Icma.az
close
up
RU
Həm Fransa, həm də Qərb Cənubi Qafqazı itirdi Müşfiq Cəfərov

Həm Fransa, həm də Qərb Cənubi Qafqazı itirdi Müşfiq Cəfərov

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

“Gürcüstanda parlament seçkilərinin ardınca prezident seçkilərinin də hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının inamlı qələbəsi ilə başa çatması Qərbin və Fransanın Gürcüstanda süni şəkildə hakimiyyət böhranı yaratmaqla Cənubi Qafqazda destabilizasiyaya nail olmaq planlarını iflasa uğratdı”. 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. 

“Qərb faktiki olaraq Gürcüstan əhalisini şantaj etməklə məşğul idi.  Avropa İttifaqının viza ilə bağlı məsələyə dair bəyanat verməsi, xalq parlament seçkilərinin yekunu olaraq müxalifətə səs verməsi, Aİ gürcü vətəndaşları üçün viza rejimi tətbiq edəcəyini elan etməsi, eləcə də Gürcüstana göstərilən yardımların kəsilməsi ilə bağlı verilən qərar da, əlbəttə ki, seçkilərdən əvvəl cəmiyyətin əhval-ruhiyyəsinə təsir etməyi hədəfləmişdi. Son günlər baş verən hadisələr bir daha göstərdi ki, Gürcüstan cəmiyyətində də xarici siyasətlə bağlı ciddi parçalanma var. Belə ki, Gürcüstanın yeni hakimiyyəti əhaliyə ərazi bütövlüyü və işğal olunmuş ərazilərin qaytarılmasını vəd edir. Eyni zamanda Avropa inteqrasiyasına yox demir. Ancaq Qərb, xüsusilə Fransa gürcü cəmiyyətinə diqtə edir ki, bu, Gürcüstanın yenidən Rusiyanın tabeçiliyinə qayıtmasıdır. Cənubi Qafqaz regionu və Azərbaycan üçün sadiq Gürcüstan daha vacibdir. Buna görə Gürcüstanda siyasi vəziyyətin gərginləşməsi haqlı olaraq region ölkələrini narahat edir. Bu amilləri nəzərə alaraq, bütün regionun diqqətinin Gürcüstana cəlb olunması da normaldır. Düzdür, Fransa  mediası aksiyaların hələ də şiddətlə davam etdiyini yazır, insanları bu aksiyalara cəlb etmək üçün təşviqat aparır, köhnə çəkilişləri yenidən paylaşaraq izdiham effekti yaratmağa çalışır. Amma reallıq budur ki, epizodik halları nəzərə almasaq, Gürcüstanda nisbi sakitlik yaranıb. Ən əsası, parlament binası qarşısındakı aksiyalar səngiyib. Reallıq budur ki, həm Fransa, həm də Qərb Cənubi Qafqazı itirdi. Regiondakı əsas aktorlardan olan Azərbaycan və Gürcüstan bu qüvvələrin məqsədlərinə görə milli maraqlarını qurban vermədi, müstəqil xarici və daxili siyasətlərini davam etdirməkdə prinsipal mövqe nümayiş etdirdi”, - deputat bildirib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://pravda.az
archiveBu xəbər 17 Dekabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see336

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see179

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see116

Berdıyev Azərbaycandan qaçdı Zənglərə cavab vermir

03 İyun 2025 21:58see114

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see113

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see113

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see113

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see112

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see112

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see111

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see111

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see110

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri