Icma.az
close
up
RU
Anaya hədiyyə

Anaya hədiyyə

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Akif ABBASOV

(hekayə)
Vüqar işdən çıxıb evə gedirdi. Yolda tıxac olduğundan avtomaşını asta sürür, arada saxlamalı olurdu. Belə hallarda ətrafı gözdən keçirirdi.

Budur, küçə ilə ağır addımlarla kasıb geyimli, orta boylu, orta yaşlı bir nəfər gedir. Həmin şəxs Vüqarın diqqətini cəlb etdi. O, axsayırdı, üzü tüklü idi, paltarı da toz-torpaqlı. Ayağının birinə şap-şap geyinmişdi, o birinə isə nimdaş bir ayaqqabı.
Maraq Vüdarı götürdü. Maşını yolun kənarına verib saxladı. Onsuz da “Toyota”nı sürmək mümkün deyildi. Böyük tıxac yaranmışdı. Vüqar maşından düşüb həmin şəxsə yaxınlaşdı:
- Olar sizi?
Cavan kişi ayaq saxladı. Təəccüblə varlı-karlı, səliqəli geyimli Vüqara baxdı: “Bu harın, imkanlı adamın onunla nə işi ola bilər”,- deyə düşünsə də mərifətlə:
- Olar. Buyurun, - dedi.
Vüqar səmimi şəkildə:
- Nə isə diqqətimi cəlb etdin, - dedi. -Olar səninlə söhbət edim?
- Buyur.
Vüqar sözə başladı:
- Çox yorğun, halsız görünürsən. Axsayırsan. Paltarın nimdaşdır. Yəqin fəhləsən, işdən gəlirsən. Ayağına nə olub?
Həmin şəxsin adı Məsum imiş. Məsum dedi:
- Dorudur, fəhləyəm. Tikintidə işləyirəm. İş paltarındayam. Axşama qədər fəhləlik edirəm. Bir təhər dolanırıq. Tikintidə ayağıma 32 kiloqramlıq daş düşüb...
- Nə əcəb həkimə getməmisən?!
- Həkimə gedən kimi, yataq rejiminə salacaq.
Vüqar məsləhət bildi:
- Bir-iki gün müalicə olunub işə çıxardın. Ayağın da sağalardı...
Məsum başını buladı:
- Dava-dərmana, həkimə bir ətək pul verməliyəm. İşdən qalsam, dolanışıq çətin olar. Günəmuzd işləyirəm. Əslində bu vəziyyətdə işə çıxmağımın daha mühüm səbəbi var. Gərək əlimdə bir az pul ola.
- Bilmək olarmı nədir o vacib səbəb?
- Anamın ad günü yaxınlaşır. Ona hədiyyə almalıyam. Onu hər il təbrik etmişəm. Bir ayaq nədir ki ana yolunda?! Canım ona qurban!
Məsumun etirafı Vüqarı təsirləndirdi. Onun belə gözəl ürəyəyə malik olması ona son dərəcə xoş gəldi. Əlini pencəyinin qoltuq cibinə salıb bir dəstə pul çıxardı:
- Çox xoşuma gəldin. Sən gözəl insan, yaxşı oğulsan! Halal olsun sənə! Xahiş edirəm, məni səmimi qəbul et.
Pulları Məsuma uzadaraq:
- Sənin anan, mənim anam. Gəl bu pulları yarı bölək. Bir dost kimi. Həm anana hədiyyə al, həm də ayağını müalicə etdir.
Məsum pulu götürmədi:
- Sağ ol, əzizim, sən də çox dəyərli şəxssən. İnsanları sevir, onların qayğısına qalır, kömək əlini uzadırsan. Həyatda sənin kimi insanlar azdır. Mən o pulu qəbul edə bilmərəm. Mən bu zədəli ayaqla ağır yük qaldıra bilərəm, lakin anama hədiyyə almaq üçün mənə təklif olunan pulun havayı ağırlığını qaldıra bilmərəm! Məni düz başa düş!
Məsumun məntiqi qarşısında bir söz deyə bilməyən Vüqar onun əlini sıxıb maşınına sarı getdi.

Bakı şəhəri, 07 sentyabr 2025-ci il


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://reyting.az
archiveBu xəbər 08 Sentyabr 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see222

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see219

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see218

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see216

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see215

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see211

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see210

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see208

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see207

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see204

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see203

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see200

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see199

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see194

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see183

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see182

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see175

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see173

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see170

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri