Icma.az
close
up
RU
Həkim filosofun “idrak pəncərəsi”

Həkim filosofun “idrak pəncərəsi”

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Təcrübəli həkim-filosof Sabir Əzizoğlunun yenicə işıq üzü görən kitabı “Fəlsəfənin fizioloji və ilahi mahiyyəti” adlanır. “Elm və təhsil” nəşriyyatında çap olunmuş bu kitabda fundamental mövzulara özəl fəlsəfi baxış sərgilənib. Müəllif yaranışın dərkində, insan fiziologiyasının sirlərinin açılmasında ilahi hikmətlərin böyük rol oynadığını elmi müstəvidə əsaslandırmağa çalışıb. 

Sabir Əzizoğlunun elmi-fəlsəfi yaradıcılığına yetərincə bələd olan filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı yazır: “Sovet dönəmində elmi həqiqətləri dini təsəvvürlərlə bağlamaq fanatizm, cahillik sayılırdı. Buna görə də alimlərin özləri belə dini mənbələrə, xüsusən Qurana istinaddan çəkinirdilər. Halbuki haqqın dərk olunmasında elmin, elmi sirlərin açılmasında ilahi hikmətlərin rolu danılmazdır. Yaranışın elmi məqsədli olduğunu oxucularına aşılayan kitablar çox az yazılır. Kəhkəşan, aləm elmə az məlum olan sirlər üzərində qurulmuşdur və gözəgörünməz tellərlərlə bir-biri ilə vəhdətdədir. Uzun müddət həkim işləmiş, tibbin sirlərinə dərindən bələd olan və bəzi məsələlərin təcrübi tərəfini dərindən bilən Sabir Əzizoğlu Əliyev kitablarında elmi-mənəvi mövzuları ətraflı araşdırır, ənənəvi yanaşma prinsipindən fərqli şəkildə yeni fikirlər irəli sürür”.

Müəllifin təqdim olunan kitabı da bu baxımdan istisna deyil. Əsərdə fəlsəfə elminin fizioloji əsasları ətraflı izah olunur, yeni fikirlər irəli sürülür. Dünya və insan münasibətləri, düşüncənin forma və hüdudları araşdırılır, bəşər övladının fəlsəfi-fizioloji inkişafı, mahiyyəti, nitq qabiliyyətinin inkişafı haqqında bəlli bilgilərə yeni baxış bucağından yanaşılır. İnsanın yaradıcılıq funksiyası da elə elmi yaradıcılıq təhlili süzgəcindən keçirilir. Kitabın annotasiyasında da qeyd olunduğu kimi, Sabir Əzizoğlu insanı əhatə edən aləmdə və cəmiyyətdə cərəyan edən qanunauyğunluqlar, ilkin materiyaya, mənəvi ruhi halın fəlsəfi anlamına diqqət yönəldib, insanın mənəvi dünyasına üz tutub və bir çox sirli məqamları üzə çıxarıb. Əsərdə fərd, şəxs, şəxsiyyət anlayışlarının fəlsəfi “kod”larının açılmasına üstünlük verilib, mahiyyət və təzahürün dialektikası elmi əsaslarla izah edilib.

Fəlsəfə elmləri doktoru Füzuli Qurbanov rəyində göstərir ki, bizim əsrdə də aktuallığını itirməyən fəlsəfənin dərkinə özəl cəhdlər edilməsi təqdirəlayiqdir. “Elm tarixindən məlumdur ki, konkret elm sahələrinin təmsilçiləri fəlsəfəni çalışdıqları sferanın “idraki pəncərə”sindən anlamağa meyil etmişlər. Məsələnin bu tərəfi də olduqca maraqlıdır. Çünki fəlsəfə bütün intellektual-elmi fəaliyyət sahəsini əhatə etdiyindən, ayrı-ayrı elmlərin işığında onun necə göründüyü qiymətlidir... Bu qısa izahlar onu göstərir ki, indi həm elmi, həm də fəlsəfi baxımdan ən müasir problemlərin həllində qarşılıqlı əlaqə prinsipial aktuallıq kəsb edir. Bu prizmadan baxanda fəlsəfənin mahiyyətində elmiliklə ilahiliyin nisbətinin axtarışı da çox maraqlı və əhəmiyyətli görünür. Bu istiqamətdə çalışanların sırasında Azərbaycan həkimi və alimini görmək, təbii ki, xoşdur. S.Əzizoğlunun bu kitabı vurğuladığımız məqamların işığında maraqlı görünür”.

Yeni kitabın “Dünya yaranıb elm ilə incə, dərk edib düşünmək layiqdir öncə”, “Mahiyyət və təzahür nədir?”, “Fəlsəfə elminin fizioloji əsasları”, “İlahi mahiyyət”, “Üstün yaradıcı düşüncə formalarının təhlildə ardıcıllığı”, “Əqli nəticə – fizioloji dəyərləndirmə” və s. kimi bölümləri (bunların ümumi sayı 47-dir) elmi, yəni inandırıcı əsaslandırmaları ilə maraq doğurur. İnamla demək olar ki, Sabir Əzizoğlunun yeni kitabının başlıca məziyyəti yaranışın məğzini anladan elmin, ilahi qüvvəyə əsaslı inamın və imanın sayəsində oxucunun qəlbini nurlandırmaq cəhdidir. 

Ə.DOSTƏLİ 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Aprel 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri