Icma.az
close
up
RU
“Həkimlərimizi tanıyın!” rubrikamızda Elvin Əzizov

“Həkimlərimizi tanıyın!” rubrikamızda Elvin Əzizov

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə peşəkarlığı ilə seçilən və pasiyentləri arasında böyük rəğbət qazanmış Mərkəzi Gömrük Hospitalının otorinolarinqoloqu, t.ü.f.d. Elvin Əzizovu təqdim edirik.

DR. ELVİN ƏZİZOV Mərkəzi Gömrük Hospitalında adenoidektomiya, tonzillektomiya, qulaq pərdəsinə parasentez boru yerləşdirilməsi, xarici qulağın plastikası, açıq və qapalı burun çəpər əyriliyi əməliyyatı, rinoplastika, burun polipləri və burun cibləri xroniki iltihablı xəstəliklərinin cərrahi yolla təmizlənməsi, boynun ön və yan divarının kistlərinin əməliyyatı, qırtlaq biopsiyaları və poliplərinin xaric edilməsi əməliyyatını həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/elvin-azizov/.

Dr. Elvin Əzizov 2007-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirmiş, 2007-2009-cu illərdə Ukraynada Xarkov Diplomdansonrakı Tibb Akademiyasının otorinolarinqologiya kafedrasında ordinatura, 2010-2013-cü illərdə isə aspirantura təhsili almışdır. O, 2013-2015-ci illərdə Xarkov Diplomdansonrakı Tibb Akademiyasının otorinolarinqologiya kafedrasında uşaq otorinolarinqoloqu kimi fəaliyyət göstərmişdir.

Dr.Elvin Əzizov 2015-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-otorinolarinqoloq kimi çalışır. O, 2014-cü ildə Ukraynanın paytaxtı Kiyev şəhərində A.S Kolomiyçenko adına Elmi Tədqiqat Otorinolarinqologiya İnstitutunda "Ağırlaşmış sinusitli xəstələrdə cərrahi müalicənin fotohemoterapiya istifadəsi ilə optimallaşdırılması" mövzusunda dissertasiya müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Daim öz üzərində işləyən, qabaqcıl təcrübəni öyrənərək öz işində tətbiq edən Dr. Elvin Əzizov 2012-ci ildə Ukrayna həkim-otorinolarinqoloaqların elmi-tibbi birliyinin "LOR orqanlarının xroniki iltihabi xəstəliklərinin müasir müalicə və diaqnostika metodları" adlı elmi-praktiki konfransında, 2019-cu ildə Rusiyanın Sankt-Peterburq şəhərində burun boşluğu, paranazal sinusların və kəllə əsasının kadavra materialı üzərində endoskopik sinus cərrahiyyəsi kursunda iştirak etmişdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Yanvar 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri