Icma.az
close
up
RU
“Həmin görüşdə qəbul olunan qərarlar böyük perspektivlər vəd edir”

“Həmin görüşdə qəbul olunan qərarlar böyük perspektivlər vəd edir”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“30 ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır. Azərbaycan regionda sülh şəraitində yaşamağın tərəfdarıdır. Çünki müstəqilliyimizi bərpa edəndən bəri biz bu hissi yaşamamışdıq. 2025-ci ilin avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş tarixi Zirvə Görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb, eyni zamanda Birgə Bəyannamə imzalanıb. Bununla da, 30 il ərzində davam edən münaqişə tamamilə bitib, xalqlarımız üçün sülhün, qarşılıqlı etimad dövrünün əsası qoyulub.

Həmin tarixi Vaşinqton görüşündən artıq bir il ötür. Bu görüşdən ötən dövr ərzində  Azərbaycan yeni reallığa və sülh mühitində yaşamağa uyğunlaşır. Ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir. Artıq hər iki cəmiyyət sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Belə ki, artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, şanlı Zəfərdən sonra həyata keçirilən genişmiqyaslı quruculuq işləri və “Böyük Qayıdış” Proqramı hərbi qələbənin necə mülki tərəqqiyə çevrilməsinin ən bariz nümunəsidir: “Azərbaycan dövləti sübut etdi ki, Zəfər yalnız müharibədə qalib gəlmək deyil, həm də sülh yaratmaq və gələcək nəsillər üçün sabitlik təmin etməkdədir. Bu mənada Prezident İlham Əliyevin sülh təşəbbüsləri böyük siyasi iradəni, ədalətli sülhü və Azərbaycanın seçdiyi əməkdaşlıq yolunu tərənnüm edir. Dövlətimizin başçısının diplomatik məharəti sayəsində Cənubi Qafqaz artıq münaqişə zonası deyil, sabitlik, logistika və enerji mərkəzinə çevrilməkdədir. Buna görə də dünya ictimaiyyəti Prezident İlham Əliyevin təqdim etdiyi sülh gündəliyini birmənalı olaraq qəbul edir.

Nəzərə alaq ki, müharibə başa çatdıqdan sonra Azərbaycan tərəflər arasında beynəlxalq hüquqa əsaslanan beş bənddən ibarət prinsiplər əsasında sülh sazişini imzalamaq üçün danışıqlara başlamağı təklif etdi. Ermənistan ilk vaxtlarda bu təklifi qəbul etməsə də, sonradan reallıqlarla barışmalı oldu. Tərəflər birbaşa danışıqlar apararaq sülh sazişinin mətnini razılaşdırdı. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə ötən ilin avqustunda Vaşinqtonda tarixi sülh sammiti keçirildi”. 

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqton şəhərində görüşün keçirilməsi, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə onun nəticələrinə dair Birgə Bəyannamənin imzalanması regional təhlükəsizlik, əməkdaşlıq baxımından mühüm əhəmiyyətə malikdir. Üçtərəfli görüş çərçivəsində əlavə olaraq hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi paraflanıb, habelə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət edilərək Minsk Prosesinin və onunla əlaqədar strukturların tamamilə ləğvi barədə sənəd imzalanıb.

Vaşinqton Sammitinin nailiyyətlərindən biri də Azərbaycanın Naxçıvan bölgəsi ilə maneəsiz bağlantını təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsidir. Bu marşrut – Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinin inteqrasiyasına səbəb olacaq. Hazırda bu layihənin reallaşdırılması istiqamətində praktiki addımlar atılır. 

Samir Vəliyev qeyd edib ki, Vaşinqton razılaşmaları Ermənistan üçün də önəmli faydalar gətirir. Belə ki, ötən bir ildə Azərbaycan Ermənistana yük daşımaları üçün hər cür şəraiti yaradıb. Qazaxıstan və Rusiya Federasiyasından Azərbaycan  ərazisindən tranzit keçməklə Ermənistana buğda və başqa məhsullar daşıyıb. Azərbaycandan isə Ermənistana neft məhsullarının ilk ixracı  ötən ilin dekabrında başlayıb. Rəsmi Bakının bu istiqamətdə Ermənistana neft və neft məhsullarını davamlı tədarük etməsi bu ölkədə yanacağın qiymətinin tənzimlənməsinə, monopoliyanın zəifləməsinə təsir göstərib. Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir. 

Bu ilin aprelində isə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Ermənistana səfər etməsi də rəsmi Bakının sülh prosesinə, əməkdaşlığa sadiqliyinin göstərir. Apreldə tərəflər delimitasiya üzrə təlimat layihələrini razılaşdırıblar. Artıq dövlət sərhədinin 13 kilometrə yaxını rəsmi olaraq müəyyənləşdirilib. 

“Birmənalı olaraq bu və digər razılaşmalar Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün olub. Rəsmi Bakı Vaşinqton görüşündə əldə edilən razılığa və imzalanan sənədlərə uyğun olaraq sülh, normallaşma prosesinə töhfələr verir” – deyən deputat Vaşinqton görüşündə əldə olunan razılaşmalarda Prezident Donald Trampın səylərini də xüsusi vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan-ABŞ münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq regional və qlobal proseslərin mühüm komponentinə çevrilməkdədir. Xüsusilə Bakının Cənubi Qafqazda formalaşdırdığı yeni iqtisadi, siyasi və təhlükəsizlik reallıqları Vaşinqtonun bölgəyə baxışını əhəmiyyətli dərəcədə dəyişib.

Millət vəkili deyib ki, əgər əvvəlki mərhələlərdə ABŞ-nin regiona münasibəti daha çox normativ və vasitəçi yanaşma üzərində qurulurdusa, hazırkı mərhələdə bu münasibətlər praqmatik, işgüzar və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelinə transformasiya olunmaqdadır. Azərbaycanın müstəqil xarici siyasət kursu, regional liderlik statusu və xüsusilə postmünaqişə dövründə ortaya qoyduğu sülhpərvər, konstruktiv mövqe ABŞ üçün ölkəmizi Cənubi Qafqazda etibarlı tərəfdaş kimi ön plana çıxarıb. Bakı yalnız enerji ixracatçısı və tranzit ölkə kimi deyil, həm də regional təhlükəsizliyin təmin olunmasında, beynəlxalq sülh təşəbbüslərinin irəli aparılmasında mühüm aktor kimi qəbul edilir. Məhz bu reallıqlar fonunda Vaşinqtonun Azərbaycanla münasibətləri yeni məzmunla zənginləşir. Nəzərə alaq ki, Cənubi Qafqazda sülhün təmin olunması Tramp administrasiyasının xüsusi diqqət mərkəzindədir. 

Onun sözlərinə görə, bir il öncə əldə olunan Vaşinqton razılaşmaları Azərbaycanın regionda rolunun və təşəbbüslərinin ABŞ tərəfindən yüksək dəyərləndirildiyini sübut edir. ABŞ Prezidenti Donald Trampın Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumu şəxsi qeydi və xoş sözləri ilə birlikdə Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyəsi olaraq göndərməsi də bunun əyani nümunəsidir. Bu fakt Ağ Ev rəhbərinin dövlətimizə və onun liderinə böyük ehtiramının ifadəsidir.

“Bu ilin fevralında ABŞ-nin vitse-prezidenti Vensin ölkəmizə səfəri, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə keçməsinin göstəricisidir. Bundan əlavə, Azərbaycanın Sülh Şurasına təsisçi üzv seçilməsi, Prezident Donald Trampın “Bakı Enerji Həftəsi”in iştirakçılarına məktub göndərməsi, ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun Bakı Enerji Forumunun açılışında iştirak etməsi də mühüm faktlardır. İyunun 2-də Bakıda Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının keçirilməsi də ikitərəfli əməkdaşlığın inkişafına böyük töhfələr  verəcək”, - deyən Samir Vəliyev əlavə edib ki, ABŞ Prezidenti tərəfindən dövlətimizin başçısının Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət olunması Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsini təsdiqləyən mühüm siyasi hadisədir.

“Əlbəttə, bütün bunların əsasında tarixi Vaşinqton görüşü dayanır. Həmin görüşdə qəbul olunan qərarlar bütövlükdə Cənubi Qafqaz üçün böyük perspektivlər vəd edir”, - deyə deputat vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Avqust 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see307

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see297

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see281

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see279

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see273

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see271

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see253

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see224

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see219

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see216

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see213

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see207

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see203

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see197

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see194

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see191

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see188

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see180

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri