Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

SOCAR maaşları 20% artırdı

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

Miri Yusiflə Aiseldən yeni layihə

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

Hələ də inana bilmirəm

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

AK gələn həftə hərbi mobilliyin təkmilləşdirilməsi planını təqdim edəcək

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Premyerada gözlənilməz an: Şakiranın övladları hər kəsi heyrətləndirdi VİDEO

Həmişə futbolçularımdan əsgərlər kimi vuruşmağı tələb etmişəm Qurban Qurbanov

Həmişə futbolçularımdan əsgərlər kimi vuruşmağı tələb etmişəm Qurban Qurbanov

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində "Kopenhagen"i 2:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

"Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Bu gün sanki meydanda birlikdəydilər, bir-birilərinin arxasındaydılar. Şükür Allaha, belə gözəl qələbə əldə olundu. Qarşımızda "Kopenhagen" olsa da, futbolçularımız çəkinmədilər, çox ciddi mübarizə apardılar. Xüsusilə də, ikinci hissədə. Belə böyük turnirlərdə elə an olur ki, ona dözmək lazım gəlir. Bunu ikinci hissə etdik. Rəqib dəyişikliklərlə daha çox riskə gtdi. Bəzi top itkilərimiz oldu. Amma ümumən bu cür mübarizə aparmaq, bizə qarşıdakı böyük oyunlarda çox fayda verəcək. Məşqçiləri ilə oyundan əvvəl danışdıq. Çox yaxşı iş görürlər. Az da olsa, iş prinsipləri ilə maraqlandıq. O da bizim iş prinsipimizdən danışdı. Pozitiv komanda idi".

- Püşkatmadan əvvəl sizə desəydilər ki, iki oyundan sonra 6 xal qazanacaqsız, buna inanardınız?

- Bəlkə hamıda bu inam olmaya bilərdi. Amma məndə inam həmişə olub. Keçən il bizim çox yaxşı oyunlarımız oldu. Ancaq cəmi bir qalibiyyət oldu. İnanırdım ki, oyunumuzu qoruyub-saxlaya bilsək, mübarizəni yaxşılaşdırsaq bu mövsüm daha yaxşı nəticə olacaq. Sonda da çox gözəl və faydalı göstərici var. Həmişə inamla işləyirəm, futbolçularıma da inamla yanaşıram. Onlara da meydanda inamlı olmağı tövsiyyə edirəm. Olmasa, bu cür oyun oynamaq olmaz. Kollektiv oyunudur. Birimiz kollektivdən çıxsaq, qorxsaq, uğur əldə etmək olmaz. İnamımız həmişə olub. Amma bəzən deyirlər ki, hər şeyə real baxmaq lazımdır. Düzdür. Ancaq meydana inamsız çıxsaq...Uduza bilərik. Uduzduğumuz oyunlarımız olub, amma hamı mübarizəmizdən razı qalıb. Bəlkə 6 xal gözləməzdim, amma inanırdım.

- Futbol ölkəsi olmayan, kiçik ölkənin təmsilçisi olaraq, ÇL-də liderlər qruplarında olmaq necə hissdir?

- Çox gözəl, çox xoş. Biz Azərbaycanın "Qarabağ"ıyıq. Buna sevinirəm. O yerlərdə olmaq möhtəşəmdir. Cənab prezident də bizi təbrik edib. Ona da təşəkkür edirəm. Deməli, məsuliyyətimiz daha da artır. Bizə rahat olmaq yoxdur. Daha da inanaraq, güvənərək, çalışıb irəli getməliyik.

- Əvvəllər xüsusilə Türkiyə klublarının oyunlarına zövqlə baxırdıq. İndi əksinə olub. Türk dünyası, Türkiyə mətbuatı öz nəhənglərinə nümunə göstərir. 

-Hamısına təşəkkür edirəm. Uğur olan yerdə, diqqət, inam, xoş sözlər olacaq. Bu, bizi yanıltmalı deyil. Çünki uğurun uğursuzluğu da var. Buna da hazır olmalıyıq. Hər bir halda buna ancaq sevinirik ki, belə qardaş, nəhəng Türkiyədə "Qarabağ"a dəstək olurlarsa, bu qədər məlumat verilirsə, bizim üçün böyük dayaq, böyük sevincdir. Oyundan əvvəl də "Qalatasaray"ı təbrik etmişdim. İndi də təbrik edirəm. Həmişə Türkiyə klublarının hər birinə azarkeşlik edirik, onlara uğurlar arzu edirəm.

- 2008-ci ildən başlayaraq, komanda bir neçə dəfə pley-offun astanasında dayandı. Qrup mərhələlərində də növbəti mərhələnin astanasındasız. Avrokuboklarda planlarınızın zirvə nöqtəsi hansıdır?

- Biz bu həyatda çox şey istəyə bilərik. Amma mənim üçün vacib olan neçə illərdir ki, komandadayam. Bu komandanın məsuliyyəti haqda danışmışam, "Qarabağ" mənim üçün nə deməkdir. Məşqçi kimi daha ciddi olmağımda, formalaşmağımda bu komanda mənim üçün əsas silah olub. Ola bilərdi ki, başqa klubda olum, uğurlu nəticələrim olsun. Amma orada bu qədər ciddi ola bilməzdim. Hardasa yorulardım. Amma bu komandada bu ad məni nə yorulmağa qoydu, nə də inamsız, məsuliyyətsiz olmağa. Əsas hədəf bu komandanı sağlam qoruyub-saxlamaq idi. Bilirdim ki, uğur gələcək. Bu komandada həmişə futbolçularımdan əsgərlər kimi vuruşmağı tələb etmişəm. Demişəm ki, onlar ölüm, güllə qarşısında olublar. Biz meydanda 90 dəqiqə oynayırıq, daha sonra istirahət edirik. Bu, mənim hədəfim idi. Şükürlər olsun ki, çox nadir hallarda yorğun olduğunda nəsə edə bilməyib. Amma mənim hədəfim o olub ki, bu inamı, mübarizəni qoruyub-saxlayaq. Uğur gələcək. Futbol elə oyundur ki, mümkün deyil ki, hər il daha yaxşı, eyni nəticə olsun. Böyük klublar da bu il çempion olurlarsa, gələn il ola bilmirlər. Hamı inkişaf edir, hamı yenilik axtarır. Transferlərdə də bəzən az transfer edirik, bəzən futbolçunu çox araşdırırq. Qarşılığını Allah verəcək.

- Evin Cəfərquliyev oyunun ən yaxşısı seçildi. Azərbaycanlı futbolçunun oyunun ən yaxşı seçilməsi haqda nə düşünürsüz? Avrokuboklarda tənqidlər sayəsində futbolçunu bu uğura gətirib çıxardı? 

- Əlbəttə ki, buna sevinirəm. İlk olaraq, komandamın oyunçusunun seçilməsi. İkinci də, azərbaycanlının seçilməsi.  Elvin heç də rahat futbolçu deyil. Dəfələrlə olub ki, öz idman formasından çox aşağı səviyyədə olub, sonra qalxıb. Elvində bir az stabillik çatışmır. Ancaq son matçlarda bir az özü də ciddiləşib, bəlkə mən onunla daha ciddi rəftar edirəm. Hamımız ehtiyatlı olmalıyıq. İstənilən an öz bacarığından aşağı çıxış edə bilər. Bəlkə ona bir neçə il lazımdır ki, məsuliyyəti dərk etsin, daha ciddi və böyük olmaq üçün. Amma bir neçə ili gözləyəsi olsaq, işimiz yaxşı olmaz. Çalışırıq ki, hər şeyi əldə saxlayaq. Elvinin potensialı bu deyil. Daha ciddi olsa, futbol haqda çox fikirləşsə, potensialı bundan daha çoxdur.

- Sirr deyilsə, UEFA-nın oyunun ən yaxşı seçdiyi oyunçular beyninizdə olan seçimlərlə nə dərəcədə üst-üstə düşür?

- Heç birini ayırmaq istəməzdim. Çünki burada hər birinin haqqı var. Biri topla daha yaxşı rəftar etdi, biri yaxşı mübarizə apardı, digəri taktiki yaxşı oynadı. Hər futbolçu üzərinə düşəni artıqlaması ilə etdi. Məndən olsa, futbolçuların hamısına verərdim.

- Hansı səhvləriniz üzərində  işləyəcəksiz?

- Bu gün səhvlərdən danışmaq istəməzdim. Çünki rəqib məcbur edir ki, səhv edəsən. Rəqibin ikinci hissədə itirəcəyi bir şey yox idi, riskə getdi. Belə oyunlarda topa daha çox sahib olmağı istəyirəm. Ancaq rəqibi də nəzərə almaq lazımdır. Oyunu analiz edəndə, normal formada ayrı-ayrılıqda, həm də kollektiv şəkildə futbolçulara çatdıracağıq.

- Ola bilər ki, Avropanın böyük klubları sizə təklif göndərər. Təklif olarsa, hansı reaksiyanı verərdiz?

- Azərbaycanın ən yaxşı məşqçisi olmaq məsələsinə tələsməyək. Təkliflər haqda ümumiyyətlə düşünmürəm. Çünki belə hallarda daha da sadə olmağa çalışmalıyıq. Bu komandada stabillik çox vacib olduğunu dedim. Ağlımda belə fikir olsa, bu komandanın inamı da, uğuru da, sistemi də pozulacaq. Özümdən razılıq olardı ki, deyim Avropadan mənə təklif olmalıdır, filan. Bu haqda düşünmürəm. Hələ Azərbaycandayıq, yaxşı olar.

- Bu komandanın potensialını daha yaxşı bilərsiz. "Qarabağ"ı yanvardan sonra da ÇL-də görə biləcəyik?

- Yanvardan sonra mütləq görəcəyik. Çünki oyunlarımız var(gülür). Keçən il səhv etmirəmsə, "Dinamo"(Zaqreb) 11 xal topladı, amma 24-lüyə düşmədi. Bəlkə 8 xal bəs etdi, bəlkə 9 xal. Bizdən asılı olmayan nüanslar var. Biz hər şeyə hazır olmalıyıq. Get-gedə rəqiblərimiz daha məsuliyyətli olacaq. Bu günə kimi "Benfika"dan sonra bizə qarşı 70-80 faiz ciddi yanaşmağı düşündülərsə, bu gün 100 faizdən çox olacaq. Bu da bizə mane olacaq. Bizi heç də rahat, düşündüyümüz oyunlar gözləmir. Biləcəyik ki, qarşımızdakı rəqib bizə 100 faiz hazırlaşacaq. Daha çox işləməliyik, daha cəsarətli olmalıyıq.

- 2017-ci ildə "Kopenhagen"lə görüşdə vurulan qol və bu gün birinci qol. Dejavü yaşadız?

- Mən dejavü yaşamadım. Ağlıma gəlmədi. Amma bir az oxşar qol idi. Təki belə oxşarlıqlar olsun. 

- Dünən "Benfika" "Çelsi"yə uduzdu və Joze Mourinyo dedi ki, problem "Çelsi"yə uduzmaq yox, "Qarabağ"a uduzmaqdır. Ona cavab vermək istəyərdiz?

- Yox. Mourinyoya nə sual, nə də cavab verə bilərəm.Çünki o Mourinyodur, dahi məşqçilərdən biridir.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sportal.az
archiveBu xəbər 02 Oktyabr 2025 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see7554

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see260

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see246

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see234

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see225

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see220

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see195

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see163

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see157

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see154

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see151

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see139

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see137

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see134

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see129

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see126

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see124

AK gələn həftə hərbi mobilliyin təkmilləşdirilməsi planını təqdim edəcək

15 Noyabr 2025 01:29see120

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see120

Premyerada gözlənilməz an: Şakiranın övladları hər kəsi heyrətləndirdi VİDEO

15 Noyabr 2025 02:07see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri