Icma.az
close
up
RU
Həftəsonu çox fəal oldum Tramp səhhəti ilə bağlı yayılan şayiələri təkzib etdi

Həftəsonu çox fəal oldum Tramp səhhəti ilə bağlı yayılan şayiələri təkzib etdi

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp səhhətinin pisləşməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.

525.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

O bildirib ki, Əmək Günü (Labor Day) həftəsonunu mediaya müsahibələr verməklə və Virciniyada yerləşən şəxsi qolf sahəsini ziyarət etməklə keçirib.

Qeyd edək ki, Əmək Günü (Labor Day) ABŞ-da hər il sentyabrın ilk bazar ertəsi qeyd olunan rəsmi bayramdır.

“Passiv deyildim, əksinə, həftəsonu çox fəal oldum”, - deyə Tramp Oval kabinetdə jurnalistlərə açıqlamasında bildirib.

Səhhəti ilə bağlı yayılan iddialardan xəbərdar olub-olmadığı soruşulduqda isə o, bu xəbərləri “saxta” adlandırıb.

Həftəsonu ərzində “X” (əvvəllər tviter kimi tanınan) sosial platformasında Trampın sağlamlıq durumu ilə bağlı geniş müzakirələr aparılıb. Bir çox istifadəçi onun son günlərdə ictimaiyyət qarşısına çıxmamasını və xüsusilə ötən həftənin sonunda heç bir rəsmi çıxış etməməsini narahatlıq doğuran əlamət kimi dəyərləndirib.

Cümə axşamı “USA Today” nəşrində vitse-prezident Ceyms Venslə müsahibə dərc olunub. Müsahibə zamanı Vensə, lazım gəldikdə ali baş komandan səlahiyyətlərini öz üzərinə götürməyə hazır olub-olmadığı sualı ünvanlanıb. O, Trampın “yaxşı fiziki vəziyyətdə” olduğunu deyib, lakin ehtiyac yarandığı halda vəzifəni icra etməyə hazır olduğunu da əlavə edib.

Prezident Tramp sonuncu dəfə keçən həftə kabinetin toplantısı zamanı jurnalistlərlə geniş ünsiyyətdə olub. 26 avqust tarixində keçirilən həmin sessiya 3 saatdan artıq davam edib və bu, onun prezident kimi kameralar qarşısında ən uzun çıxışlarından biri olub.

Əmək Günü münasibətilə keçirilən tətil günlərində jurnalistlər Trampın hər gün Ağ Evi tərk edərək şəxsi qolf sahəsinə yollandığını müşahidə ediblər.

Qeyd edək ki, aprelin 11-də Tramp Vaşinqton yaxınlığındakı Walter Reed Milli Hərbi-Tibbi Mərkəzində geniş tibbi müayinədən keçib. Ağ Ev tərəfindən yayımlanan rəsmi nəticələrə görə, onun ürək ritmi normal olub və ciddi sağlamlıq problemi aşkarlanmayıb.

Lakin 17 iyulda, Ağ Evin mətbuat katibi Karolin Livitt Trampın ayaqlarında şişkinlik və sağ əlində göyərmə izlərinin olduğunu təsdiqləyib. Fotoşəkillərdə onun ayaqlarının şişmiş, əl nahiyəsinin isə kosmetik vasitələrlə örtüldüyü müşahidə olunub.

Prezidentin şəxsi həkimi Şon Barbabella, Ağ Ev tərəfindən yayımlanan məktubda bildirib ki, müayinələr nəticəsində ayaqdakı problemin xroniki venoz çatışmazlıq – əsasən 70 yaşdan yuxarı şəxslər arasında rast gəlinən hal – olduğu müəyyən edilib.

Həkimin sözlərinə görə, əlindəki göyərmələr isə yumşaq toxumalarda yaranan yüngül qıcıqlanmanın nəticəsidir. Bu vəziyyət Trampın tez-tez əl sıxması və ürək-damar xəstəliklərinin profilaktikası məqsədilə qəbul etdiyi aspirinlə əlaqələndirilir.

"525"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Sentyabr 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri