Icma.az
close
up
RU
Makrondan Trampın sülh planına reaksiya: Təslimiyyətə bərabər olan sülh istəmirik

Makrondan Trampın sülh planına reaksiya: Təslimiyyətə bərabər olan sülh istəmirik

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh planının həm Ukrayna, həm də Avropa tərəfindən qəbul edilməsi üçün onu təkmilləşdirmək lazımdır.

Sitat.info xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron  bildirib. 

Keçən həftə təqdim olunan 28 maddəlik ABŞ təklifi Vaşinqtonda, Kiyevdə və Avropada narahatlıq yaradıb və planın Moskvanın maraqlarına daha çox uyğun ola biləcəyi ilə bağlı suallar doğurub.

Makron deyib: “Təşəbbüs doğru istiqamətdədir, amma müzakirə edilməli və düzəldilməli hissələr var. Biz təslimiyyətə bərabər olan sülh istəmirik”.

O əlavə edib ki, hansı ərazi güzəştlərinə razı olacağını yalnız Ukrayna müəyyən edə bilər.

Makrona görə, sülh əldə olunarsa Ukraynanın əsas müdafiə xətti öz ordusunun gücləndirilməsi olacaq və bunun üçün məhdudiyyət qoyula bilməz. O həmçinin bildirib ki, dondurulmuş Rusiya aktivləri Avropadadır və onların taleyinə yalnız Avropa qərar verə bilər.

ABŞ planı isə Ukraynanın ordusuna limit qoymağı və dondurulmuş Rusiya aktivlərinə Vaşinqtonun nəzarətini nəzərdə tutur.

Makron döyüşlər dayandıqdan sonra “təminat qüvvəsi”nin necə olacağına da toxunub: sülh imzalandıqdan sonra Britaniya, Fransa və Türkiyə hərbçilərinin cəbhədən uzaq ərazilərdə təlim və təhlükəsizlik missiyalarında ola biləcəyini deyib. Hazırda 20-yə yaxın ölkə bu prosesdə aktiv iştiraka hazır olduqlarını bildirib.

Gülxar,

Sitat.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://sitat.info
archiveBu xəbər 25 Noyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri