Icma.az
close
up
RU
Həkimdən xəbərdarlıq: “İnfark zamanı insan həyatını 70 faiz xilas edən cihaz...” Hər yerdə olmalıdır!

Həkimdən xəbərdarlıq: “İnfark zamanı insan həyatını 70 faiz xilas edən cihaz...” Hər yerdə olmalıdır!

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Dünən Əməkdar artist Cabir İmanovun qəfil infarkt nəticəsində vəfatı ictimaiyyətdə həm kədər, həm də təəccüb doğurdu. İddialara görə, hadisə zamanı vaxtında və düzgün ilkin tibbi yardım göstərilsəydi, onun həyatını xilas etmək mümkün ola bilərdi.

Bu isə cəmiyyətdə vacib bir sualı gündəmə gətirir: infarkt zamanı ilkin tibbi yardım nə dərəcədə təsirli ola bilər və düzgün müdaxilə necə həyata keçirilməlidir?

Məsələ barəsində “Yeni Sabah”a açıqlama verən kardioloq Ülvi Mirzəyev infarkt zamanı ilkin tibbi yardımın rolundan danışıb: Dördpendirli pizza

“Mən də çox kədərləndim, Cabir müəllim həm sənətimiz, həm də cəmiyyət üçün dəyərli bir insan idi. Şəxsən tanıdığım, çox hörmət etdiyim insan idi. Allah rəhmət eləsin.

Sualınıza gəlincə, infarkt (kəskin miokard infarktı) zamanı hər dəqiqə həyati əhəmiyyət daşıyır. Əsas ölüm səbəbi ürəyin qəfil dayanması və ya çox təhlükəli ritm pozğunluqlarıdır. Belə halda dərhal ilkin tibbi yardım göstərilsə, insanın sağ qalma şansı bir neçə dəfə artır. Çox vaxt problem odur ki, ətrafdakı insanlar nə edəcəyini bilmir və təcili yardım gələnə qədər vaxt itirilir”.

Həkim əsas ilkin yardım addımlarını belə sadalayıb:

“Təcili yardıma zəng edin (103 və ya 113). Hər saniyə vacibdir. Xəstəni sakit uzadın, nəfəsini və nəbzini yoxlayın. Əgər nəfəs və nəbz yoxdursa → dərhal CPR (ürək-ağciyər reanimasiyası) başlayın:

      •   Sinə sümüyünün ortasında hərəkət: dəqiqədə ~100–120 dəfə, təxminən 5–6 sm dərinlikdə bası.

      •   30 sinə basısı → 2 süni nəfəs (əgər bacarırsınızsa).

AED (Avtomatlaşdırılmış Xarici Defibrilyator) varsa, ondan mütləq istifadə edin”.

Müsahibimiz AED barədə də ətraflı izah verib:

AED nədir və niyə vacibdir? AED kiçik, portativ cihazdır. Təyyarələrdə, böyük ticarət mərkəzlərində, stadionlarda çox vaxt olur. Qurğu öz-özünə ürəyin ritmini oxuyur və yalnız lazım olanda şok verir. İstifadəsi çox asandır, cihaz səsi ilə addım-addım təlimat verir, yəni həkim olmaq lazım deyil. İnfarkt və ürək dayanması zamanı AED-nin vaxtında tətbiqi insanın həyatını 70%-ə qədər xilas edə bilir.

İctimai sağlamlıq baxımından bu cür hadisələrin qarşısını almaq üçün CPR təlimləri geniş yayılmalıdır – məktəblərdə, universitetlərdə, iş yerlərində. AED cihazları bütün iri ictimai məkanlarda – teatr, metro, idman zalı, aeroport və s. yerlərdə mütləq olmalıdır. İnsanlar bu cihazların istifadəsindən qorxmamalıdır, çünki səhv basmaq mümkün deyil – AED yalnız lazım olanda işləyir.

Əgər Cabir müəllim kimi insanların yanında ilk yardım bilən birisi və AED olsaydı, bəlkə də nəticə fərqli ola bilərdi. Buna görə də ən böyük dərs odur ki, cəmiyyət CPR öyrənməli, ictimai yerlər AED ilə təchiz olunmalı və təcili yardım çağırışına qədər ilk dəqiqələr düzgün dəyərləndirilməlidir”.

Aytac Əliyeva 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 Oktyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see225

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see214

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see188

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see163

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see161

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see157

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see139

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see136

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see133

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri