Icma.az
close
up
RU
Həkim və klinika reklam edən bloqerlərə pis xəbər

Həkim və klinika reklam edən bloqerlərə pis xəbər

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir çox ölkələrdə, o cümlədən Türkiyədə bloqerlərin və sosial şəbəkə fenomenlərinin müəyyən sahələr üzrə reklam fəaliyyəti məhdudlaşdırılıb. Bu qərarlar əsasən ictimai sağlamlıq, istehlakçı hüquqları və aldadıcı tanıtımların qarşısını almaq məqsədi daşıyır. Xüsusilə tibbi xidmətlər, dərmanlar və həssas sahələr üzrə reklamların blogerlər vasitəsilə yayılması riskli hesab olunur. Bu təcrübə sosial medianın təsir gücünün artması fonunda yeni hüquqi və etik çərçivələrin formalaşdırıldığını göstərir. Azərbaycanda da bu məsələ aktuallaşmağa başlayıb.
Məsələ ilə bağlı sosioloq Mail Yaqub Demokrat.az-a bildirib ki, bunu tam qadağan etmək kifayət qədər çətin məsələdir:
"Əgər blogerin real izləyici auditoriyası varsa və tanıtdığı məhsul və ya xidmət qanuni və keyfiyyətlidirsə, bunun qarşısını inzibati yolla almaq asan deyil. Bu, müəyyən mənada azad bazar və rəqabət mühitinə müdaxilə kimi qiymətləndirilə bilər".
Sosioloqun sözlərinə görə, məsələ o zaman dəyişir ki, bloqer saxta, peşəkar olmayan və ya insanlara zərər vura biləcək şəxsləri və xidmətləri reklam edir:
"Belə hallarda müdaxilə zəruridir və qarşısı alınmalıdır. Amma söhbət qanuni fəaliyyət göstərən həkimdən, restorandan, klinikadan və ya digər obyektlərdən gedirsə, bunu blogerin sosial şəbəkədə tanıtmasını tam qadağan etmək məntiqli görünmür".
Mail Yaqub deyib ki, bu baxımdan məsələyə birmənalı yanaşmaq doğru deyil.
"Televiziya və radioda reklam necə mümkündürsə, sosial şəbəkələrdə bloger vasitəsilə tanıtım da müasir reklam formasıdır. Ona görə burada əsas məsələ qadağa yox, məntiqi və hüquqi çərçivənin düzgün müəyyənləşdirilməsidir", - deyə o bildirib.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Fevral 2026 06:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri