Həmin görüntülər araşdırılıb Sürücülərlə bağlı tədbir görüldü
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı şəhəri Xəzər rayonu ərazisində, Zuğulba–Bilgəh istiqamətində velosiped zolağında nəqliyyat vasitələrinin qanunsuz park edilməsi ilə bağlı yayılan görüntülər üzrə polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
Bakı şəhər DYPİ-dən “Qafqazinfo”ya bildirilib ki, yol hərəkəti qaydalarını pozaraq velosiped zolağında dayanma və parklanma edən sürücülər müəyyən olunub.
Həmin sürücülər barəsində qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görülüb:
“Sürücülərin diqqətinə bir daha çatdırılır ki, velosiped zolaqları yalnız velosipedlərin təhlükəsiz hərəkəti üçün nəzərdə tutulub. Bu zolaqlarda nəqliyyat vasitələrinin saxlanılması və ya park edilməsi yolverilməzdir və bu kimi hallara qarşı nəzarət tədbirləri davam etdirilir”.
Qeyd edək ki, Zuğulba ilə Bilgəh qəsəbələrini birləşdirən yolda salınmış velosiped zolağının avtomobillər tərəfindən zəbt edilməsi ilə bağlı görüntülər yayılıb. Velosiped həvəskarlarının sözlərinə görə, sanatoriyaların və istirahət mərkəzlərinin olduğu istiqamətdə, yolun sağında velosipedçilər üçün salınmış xüsusi zolaq parkinqə çevrilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 01 Avqust 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















