Icma.az
close
up
RU
Həkim həyəcan təbili çalır: uşaq və yeniyetmələrə smartfonlarla bağlı vaxt məhdudiyyəti tətbiq edin, beyinə mənfi təsir edir

Həkim həyəcan təbili çalır: uşaq və yeniyetmələrə smartfonlarla bağlı vaxt məhdudiyyəti tətbiq edin, beyinə mənfi təsir edir

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeniyetmələrin smartfonların “əsirinə” çevrilməsi müasir dövrün ciddi problemlərindən birinə çevrilib. Bu məsələ valideynlərlə yanaşı, elm adamlarını da narahat edir. Çünki mobil telefon aludəçiliyinin onların həyat tərzi ilə yanaşı, sağlamlığına da kəskin mənfi təsiri var.

Problem dünyanın bir parçası olan Azərbaycandan da yan keçmir və ölkədə də tibbi mütəxəssislər, psixoloqlar bununla bağlı həyəcan təbili çalır. Hələ bir neçə il əvvəl Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılan araşdırmaların nəticələri ortaya qoymuşdu ki, mobil telefonlardan çox istifadə edən insanlarda xərçəng xəstəliklərinin yaranma ehtimalı daha çoxdur.

Həkim Rəna Yusifova da Bizimyol.info xəbər portalına açıqlamasında bu fikri bölüşdüyünü vurğulayıb. Həkim xüsusən uşaq və yeniyetmələrə mənfi təsirinə diqqət çəkib. Onun sözlərinə görə, smartfonlardan nəinki çox istifadə etmə, hətta bu cihazları bədənə çox yaxın məsafədə saxlama belə, uşaq və yeniyetmələrin orqanizminə ziyan vura bilər: “Çünki bu halda toxumalarda ionlaşmaya səbəb ola bilər. Bu da maddələr mübadiləsinin pozulmasına gətirib çıxarar. Uşaq orqanizmi ilə yetkin insanın orqanizmi fərqlidir. Uşaq orqanizmində maddələr mübadiləsi sürətli gedir”.

Həkim hesab edir ki, smartfonlardan istifadə ilə bağlı mütləq vaxt məhdudiyyəti tətbiq olunmalıdır. Əks halda, xoşagəlməz nəticələr, o cümlədən orqanizmə mənfi təsirlər qaçılmaz olacaq: “Bəzən yeniyetmələrdə səbəbi izah olunmayan aqressivlik, yorğunluq və s. hallar müşahidə edirik. Tədqiqatlar göstərir ki, bu, həmişə olmasa da, bir çox hallarda mobil telefon aludəçiliyinin arzuolunmaz nəticəsidir. Bu nəticə zamanla özünü göstərir. Yeniyetmə fərqinə varmır, özü də bilmir ki, nədən oldu”.

Kanadada aylıq nəşr edilən və texnologiya ilə əlaqənin insana təsirini, kiberpsixologiyanı araşdıran “Computers in Human Behavior” (İnsan davranışında kompüterlər” jurnalının ortaya çıxardığı nəticələr də narahat olmağa əsas verir. Alimlər belə qənaətə gəlib ki, smartfonların ekranını sürüşdürməklə vaxt keçirmək uşaqları zombiləşdirir. Başqa sözlə, yeniyetmələrin psixi problemləri ilə telefonlardakı “ekran sürüşdürməsi” arasında birbaşa əlaqə olduğu aşkarlanıb.

Ümumiyyətlə, rəqəmsal əsrdə yeniyetmələr smartfonların və sosial şəbəkələrin təsirinə xüsusilə həssasdırlar. Sosial şəbəkələr, videolar, oyunlar - bütün bunlar nəinki yeniyetmələrin həyatının ayrılmaz hissəsinə çevrilib, həm də yeniyetmə və gənclər sanki çox vaxt telefon və kompüterdə yaşamağa üstünlük verirlər. Bu seçim çox vaxt şüurlu seçim olmur.

Jurnalın araşdırması telefon ekranına baxma, ekran sürüşdürməsi ilə yeniyetmələrdəki narahatlıq, depressiya, aqressiya və impulsivlik də daxil olmaqla artan psixi sağlamlıq problemləri arasında güclü əlaqəni üzə çıxarıb.

Sosial şəbəkələrdə və ya video platformalarda lentin sonsuz sürüşdürülməsi bir çox yeniyetmələr üçün həyat tərzinə çevrilib. Məsələn, onlar TikTok-da videolara və ya başqa şosial şəbəkələrdə foto və videolara saatlarla baxa bilərlər. Maraqlıdır ki, onlar üçün nə bəyənmələr, nə şərhlər, nə də şəbəkələrdə öz paylaşımlarını yaratmaq əhəmiyyətlidir. Gənclər tez-tez deyirlər ki, beləcə, onlar istirahət edirlər. Lakin elm adamları sübut ediblər ki, bu, istirahət deyil, beyin üçün kütləşdirici bir məşğuliyyətdir. Psixikada da asılılıq yaradır.

Passiv “ekran sürüşdürməsi” təklik və narazılıq hissi yaradır. Bu, başqa insanların həyatına şüşədən baxmaq, lakin heç vaxt onun iştirakçısı olmamaq və özün heç nə etməmək kimi bir haldır.

Tədqiqatın müəllifi nevroloq və psixoloq, professor Emma Duerdenin sözlərinə görə, belə davranış “narahatlığı artırır” və çox vaxt darıxdırıcılığa səbəb olur. Darıxdırıcılıq da öz növbəsində aqressiya, qəzəb və ya impulsiv addımlara çevrilir. Bundan əlavə, yeniyetmələr təhlükəli məzmunla qarşılaşır. Bu, zorakılıq, qeyri-real gözəllik standartlarından ibarət videolar ola bilər ki, bu da özünə hörməti aşağı sala və özünə zərər verən davranışlara gətirib çıxara bilər.

Eksperimentdə 12-17 yaş arası 580 yeniyetmə iştirak edib. Tədqiqatın müddəti 9 ay olub. Məlum olub ki, gündə 2 saatdan çox ekran qarşısında vaxt keçirənlər narahatçılıqdan 2 dəfə, emosional problemlərdən və qəbuledilməz sosial davranışlardan (zorbalıq, trolinq, başqalarını alçaltma) 4 dəfə daha çox əziyyət çəkirlər.

Yeniyetmələrin 45 faizində (əvvəllər müəyyən edilmiş psixi sağlamlıq problemləri olmadan) tibbi müalicə tələb edən narahatlıq səviyyəsi özünü göstərib. Alimlər bu vəziyyəti yeni koronavirus infeksiyasının pandemiyasından əvvəlki vəziyyətlə müqayisə etdilər. Məlum olub ki, o zaman yeniyetmələrdə narahatlığın klinik səviyyəsi 8-15 faiz təşkil edir (oxşar nümunədə).

Professor Durden deyir ki, bu, şokedicidir: “Yeniyetmələrin demək olar ki, yarısında narahatlıq artıb”.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 May 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see185

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see174

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see146

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see144

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri