“HƏMAS ın ağırlıq mərkəzlərinə onu məğlub edənə qədər hücum etməyə davam edəcəyik”
Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.
İsrail Baş Qərargah rəisi Eyal Zamir Qəzzadakı “Gideonun döyüş arabaları” əməliyyatının ikinci mərhələsinin başladığını elan edib.
E.Zamir Cənub Komandiri general-mayor Yaniv Asor və yüksək rütbəli birlik komandirləri ilə Qəzzaya səhra turu həyata keçirib.
Qəzzada aparılan müşahidələrdən sonra əməliyyatın ikinci mərhələsinin başladığını deyən Zamir "Qəzzanın mərkəzində qarşıdurmaları artırırıq və HƏMAS-a vurulan ziyanı dərinləşdiririk. Bu məqsədə uyğun olaraq biz əhəmiyyətli ehtiyat kadr səfərbərliyinə başladıq. HƏMAS-ın ağırlıq mərkəzlərinə onu məğlub edənə qədər hücum etməyə davam edəcəyik" deyə vurğulayıb.
HƏMAS hərəkatının silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları isə Qəzza şəhərinin bütünlüklə işğalını hədəfləyən İsrailə qarşı “Musanın Əsası” əməliyyatının başladığını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 04 Sentyabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















