Icma.az
close
up
RU
Həmin həkimlərdən biri də Xatirə İslamın bacısıdır

Həmin həkimlərdən biri də Xatirə İslamın bacısıdır

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda fəaliyyət göstərən həkimlərlə bağlı paylaşımları ilə gündəmdən düşməyən ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova bu dəfə müğənni Xatirə İslamın həkim bacısı Günel Əzizova ilə bağlı paylaşım edib. 

Axşam.az xəbər verir ki, jurnalist onun tibb diplomu olmadığını idda edib:

"Azərbaycanda tibb sahəsində necə “yaradıcı” yollarla həkim titulunun paylandığı və şou-biznesin bu prosesdəki “qeyri-rəsmi rolu” haqqında danışmaq istəyirəm. Burada həm ciddi bir məsələni qabardacağam, həm də bir az sarkazmla məsələyə işıq tutacağam. Başlayaq özünü “həkim” kimi təqdim edən Günel Əzizovadan. Xatırladım ki, Günel xanım sosial şəbəkələrdə pasiyentlərini qəbul edərkən onların video görüntülərini yayımlayır, üstəlik, müayinə zamanı deontoloğiya elminə əməl etməyərək onları sözlə əzirdi…

Bir az araşdırmadan sonra məlum oldu ki, Günel xanımın tibb təhsili yoxdur. Amma bu, onun əməliyyatlar aparmasına, ginekoloji prosedurlar həyata keçirməsinə mane olmayıb. Əksinə, o, özünə o qədər güvənir ki, hətta bəzən əməliyyatlara başçılıq edib. Amma heç bir sənəddə adı keçmir. Belə görünür ki, Azərbaycanın bəzi özəl klinikaları üçün əsas məsələ tibbi təhsil yox, “yaradıcılıq” bacarığıdır. Ən maraqlı məqam isə Günel Əzizovanın məşhur bacısıdır – Azərbaycanın şou-biznes ulduzu Xatirə İslam. Xatirə xanımın təsiri ilə Günel Əzizova bir zamanlar tibb müəssisələrində Mirezim Zaidov adlı həkimin köməkçisi kimi işə başlayıb".

G.Ataşova bildirib ki, G.Əzizova əvvəl bir müddət yeni doğulmuş uşaqların olduğu ginekoloji şöbədə işləyib. Jurnalist onun daha sonra tək fəaliyyət göstərdiyini yazıb. O, əvvəllər kosmetolok işləyən G.Əzizovanın daha sonra həkim-ginekoloq kimi fəaliyyət göstərdiyini bildirib.

"Maraqlıdır ki, bu məsələlərdə bəzi klinikaların rəhbərliyi heç bir tədbir görmür. Görünür, TikTok və digər sosial media platformaları artıq tibbi peşəkarlıqdan daha üstün tutulur. Əgər həkimlərimiz bu cür səviyyələrə düşəcəksə, gələcəyimizə necə ümidlə baxa bilərik? Sonda deyim ki, məqsədim kimisə incitmək yox, cəmiyyətimizi maarifləndirməkdir. Həkimlərimizdən isə bir ricam var: TikTok səviyyəsinə düşməyin. Çünki bu səviyyə nə sizə yaraşır, nə də Azərbaycan səhiyyəsinə" deyə, G.Ataşova əlavə edib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://axsam.az
archiveBu xəbər 02 Dekabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri