HƏMAS dan ABŞ a mesaj: Tərksilahın şərtini açıqladı
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Misirdə danışıqlar aparan HƏMAS nümayəndə heyətinin ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerə tərksilah planının həyata keçirilməsi üçün tələb olunan şərti çatdırdığı bildirilir.
Turkustan.az xəbər verir ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Xəlil əl-Həyyanın başçılıq etdiyi nümayəndə heyəti Misirdə bir sıra mühüm görüşlər keçirib. HƏMAS nümayəndələri Misir Kəşfiyyat İdarəsinin rəhbəri general-mayor Həsən Rəşadla, həmçinin Kuşnerlə görüşüblər.
Misirin Əl-Əlameyn şəhərində keçirilən danışıqlar barədə məlumat verən və adı açıqlanmayan misirli diplomatın sözlərinə görə, HƏMAS nümayəndə heyəti Kuşnerə mühüm mesaj çatdırıb.
Diplomat bildirib ki, HƏMAS İsrailin Baş naziri Binyamin Netanyahunun Qəzza Sülh Komitəsinin tərksilah planında nəzərdə tutulan şərtlərə əməl edəcəyini açıq şəkildə bəyan etməsi halında tərksilah prosesinin həyata keçirilməsinə başlamağa hazırdır.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 17 Avqust 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















