Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Hədiyyə həm də tərbiyədir...

Hədiyyə həm də tərbiyədir...

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Son dövrdə mənəvi ekologiyamızda əmələ gələn erroziyalar dilimizdə də aydın görünür, “rüşvət”ə “hörmət” deyirik. Bu “hörmət”in bir qədər yumşaq variantını isə “hədiyyə” adlandırırıq.
Əslində isə hədiyyə rüşvət anlayışından, təmənna düşüncəsindən uzaqdır...
Hədiyyə həmişə olub, bu gün də var, bundan sonra da olacaq. İstər dostlar arasında, istər qohumlar arasında, istərsə də ailə arasında. Hədiyyə verməkdə məqsəd könül sevindirməkdir. Ancaq bəzən hədiyyə könül sevindirməklə yanaşı, ciddi bir problemin (və ya problemlərin) həlli də ola bilər. Bu mənada, xalqımız arasında daha çox “pay vermək” kimi məşhur olan şey də əslində elə hədiyyə verməkdir.
Maraqlıdır ki, bizdə həqiqi mənada hədiyyə deyəndə ağlımıza daha çox ətir, çiçək və ya bu kimi şeylər gəlir. Əslində isə hədiyyə hər şeydir. Yəni, hər şeydən hədiyyə vermək olar. Əgər hədiyyə məfhumunun mahiyyətini qısa şəkildə ifadə etmiş olsaq, deyə bilərik ki, hədiyyə qarşı tərəfin könlünü almaq, ya da hansısa ehtiyacını ödəmək üçün verilən (həm də heç bir təmənna gözləməmək şərti ilə) əşyanın adıdır.
Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) də həmişə hədiyyə verməyə təşviq etdirdi. Hədiyyənin çox mühüm bir mənası da insana dəyər vermək, daha doğrusu dəyər verdiyini əyani şəkildə nümayiş etdirməkdir. İnsan təbii ki, dəyər verdiyinə hədiyyə verər. Bundan başqa, barışmaq üçün də hədiyyə vermək olar.
Peyğəmbərimiz özü də hədiyyə qəbul edir və hədiyyə verirdi. Hədiyyə də sədəqə kimi Allah qarşısında sədaqətini, səmimiyyətini isbat etmək üçün bir yol, bir vasitədir. Ancaq bir məqamı unutmaq olmaz ki, hər iki halda əvəzi qarşı tərəfdən (yəni, sədəqə və ya hədiiyə verdiyin adamdan) yox, Allahdan ummaq lazımdır. Allah öz bəndələrinin bu cür xeyirxah və fədakar hərəkətlərini çox sevir...
Bir gün Rəsulullah (s.ə.s.) Bilal Həbəşinin evinə qonaq gedir və evin bir küncində bir qədər xurma görür. Soruşur:
- Ey Bilal, bu xurmaları niyə burada yığıb saxlamısan?
Bilal cavab verir:
- Ey Allahın Rəsulu, o xurmaları nə vaxtdan bəri orada saxlayıram ki, Siz nə vaxt bizim bu kiçik evimizə təşrif buyursanız, Sizi qonaq edim.
Rəsulullah deyir:
- Ey Bilal, sən Allahın sənə verdiyindən pay ver, yığıb saxlama. Allah (c.c.) fədakar, əliaçıq bəndələrini sevir...
Ədaləti ilə şöhrət qazanmış xəlifə Ömər ibn Əbdüləziz isə hədiyyələrdən imtina edir. Soruşurlar ki, Peyğəmbərimiz və ondan sonra gələn dörd böyük xəlifə hədiyyə qəbul etdikləri halda, sən niyə hədiyyə qəbul etmirsən? Ömər ibn Əbdüləziz cavab verir ki, onların dövründə hədiyyə əsl hədiyyə idi. İndi isə insanlar ya bir əvəz gözləyərək, ya da bir təmənna umaraq hədiyyə verirlər. Bu isə əsl hədiyyə deyil...
Peyğəmbərimizin dövründə zəkat məmurları var idi. Bu məmurlar kənd-kənd, şəhər-şəhər gəzir və dövlət xəzinəsi üçün zəkat yığırdılar. Bir gün bu məmurlardan biri gətirdiyi malların bir hissəsini ayırır və deyir:
- Bunlar zəkat mallarıdır, bunlar isə mənə verilən hədiyyələrdir. 
Rəsulullah (s.ə.s.) soruşur:
- Sən zəkat məmuru olmasa idin, sənə bu hədiyyələri verərdilərmi?..
Və məmur başını aşağı salıb susur. Əslində Peyğəmbərimizin verdiyi bu sualın cavabı məlumdur. Əlbəttə ki, o səhabə zəkat məmuru olmasa idi, ona heç kim o hədiyyələri verməzdi...
Ailədə hədiyyə vermək, hədiyyə qəbul etmək çox gözəldir. Böyüklərin uşaqlara hədiyyəsi nə qədər dəyərli, nə qədər bahalı olsa da, kiçiklərin böyüklərə hədiyyəsi daha dəyərli, daha “bahalıdır”. Heç düşünürsünüzmü, körpə uşağınız günlərlə düşünür və sizin bir əlamətdar gününüz üçün hədiyyə düzəldir: ya bir şəkil çəkir, ya bir şeir yazır, ya da özünə görə bir şey icad edir. İstədiyi tək şey isə sizin sevginizi qazanmaq və öz sevgisini sizə isbat etməkdir. Bu hədiyyənin maddi bir dəyəri olsa da, olmasa da, uşağınızın sizi sevindirmək üçün tər tökməsi dünyaya bərabərdir. Təbii ki, evdə böyüklərdən ən çox hədiyyə umanlar da elə kiçiklərdir. Ailədə hədiyyə vermək məsələsinə gəldikdə isə bir məqama toxunmaq istəyirik ki, valideynlərin öz uşaqlarının ehtiyaclarını ödəmək üçün aldıqları şeylər hədiyyə deyil. Çünki öz uşağının gündəlik tələbatlarını ödəmək (bu istər paltar olsun, istər yemək) hər bir valideynin borcudur.
Hədiyyələşmək (yəni, hədiyyə almaq, hədiyyə vermək) isə təkcə xeyirxahlıq yox, həm də tərbiyədir.
Hədiyyə vermək və əvəz ummamaq ürəyi geniş olanların işidir. Ürəyinizi geniş tutun ki, insanların ürəyini aça biləsiniz. Əslində, bizim verdiyimiz hər şeyin əvəzini Allah bizə artıqlaması ilə verir: istər bu dünyada, istərsə də o dünyada.
Ən azı onu düşünün ki, sizin pay verdiyinizi, hədiyyə göndərdiyinizi uşağınız da görür və bundan özünə bir “pay” da, bir “hədiyyə” də o götürür. Bu isə artıq sizin ilk qazancınızdır.
Bir də heç vaxt unutmayın ki, bir şey verməyin sevinci, bir şey almağın sevincindən qat-qat üstündür. İnsan hədiyyə verə-verə əslində özünü də tərbiyə edir. Və insan get-gedə inkişaf edir.
Bir sözlə, hədiyyə verin, sevindirin. Siz sevindirin ki, Allah da sizi sevindirsin...
P. S. “Hədiyyələşin ki, bir-birinizə sevginiz artsın” (Hədisi-Şərif).
Murad Məmmədov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 14 Sentyabr 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see697

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see666

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see664

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see512

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see476

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see473

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see457

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see408

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see360

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see353

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see352

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see340

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see338

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see335

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see332

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see328

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see324

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see323

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see315

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see302
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri