Icma.az
close
up
RU
Həmin rəislər hakim qarşısına çıxarılır Milyonlar yeyilib...

Həmin rəislər hakim qarşısına çıxarılır Milyonlar yeyilib...

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Dövlət Gömrük Komitəsinin hədə-qorxu ilə külli miqdarda rüşvət alma və digər ağır cinayətlərdə ittiham olunan sabiq vəzifəli şəxsləri hakim qarşısına çıxarılır.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Sabiq gömrükçülər arasında Tovuz Gömrük İdarəsinin rəisi Elçin Şabanov, həmin idarənin Qırmızı-Körpü gömrük postunun rəisi Vasif Abıyev, Bakı Baş Gömrük İdarəsinin inspektoru Turab Nəsirov, Sumqayıt Gömrük İdarəsinin inspektoru Elmir Məmmədov, sabiq gömrük əməkdaşı Təvəkgül Bayramov var.

Bundan əlavə, onlarla birgə “Karvan 313” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Telman İbrahimov, həmin MMC-nin direktor müavini olan sabiq gömrük əməkdaşı Arif Rzayev, Şahin Soltanov, həmçinin Rövşən İbrahimov və Fəxrəddin İbrahimov da cinayət məsuliyyətinə cəlb ediliblər.

Eks-gömrükçülərin qanunsuz halların baş verməsinə laqeyd münasibət göstərmələri, bununla da milyonlarla məbləğdə artıq gömrük ödənişlərinin dövlət büdcəsinə ödəməkdən yayındırılmasına səbəb olmalarına əsaslı şübhələr müəyyən edilib.

İttihama görə, gömrükçülərin şərait yaratdığı sahibkarlar 60-dək yük nəqliyyat vasitəsi ilə ölkə ərazisindən ixrac olunması nəzərdə tutulan, habelə tranzit qaydada İrandan gətirilən müxtəlif məhsulları gömrük sənədlərinə əsasən bəyan edilib təyinatı üzrə başqa ölkəyə aparmalı olduqları halda, marşrutdan kənara çıxarılaraq qiymətli metal yükləri ilə əvəzləndikdən sonra Qırmızı-Körpü gömrük postundan Gürcüstan ərazisinə keçiriblər.

Rüşvət alma, qaçaqmaçılıq və səhlənkarlıqda təqsirləndirilən şəxslərdən çoxu həbsdədir. Bir neçəsi barəsində isə məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.

İş Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Noyabr 2024 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri