Icma.az
close
up
RU
Həkim xəstə qarşıdurması: Günahkar kimdir?

Həkim xəstə qarşıdurması: Günahkar kimdir?

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Həkimlərin laqeydliyi, xəstələrə qarşı aqressiv münasibətləri, klinikaların pasiyentlərin şikayətlərinə məhəl qoymamaları Azərbaycan səhiyyə sistemi ilə bağlı əsas şikayətlər arasındadır. Hətta ən bahalı klinikalarla bağlı da bu cür narazılıqlar səslənməkdədir. Paralel olaraq, həkimlər arasında da pasiyentlərin davranışlarından narazılıqlar artmaqdadır.

Son günlər sosial platformalarda da klinikalarda pasiyentlərə qarşı həkimlərin və ümumən personalın kobud rəftarı və səhlənkarlıqları ilə bağlı silsilə statuslara rast gəlinir. Yəni istənilən xəstənin tibb müəssisələrində barmaqarası xidmətlə üzləşmək riski var. Belə hallarda xəstənin həm pulu gedir, həm də canı.

Maraqlıdır, əgər vətəndaş dövlət tibb müəssisəsində və ya özəl klinikada göstərilən tibbi yardımın keyfiyyətindən və ümumən qeyri-insani münasibətdən narazıdırsa, kimdən imdad diləməlidir?

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da pasiyent-həkim münasibətləri bəzi hallarda təşəkkür, bəzən isə pasiyent məmnuniyyətsizliyi, kobud rəftar, peşəkar olmayan davranışlarla müşahidə olunur: 

"Amma təbii ki, bu cür qeyri-peşəkar davranışların artması narahatlıq doğurur. Pasiyentin öz hüquqlarını və müəssisədəki davranış qaydalarını bilməsi, o cümlədən də tibb personalının işində qaydalara və təlimatlara uyğun hərəkət etməsi qarşıdurma və neqativ halların qarşısını almaq üçün ən yaxşı çıxış yoludur”. 

Millət vəkili hesab edir ki, bu cür halların tənzimlənməsində daha çox müəssisənin məsuliyyəti ön plana çıxarılmalıdır: 

"Bizdə hətta xırda texniki proseslərə görə də çox vaxt həkimlə pasiyent qarşı-qarşıya gəlir. Bütün məsələlər həkimdən və digər tibb personalından tələb olunur. Düşünürəm ki, xəstə-həkim-tibb münasibətlərinin tənzimlənməsində "Xəstə xidmətləri şöbəsi”nin rolu artmalı və bu proseslər onlar tərəfindən tənzimlənməlidir. Həkim - həkim deontologiyasına, tibb işçisi - tibb işçilərinin davranış qaydalarına uyğun şəkildə addımlar atmalı və peşəkar vəzifə borclarını həyata keçirməlidir. Biz çox vaxt münasibətlərin gərginləşməsini adi prosedur qaydalardakı pozuntularla başladığını görürük. Burada cavabdeh şəxs kimi həkim yox, hüquqi şəxs olaraq klinikaların cavabdehlik daşıması çox önəmlidir. Dünyanın əksər ölkələrində bu proseslərdə hüquqi şəxs olan müəssisə məsuliyyət daşıyır. Pasiyent belə hallarla üz-üzə qaldıqda ilk növbədə xəstəxana rəhbərliyinə müraciət etməlidir. Əgər hadisədə inzibati pozuntu varsa, Səhiyyə Nazirliyinə, hüquq-mühafizə orqanlarının müdaxilə edəcəyi bir durum varsa, hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır”.

Professor Adil Qeybulla isə hesab edir ki, ümumiyyətlə, bu cür məsələlər qanunla tənzimlənməlidir: 

"Həkim etikası kodeksi” həkimlə xəstə, xəstə ilə tibb bacısı və başqa personal arasında münasibətləri tənzimləməlidir. Bu sənəddə elə maddələr var ki, pozulduğu halda birbaşa məsuliyyət yaradır. Buna görə də bu cür halları hansısa Hippokrat andına və ya mənəvi prinsiplərə bağlamaq yox, qanunla tənzimləmək lazımdır”. 

Həkim-cərrah bildirir ki, əgər xəstəxana şəraitində xəstə ilə kobud davranılıbsa və lazımi diqqət göstərilməyibsə, buna görə xəstənin əmək qabiliyyətində və ya səhhətində problem yaranıbsa, xəstəxana hüquqi məsuliyyət daşıyır:

"Fikrimcə, bizdə də "Həkim etikası kodeksi” qəbul edilməlidir ki, bu cür məsələlər birdəfəlik çözülsün. Əks halda, belə hallar davam edəcək. Bu kodekslə həm də həkimin, tibb bacısının hüquqları qorunur. Kimsə özünə artıq nəvaziş istəyə, yaxud da başqa tələblər qoya bilməz. Mən bunu 90-cı illərdən deyirm. Amma təəssüf ki, bizdə tibb kollektivi, həkimlə xəstə arasında hüquqi münasibətlər uzun illərdir tənzimlənməmiş qalır”.

Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov bildirir ki, həkim-pasiyent münasibətlərindəki qeyri-müəyyənlik vətəndaş cəmiyyətini də narahat edir: 

"Biz 2021-ci ildən bəri dövlət səhiyyə qurumu, həkim və pasiyent təşkilatlarının birgə çalışmalarının faydasını göstərməyə çalışırıq. İlk dəfə keçirdiyimiz forumda pasiyentlərin hüquqlarının qorunması ilə bağlı beynəlxalq təcrübəyə əsaslanan bəyannamə qəbul olundu. Biz bu sənədi aidiyyəti dövlət qurumlarına təqdim etdik. Düşünürük ki, bu sahədə bəzi qanunların yenlənməsi vacibdir: pasiyentin vaxtına hörmət, təhlükəsiz müalicənin təminatı, xəstəni ağrı və əzabdan qurtarmaq kimi məsələlər həll edilməlidir. Bir sıra məqamlar var ki, onlara yenidən baxılmalıdır. Son vaxtlar müşahidə etdiyimiz xoşagəlməz hallar da bu cür hadisələrdir. Xəstə-həkim münasibətləri sırf qanun çərçivəsində olsa, bu cür xoşagəlməz hadisələr də baş verməz”. 

Təşkilat rəhbəri hesab edir ki, özəl klinikaların fəaliyyətinə, o cümlədən orada çalışan həkimlərə nəzarətin artırılması da vacibdir. Həmçinin həkim-pasiyent münasibətlərində tibb işçilərinin də hüquqlarının qorunması diqqət mərkəzində olmalıdır: "Bəzən pasiyent tərəfindən də həkimə qarşı müəyyən xoşagəlməz davranışlar baş verir. Qanunvericilikdə olan boşluqlar buna imkan yaradır. Təbii ki, bu sahədə nəzarət mexanizminin gücləndirilməsi, pasiyent hüquqlarına yenidən baxılması, müstəqil ekspertizanın yaradılması çox vacibdir. Paralel olaraq həkimlərin də hüquqlarının qorunması diqqət mərkəzində olmalıdır. Bunu təmin edə bilsək, belə xoşagəlməz hadisələr də baş verməyəcək. Həm tibb müəssisəsinin, həm həkimin, həm də pasiyentin məsuliyyəti olacaq”. ("Kaspi" qəzeti)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Yanvar 2026 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri