HƏMAS İsrail müharibəsində ŞOK MƏQAM: Planı SEPAH hazırlayıbmış, heç HƏMAS liderinin xəbəri olmayıb
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Oktyabrın 7-də HƏMAS-İsrail müharibəsinin başlamasının iki ili tamam olacaq. Lakin indiyədək də müharibə planının necə və kimlər tərəfindən hazırlandığı hələ də ciddi diskussiya predmetidir. Lakin zaman keçdikcə 7 oktyabr 2023-cü il hadisələrinə aydınlıq gətirliməkdədir. Bəlli olur ki, 7 oktyabr 2023-cü ildə İsrailə gözlənilməz hücumdan nə HƏMAS Siyasi Büronun mərhum rəhbəri İsmail Haniyənin, nə də Hizbullah lideri Seyid Həsən Nəsrullahın xəbəri olmayıb.
Ölkə.az xəbər verir ki, bunu SEPAH-ın “Qüds” komandiri, briqada generalı Esmail Qaani bildirib.
SEPAH generalının sözlərinə görə, Fələstinin HƏMAS qruplaşmasının 2023-cü ilin oktyabrında hücumu o qədər ciddi məxfilik şəraitində həyata keçirilib ki, hətta HƏMAS Siyasi bürosunun mərhum lideri İsmayıl Haniyə və ya Hizbullah lideri Seyid Həsən Nəsrullah belə hücumun vaxtı barədə məlumatlandırılmayıb,
SEPAH-ın “Qüds” briqadasının komadanı, general Qaani İran televiziyasına verdiyi müsahibədə deyib ki, 2023-cü il oktyabrın 7-də başlayan “Əl-Əqsa fırtınası” əməliyyatı ifrat məxfilik səviyyəsində hazırlanaraq həyata keçirilib. "Maraqlısı o idi ki, nə bizə, nə Seyid Həsənə, nə də hətta HƏMAS-ın yüksək səviyyəli liderlərinə bu əməliyyatın dəqiq vaxtı barədə məlumat verilməyib. Qəzza əməliyyatı elan ediləndə Haniyə İraqa səfər etmək üçün hava limanına gedirdi və geri qayıdarkən bundan xəbər tutmuşdu", - iranlı general qeyd edib.
O əlavə edib ki, hücumun başlaması barədə əvvəlcədən heç kimə məlumat verilməsə də, Seyid Həsən Nəsrullah diqqətlə və metodik şəkildə lazımi mərhələləri müəyyənləşdirib.
General Qaani həmçinin bildirib ki, Hizbullahın təzyiqləri İsraili ordusunun üçdə birini Livanın cənubuna göndərməyə məcbur edib.
Mürtəza


