“Həmin verilişdən sonra hakimlərin tərcümeyi halları rəsmi saytlardan silindi”
Icma.az, Gununsesi saytına istinadən bildirir.
Vəkil Əkrəm Həsənov mərhum jurnalist Əvəz Zeynallı ilə bağlı fikirlərini bölüşüb.
Gununsesi.info xəbər verir ki, Əkrəm Həsənov sosial şəbəkə hesabında paylaşım edib.
O Əvəz Zeynallının peşəkarlığından, onun apardığı verilişlərdə müzakirə olunan məhkəmə-hüquq sistemi və hüquq təhsili ilə bağlı məsələlərdən danışıb.
“Əvəz Zeynallı milli jurnalistikamızın ən peşəkar və vicdanlı simalarından idi. Onunla cəmi iki dəfə görüşmüşəm – apardığı verilişlərində. 2022-ci ildəki ikinci veriliş məhkəmə-hüquq sistemimiz haqqında ən kəskin və açıq söhbət idi. Həmçinin hüquq təhsili və elmini, hakimlərimizin xeylisinin hüquq üzrə yalnız ikinci ali təhsilə malik olduğunu müzakirə etmişdik. Məhz həmin verilişdən sonra hakimlərin tərcümeyi-halları rəsmi saytlardan silindi və indiyədək də gizli saxlanılır. Allah acı həqiqətləri xalqına aşkarlamış Əvəz bəyə rəhmət eləsin”.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 29 Sentyabr 2026 00:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















