında diaspor nümayəndələrinin Azərbaycanı dəstəkləyən təşəbbüsləri, informasiya savaşındakı aktivliyi və ictimai dəstək kampaniyaları bu vətənpərvərliyin təzahürü oldu. Bu gün həmin dinamika qorunur və daha da genişlənir. Güclü dövlət – güclü diaspor konsepsiyası artıq bir şüar deyil, real fəaliyyət modelidir. 


Bu gün asanlıqla deyə bilirik ki, xaricdə yaşayan azərbaycanlılar dövlətin dəstəyini daha yaxından hiss edir, özlərini tək deyil, bütöv Azərbaycan xalqının ayrılmaz hissəsi kimi görürlər. Dövlətin diaspor siyasəti soydaşlarımızın yaşadıqları ölkələrdə sosial və iqtisadi sahələrə inteqrasiyasını da dəstəkləyir. Onların hüquqlarının qorunması, yerli cəmiyyətlərdə fəal və nüfuzlu fərdlərə çevrilməsi, həm fərdi inkişafları, həm də Azərbaycan mədəniyyətinin tanıdılması baxımından xüsusi önəm daşıyır.


Nəticə etibarilə, diasporumuz bu gün milli kimliyi qorumaqla yanaşı, Vətənlə bağlarını möhkəmləndirən, mədəniyyətimizi təbliğ edən və milli maraqları müdafiə edən güclü bir şəbəkədir. Dövlətin bu istiqamətdə yürütdüyü doğru və çevik siyasət bu uğurların əsas təməlini təşkil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 İyun 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see464

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see433

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see307

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see304

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see258

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see247

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see241

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see236

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see230

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see224

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see216

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see214

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see213

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see212

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see210

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see198

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see195

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see193

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri