Icma.az
close
up
RU
“Həmişə oxuyacaq tar”

“Həmişə oxuyacaq tar”

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Noyabrın 28-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Həmişə oxuyacaq tar” adlı ədəbi-musiqili gecə keçirilib.

Tədbir çərçivəsində musiqişünas alim,  Əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədovun “Azərbaycan musiqi alətlərinin tacı tar” kitabının təqdimatı da olub.

Ədəbi-musiqili gecəni giriş sözü ilə açan muzeyin direktoru akademik Rafael Hüseynov musiqi tariximizin bütün mənzərəsinə nəzər saldıqda ən yüksək mövqedə məhz tarın dayandığını söyləyib, onun “musiqi alətlərimizin şahı” adlanmağa layiq olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan milli musiqi alətləri içərisində özünəməxsusluğu ilə fərqlənən tar xalqımızda azərbaycançılıq ruhunun aşılanmasında əvəzsiz rol oynayır.

O, tarın tarixi, Azərbaycan musiqisinin inkişafında rolu və yeri, dahi Üzeyir Hacıbəylinin tar haqqında fikirləri, Azərbaycanın tar ifaçılığı sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi haqqında məlumat verib. Qeyd edib ki, Üzeyir Hacıbəyov cavan yaşlarından bolşeviklərin xalqların milli xüsusiyyətlərini məhv etmək üçün tarı da sıradan çıxarmaq, onu hər yerdən yığışdırmaq kampaniyalarına başladığı vaxtlarda cəsarətlə onu müdafiə etmişdi.  Böyük bəstəkar yaxşı blirdi ki, tar təkcə musiqi aləti deyil, həm də xalqımızın ruhunun ifadəçisi, milli kimliyini özündə yaşadan mənəvi dəyərlərdəndir. Tarın yaranma tarixi haqqında müxtılif əfsanələr var və onun dəqiq vaxtını heç kəs bilmir. Min ildən artıqdır ki, tar bizimlə birlikdə yol gəlir.  

Akademik daha sonra əlavə edib ki, tarixin müxtəlif dönəmlərində xalqın həyatından hansı fərəhlər və acılar keçibsə, xalq ruhunun ifadəçisi olan tarın yalnız səsində, musiqisində deyil, elə vücudunda, varlığında da həmin sarsıntılar və sevinclər nə şəkildəsə əksini tapıb.

Tar haqqında müxtəlif dövrlərdə bir sıra kitab və monoqrafiyaların çap olunduğunu, məqalə və dissertasiyaların yazıldığını söyləyən muzeyin direktoru ictimaiyyətə təqdim olunan “Azərbaycan musiqi alətlərinin tacı tar” kitabının məziyyətlərindən bəhs edib. Bildirib ki, professor Tariyel Məmmədovun kitabı elmi məzmununa görə bu musiqi alətinə həsr olunmuş əsərlərin şahı hesab edilə bilər. Nəşrdə Azərbaycan musiqi mədəniyyətinin inkişafı, dövrün ümumi səciyyəsi verilib. O, kitabda elektron versiyada tar ifaçılarının zəngin irsinin də yer aldığını vurğulayıb. 

Akademik Rafael Hüseynov professor Tariyel Məmmədovun musiqi tarixinin araşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən söz açıb, “Azərbaycan musiqi alətlərinin tacı tar” kitabını musiqi irsimizin öyrənilməsi baxımından dəyərli elmi mənbə kimi qiymətləndirib. Bildirib ki, bu kitab Azərbaycan musiqi tarixinin böyük bir salnaməsi, musiqi mədəniyyətimizin mühüm hadisəsidir.

Çıxışının sonunda Rafael Hüseynov gələcəkdə digər musiqi alətlərimiz haqqında da belə sanballaı nəşrlərin ərsəyə gələcəyinə inam ifadə etdi.

Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, Xalq artisti Möhlət Müslümov, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaşzadə və başqaları çıxış edərək kitab barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, tar haqqında dolğun məlumatların yer aldığı kitabda musiqi tariximizi əyani sürətdə izləmək mümkündür. 

Çıxışlarda Azərbaycan musiqi tarixinin öyrənilməsində bu kimi sanballı nəşrlərin müstəsna rolundan söz açılıb. Bildirilib ki, kitab Azərbaycan mədəniyyət tarixinə dəyərli töhfə olmaqla yanaşı, həm də mühüm praktiki əhəmiyyətə malikdir. Professor Tariyel Məmmədovun çoxillik gərgin fəaliyyətinin, davamlı zəhmətinin bəhrəsi olan əsər gənclər, mədəniyyət və incəsənət tədqiqatçıları üçün dəyərli mənbədir. 

Sonda kitabın müəllifi Əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədov çıxış edərək əsərin ərsəyə gəlməsindən danışıb, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Tədbir bədii hissə ilə davam etdirilib.

Qabil YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see720

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see295

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see278

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see263

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see247

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see236

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see228

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see212

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see189

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri