Icma.az
close
up
RU
Həkim tövsiyəsi: “Hər 20 dəqiqədən bir gözünüzü ekranlardan uzaqlaşdırın”

Həkim tövsiyəsi: “Hər 20 dəqiqədən bir gözünüzü ekranlardan uzaqlaşdırın”

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elektron ekranlardan əks olunan işıq gözləri zədələyir



Uzun müddət smartfon və planşet ekranlarına baxmaq artıq görmə qabiliyyətinə təsir edə bilən bir amil kimi tanınır. Lakin İspaniyadan olan mütəxəssislər yeni bir təhlükəni də diqqətə çatdırıblar: günəş işığının ekranlardan əks olunaraq gözlərə düşməsi göz sağlamlığı üçün ciddi risk yaradır. İspaniyada həkimləri iki xəstə ilə qarşılaşmaq təəccübləndirib. 30 yaşlı bir kişi xizək kurortunda dörd saat planşet izlədikdən sonra gözlərinin qarşısında ağaran sahələr gördüyünü bildirib. Digər 20 yaşlı gənc isə çimərlikdə üç saat smartfondan istifadə etdikdən sonra görmə sahəsinin ortasında kor nöqtənin inkişafı nəticəsində görmə qabiliyyəti məhdudlaşıb. Hər iki xəstə günəşə birbaşa baxmadıqlarını vurğulayıb, buna görə də həkimlər zədələnmənin səbəbinin ekran parıltısı olduğunu müəyyən ediblər. İspan oftalmoloqları bildirirlər ki, elektron ekranlardan əks olunan günəş işığı “günəş makulopatiyası” üçün risk faktorudur və insanların bu potensial təhlükə barədə maarifləndirilməsi vacibdir.


Oftalmoloq-cərrah Əsmər Cümşidova Sherg.az-a açıqlamasında müasir dövrdə smartfon, planşet və kompüter ekranlarından istifadənin həyatımızın ayrılmaz hissəsinə çevrildiyini xatırladıb. Oftalmoloq uzun müddət elektron cihazlara baxmağın göz sağlamlığı üçün ciddi risklər yaratdığını bildirib:


 “Göz ən vacib orqanlardan biridir. Təəssüf ki, bir çox hallarda onun qeydinə qalmaq əvəzinə daha da zəiflədirik. Tədqiqatlar göstərir ki, hər 20 dəqiqədən bir gözlərimizi ekranlardan uzaqlaşdırıb, uzaqdakı obyektlərə baxmaq lazımdır.  Ekranın parlaqlığını otaqdakı işıq səviyyəsinə uyğun tənzimləmək, cihazı gözdən ən az 40–50 sm uzaqda saxlamaq lazımdır. Gözləri nəm saxlamaq üçün zərurət olduqda süni göz yaşlarından istifadə edilməlidir. Günəş işığı altında smartfon ekranına baxmaq xüsusilə diqqət tələb edir. Ekrandan əks olunan günəş işığı gözə daha çox işıq düşməsinə səbəb olur, bu isə görmə qabiliyyətinə zərər verir və göz yorğunluğunu artırır. Belə vəziyyətlərdə ekran parlaqlığını artırmaq və kölgəli yerlərdə istifadə etmək faydalıdır”.


Həkim həmçinin qeyd edib ki, təkcə günəş şüaları altında deyil, qaranlıqda telefona baxmaq da göz üçün zərərlidir:

 “Qaranlıqda və zəif işıqlandırma şəraitində gözün bəbəyi genişləndiyinə görə daha çox işıq gözün torlu qişasından arxaya düşür. Uşaqların normal işıqda oxuması və kompüterdə işləməsi daha məsləhətlidir. Ona görə ki, zəif işıqlandırma miopiyanın inkişafına təsir edir və 18 yaşa qədər onu sürətləndirir. Oxuyanda isə digər predmetlərə baxmaq lazımdır ki, göz ancaq yaxın məsafəyə baxmasın və onda göz yorğunluğu daha az olur.Kompüterdən istifadə zamanı arxadan gələn işıq gözü zəiflədir, göz qıcıqlanır, yorğunluğa və göz quruluğuna səbəb ola bilir. Zəif işıq şəraitində istifadə edərkən gözü tez-tez qırpmaq, ən əsası hər 30 dəqiqədən bir 5-10 dəqiqəlik fasilə vermək lazımdır. İrsən keçən və ya sonradan qazanılan göz problemi texnoloji cihazların təsiri ilə daha da ağırlaşır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see161

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see161

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see160

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri