Icma.az
close
up
RU
Həkimləri qorxudan yeni trend

Həkimləri qorxudan yeni trend

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Kosmetik cərrahlar "fat banking" (piy bankı) adlanan yeni metodun – xəstələrin gələcək estetik prosedurlar üçün öz piylərini əvvəlcədən saxlaması təcrübəsinin populyarlaşdığını qeyd edirlər.
Bizim.Media xəbər verir ki, sertifikatlı plastik cərrah və "New Look New Life" klinikasının tibbi direktoru, doktor Klaudiya Kim bu prosesi pasiyentin piyinin liposaksiya vasitəsilə çıxarılması, dondurulması və gələcəkdə təkrar istifadə üçün saxlanılması kimi izah edir.
"Fat banking – pasiyentin öz piyinin liposaksiya vasitəsilə çıxarılıb dondurularaq gələcək kosmetik prosedurlar üçün saxlanılmasıdır", – deyə Kim bildirir.
 

Piy toxuması ən çox qarın, bud və yan hissələrdən – kifayət qədər həcm toplamağın daha asan olduğu zonalardan götürülür. Gələcəkdə bu materialdan üz korreksiyası (yanaqlar, gicgahlar, gözaltı nahiyələr), həmçinin süd vəzilərinin və ya ombanın böyüdülməsi üçün istifadə oluna bilər.


Metodun əsas ideyası materialı əvvəlcədən "ehtiyat" toplamaqdır ki, gələcədə təkrar liposaksiya keçirməyə ehtiyac qalmasın və orqanizmin öz toxumalarından istifadə edilsin. Bir çox pasiyent bunu filer və implantlara daha təbii alternativ hesab edir.
Lakin mütəxəssislər xəbərdarlıq edirlər: prosedur risksiz deyil.
Doktor Kimin sözlərinə görə, piy köçürülməsi ilə bağlı hər hansı əməliyyat müəyyən fəsadlara – bərk düyünlərin, kistaların, kontur nahamarlıqlarının yaranmasına, infeksiyaya və ya təkrar müdaxilə ehtiyacına səbəb ola bilər.
Əlavə problemlər
Saxlanma şəraiti: Piy canlı toxumadır və dondurulma zamanı onun keyfiyyəti pisləşə bilər. Nəticəyə emal şərtləri, saxlanma müddəti və dondurma metodları birbaşa təsir edir.
Həcm itkisi: Dondurulmuş piy bəzən daha az canlı olur ki, bu da təkrar inyeksiyadan sonra asimmetriyaya və ya gözlənilən həcmin alınmamasına gətirib çıxarır.
 

Estetik təbabət sənayesində ölmüş insanlardan alınan donor piylərinin inyeksiyası da populyarlıq qazanır. Lakin həkimlər vurğulayırlar ki, belə material mürəkkəb emaldan keçir və pasiyentin öz canlı toxumaları kimi davranmır. O, müvəqqəti həcm verə bilər, lakin toxumalara inteqrasiya olunmur.


Həkimlər yekdil fikirdədirlər: artan marağa baxmayaraq, "fat banking" hələ də kifayət qədər öyrənilməmiş bir təcrübə olaraq qalır və pasiyentlər daha proqnozlaşdırıla bilən metodlara üstünlük verməlidirlər.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 May 2026 01:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri