Həkimlər əməliyyatları günün 2 ci yarısına salmağa məcburdurlar Adil Qeybulla
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Deputat Qüdrət Həsənquliyev açıqlamasında bildirib ki, saat 18:00-dan sonra həkimlərin əməliyyata girməsi qadağan olunmalıdır.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında tibb eksperti, professor Adil Qeybulla bildirdi ki, əməliyyatları adətən həkimlər günün 2-ci yarısına salmağa məcburdurlar.
"Çünki günün 1-ci yarısı xəstə qəbulu başlayır. Xüsusilə də bu, dövlət xəstəxanalarında belədir. Özəl xəstəxanada da xəstə qəbul olunandan öncə müayinə olunmalıdır. Bəzi xəstələrə ilkin yardım göstərilir, müəyyən müalicələr, ətraflı yoxlamalar aparılır. Bunlar isə vaxt aparır. İstənilən halda əməliyyat hər halda 12:00-dan sonraya təsadüf edir. Əsas məsələ bu deyil. Əsas məsələ odur ki, istənilən bir əməliyyat həkimin kifayət qədər yorğun olmayan vəziyyətində və cərrahi komandanın, anestezioloqların peşəkarlığı səviyyəsində keçə bilsin", - deyə professor bildirdi.
Aytəkin TOFİQQIZI
Baxış sayı:122
Bu xəbər 30 May 2025 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















