Icma.az
close
up
RU
“Həmin qurumların maliyyə mənbələri cəmiyyətə açıq şəkildə bəlli olacaq” RƏY

“Həmin qurumların maliyyə mənbələri cəmiyyətə açıq şəkildə bəlli olacaq” RƏY

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycanda xarici media qurumlarının fəaliyyəti yeni qaydalarla tənzimlənir. Ölkədə fəaliyyət göstərmək istəyən xarici media nümayəndələrinin Media Reyestrində qeydiyyatdan keçməsi məcburidir. Bu, onların hüquqi əsasla fəaliyyət göstərməsi üçün zəruri şərt kimi müəyyən olunub.
Rəsmi qurumlar bu addımı informasiya təhlükəsizliyi, şəffaflıq və qanunvericiliyə uyğunluğun təmin olunması ilə əsaslandırır. Bildirilir ki, məqsəd söz azadlığını məhdudlaşdırmaq deyil, qeyri-qanuni və qeyri-şəffaf fəaliyyətlərin qarşısını almaqdır.
Bəs bu dəyişikliklər informasiya mühitinə və media azadlığına necə təsir edəcək?
Media Reyestrində qeydiyyatın məcburiliyi xarici media qurumlarının fəaliyyətinə hansı çərçivələr gətirir?
Bu suallara Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Gununsesi.info–ya verdiyi açıqlamada münasibət bildirib.
O hesab edir ki, “Media haqqında” qanuna edilən son dəyişikliklər media sektorunun şəffaflaşması istiqamətində atılmış növbəti addımdır:
“Çünki bir çox hallarda xarici media subyektlərinin ölkəmizdə qanunvericiliyə uyğun fəaliyyət göstərmədiyinin şahidi olurduq. Eyni zamanda, onların maliyyə şəffaflığı ilə bağlı müəyyən suallar yaranırdı. Bu da informasiya mühitinə və təhlükəsizliyinə mənfi təsir göstərirdi.
Ümumilikdə bu dəyişikliklər media subyektlərinin vahid qanunvericilik çərçivəsində və eyni prinsiplərlə fəaliyyət göstərməsinə şərait yaradacaq. Xarici media qurumları da yerli subyektlərlə eyni hüquqlara malik olacaq, xəbərlərin yayımı və istehsalı ilə məşğul ola biləcəklər.
Bu addımı media azadlığının məhdudlaşdırılması kimi qiymətləndirmək düzgün deyil. Hazırda Azərbaycanda yüzlərlə media qurumu “Media haqqında” qanunun tələblərinə uyğun şəkildə fəaliyyət göstərir və istədikləri məlumatı sərbəst şəkildə yayımlayırlar.
Xarici media subyektləri də eyni şəkildə – jurnalistikanın prinsiplərinə, etik qaydalara və mövcud qanunvericiliyə uyğun olaraq – istənilən məlumatı oxucuya çatdıra biləcəklər. Bu yanaşma həm də onların maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Beləliklə, həmin qurumların maliyyə mənbələri cəmiyyətə açıq şəkildə bəlli olacaq.
Eyni zamanda, bu media subyektlərində çalışan jurnalistlər də ölkəmizdə media üçün yaradılmış imkanlardan yararlana biləcəklər. Digər qurumlara şamil olunan hüquq və imtiyazlar onlara da aid ediləcək. Onlar da materiallarını sərbəst və müəllif imzası ilə yayımlamaq imkanına malik olacaqlar.
Hesab edirəm ki, bu yanaşma ümumilikdə Azərbaycan media mühitinin daha da şəffaf və peşəkar şəkildə inkişafına töhfə verəcək”.
 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 İyul 2025 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri