Icma.az
close
up
RU
Həkimlər məsuliyyətdən qaçır, xəstəni məharətlə “fırladır” Professor MediClub dan şikayət etdi

Həkimlər məsuliyyətdən qaçır, xəstəni məharətlə “fırladır” Professor MediClub dan şikayət etdi

Icma.az bildirir, Medicina saytına əsaslanaraq.


Bazar günü, xüsusən gecə övladında və ya özündə problem olan xəstə və yaxınları ən yaxında olan özəl klinikaya pənah gətirir, orda hələ müayinə olmadan yüksək məbləğlərin alındığını bilə-bilə xilas olmaq üçün hər şeyə razı olu . Lakin etibarlı hesab etdiyi özəl klinikada da həqiqətdən uzaq acı reallıqla üzləşirlər.

“Medicina” xəbər verir ki, Qərbi Kaspi universitetinin professoru, sənətşünaslıq üzrə elmlər doktoru Elçin Əliyev övladını özəl MediClub klinikasına apardıqdan sonra başına gələnləri yazaraq, xidmətdən narazı qaldığını bildirib.

“Bazar günü gecə saatlarında qızımda şiddətli mədə, qarın ağrısı yarandı, kəskin vəziyyətdən şübhələnib, yaxınlıqdakı MediClub-a tələsməli olduq. Bu kimi vəziyyətlərdə siz etibarlı variantı seçməyə meyllisiniz: bahalı yerdə hər şeyi yəqin düzgün edəcəklər kimi görünür. Təəssüf ki, reallıq gözləntiləri alt-üst etdi.

Növbətçi həkim pediatrın laqeydliyi, ödəniş və sənədlərin işlənməsi sisteminin olmaması , bunlar daha çox bürokratiyaya diqqət yetirməyə vadar edir. Uşağınızın yanında olmaq əvəzinə dəhlizdə qaçır, həkimləri axtarır, çağırır, onlara xatırladır, hesabat, sənəd, ödəniş qəbzi istəyirsiniz. Soruşursan, soruşursan, soruşursan... Elə hey sən qaçırsan... Baxmayaraq ki, xəstəxananın bazar günü gecə xidmətləri üçün aldığı külli miqdarda üç rəqəmli ödənişlər xəstələrə tamamilə fərqli yanaşmadan xəbər verir.

Xoşbəxtlikdən appendisit təsdiqlənmədi. Amma bunun üçün qan analizi 35 manat, USM-dən keçməli 87 manat, pediatr 50 manat, cərraha da 124 manat ödəməli oldum. Bununla belə, qanuni tələblərə baxmayaraq, mən hələ də yazılı nəticə, rəy almamışam. Çünki hər hansı bir imzanın onları məsuliyyətli kimi göstərdiyini bilə-bilə öhdəlikdən yayınırlar.

Təəssüf ki, bu gün tez-tez öz biliklərinə, ixtisaslarına və nəticələrinə arxayın olan həqiqi mütəxəssislərlə deyil, əsas məqsədi bütün məsuliyyətdən qaçaraq, xəstəni məharətlə "fırlatmaq" olan bir dəstə təsadüfi “həkimlərlə” qarşılaşırıq. Təəssüf....”

Qeyd edək ki, gecə saatlarında MediCluba müraciət zamanı belə hallarla bağlı bu ilk şikayət deyil.


Aygün Musayeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 13 Oktyabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri