“Həmin təklifi təqdim etmişik” Hakan Fidan
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Ankara Moskva və Kiyevə hərbi əməliyyatlara moratorium (təxirə salınması – red.) qoyulması ilə bağlı təklif təqdim edib”.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan müsahibəsində bildirib.
Diplomat Ukrayna tərəfinin xahişi ilə atəşkəs mexanizminin yaradılmasından söz açıldığını diqqətə çatdırıb:
“Biz artıq tərəflərə hərbi əməliyyatlara moratorium qoyulması barədə təklifimizi təqdim etmişik və bu məsələ ilə bağlı cavab gözləyirik”.
Məlumat üçün bildirək ki, iyul ayında Hakan Fidan Ankaranın Ukraynadakı münaqişənin tənzimlənməsi istiqamətində, o cümlədən Moskva və Kiyev arasında yeni danışıqlar raundunun təşkili üzrə fəal diplomatiyanı davam etdirəcəyinə əminlik vermişdi.
Xatırladaq ki, avqustun əvvəlində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Kiyevin Rusiya ilə barışıq üçün üç mümkün format – hava hədəflərinə, energetika infrastrukturuna və cəbhə xəttinə zərbələrin dayandırılmasını təklif etdiyini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 08 Avqust 2026 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















