Icma.az
close
up
RU
Həmişə siz gələsiniz! Tərlanə Yaqubqızı yazır

Həmişə siz gələsiniz! Tərlanə Yaqubqızı yazır

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bugün Azərbaycan Milli Kitabxanasının yarandığı gündür. 

Azərbaycan Milli Kitabxanası  102 il əvvəl Qafqazda ilk ən böyük dövlət kitabxanası kimi fəaliyyətə başlamışdır.

İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondu əsasında 1922- ci ildə beş min nüsxə kitabla təsis edilmiş kitabxananın rəsmi açılışı 1923- cü ilin may ayının 23- də olmuşdur. 1939- cu ildə kitabxanaya  böyük mütəfəkkir, yazıçı- dramaturq Mirzə Fətəli Axundzadənin adı verilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2004- cü il tarixli qərarı ilə  kitabxanamız "Milli Kitabxana" statusu almışdır.

Bugün Milli kitabxananın  respublikamızda və eləcə də dünyada elm və mədəniyyət mərkəzi kimi şöhrət qazanması heç də mübaliğə deyil.

Milli Kitabxanamız Beynəlxalq Kitabxanalar Assosiasiyasının (İFLA), Avropa Milli Kitabxanaları Konfransının (CENL), Türkdilli Dövlətlərin Milli kitabxana Direktorları Şurası kimi beynəlxalq təşkilatların üzvüdür. 2008- ci ildən Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazası Avropa Elektron Kitabxanasına daxil edilmişdir.

Xaqani küçəsi 29... Bir zamanlar tələbə ikən istehsalat təcrübəsinə gələrkən əməkdaşlarına həsəd hissi ilə baxdığım və nə yaxşı ki artıq 15 ildir çalışdığım Milli Kitabxana burada yerləşir. 

Dünya şöhrətli akademik memar Mikayıl Useynovun layihəsi ilə tikilmiş bu bina gözəl arxitekturası ilə yoldan keçənlərin diqqətini həmişə özünə cəlb edir. İstər yerli sakinlər, istərsə də Bakıya turist kimi gələn əcnəbilər bu möhtəşəm binanın yanından laqeyd ötüb keçə bilmirlər. Demək olar ki, hər gün kitabxanaya qonaqlar gəlir, onun tarixi və fəaliyyəti ilə yaxından maraqlanırlar. Bu, bir azərbaycanlı kimi qəlbimizdə fərəh hissi oyadır. Elə bu marağın hesabına mən Amerikadan, İtaliyadan, Rusiyadan və dünyanın müxtəlif ölkələrindən özümə neçə- neçə dost qazanmışam. Kitabxanaya ilk dəfə qədəm qoyan qonaqlar növbəti səfərlərində mütləq yenidən buraya gəlirlər və mən dəfələrlə bunun şahidi olmuşam.

Kitabxana bugün həm də Azərbaycan gəncliyinin ən sevimli məşguliyyət məkanına çevrilib. Ali məktəbdə dərsləri bitər- bitməz onlar bu elm ocağına tələsir, burada seminar və imtahanlara hazırlaşır, fikir mübadiləsi edirlər. 

Azərbaycanın neçə- neçə nüfuzlu elm adamları da kitabxanamızın daimi sakinləridir: Yusif Yusifov, Rüstəm Kamal, Tofiq Mustafayev, Bədirxan Əhmədov, Nizami Tağısoy, Fərzalı və Fərrux Rüstəmov qardaşları, Şamil Rəhmanzadə,  Nüşabə Sadıxlı, Sakibə Ələsgərova, Məryəm Əlizadə... Bu siyahını uzatmaq da olar. Onları kitabxanada görməyə o qədər adət etmişik ki, bir az gec gələndə hətta narahat oluruq.

Hər səhər işə gələndə bu gözəl arxitekturaya malik tarixi bina, onun fasadında ucalan abidələr insanın qəlbində qürur hissi, yazıb- yaratmaq eşqi oyadır.

Onların arasında Azərbaycanın görkəmli yazıçısı Süleyman Rəhimovun  heykəli olmasa da, onun əziz xatirəsi qəlbimizdədir. Çünki kitabxananın bu binada yerləşməsində onun da danılmaz xidmətləri olub.

Birazdan saatın əqrəbləri 10-u göstərəcək və kitabxananın açılmasını səbirsizliklə gözləyən oxucularımız pillələri qalxıb rahat, modern tipli oxu zallarlnda öz yerlərini tutacaqlar. Hər dəfə mənə elə gəlir ki, ömrü boyu cəhalətə, nadanlığa üsyan etmiş böyük Mirzə Fətəli də öz büstündən onları müşahidə edir və ruhu şad olur. Elə biz də oxuyan gənclərimizi görüb sevinirik.

Həmişə siz gələsiniz, əziz oxucularımız! Sizsiz bu kitabxana çox darıxdırıcı və yeknəsəq olardı. Yaxın keçmişdə qalan pandemiya günlərində, təəssüf ki, biz bunun şahidi olduq. Getsin o günlər, bir də gəlməsin! Amma o çətin günlərdə də kitabxana oxucularına sədaqətlə xidmət etdi, onlayn məsafədən onların maraq və tələbatını ödədi.Bu ənənə bugün də davam edir.

1995-1997- ci illərdə ümummilli lider Heydər Əliyev Milli Kitabxanaya  dörd dəfə gəlmiş və öz şəxsi kitabxanasından müəyyən hissəni
fondumuza ərmağan etmişdir. Ulu öndərin varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Milli Kitabxananı "mədəni sərvətlər xəzinəsi " kimi qiymətləndirmişdir.

Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovun rəhbərlik etdiyi Milli Kitabxana bugün respublikanın elm, mədəniyyət, mənəviyyat mərkəzi kimi öz nüfuzunu qoruyub saxlamaqdadır. 

İllər keçəcək, nəsillər dəyişəcək, biz hamımız dünyamızı dəyişəcəyik, amma Milli Kitabxana hər zaman cəmiyyətin üz tutduğu, faydalandığı elm ocağı kimi öz şöləsini yaymaqda davam edəcək.

Bu müqəddəs elm və mədəniyyət məbədində çalışan bütün həmkarlarımızı bayram münasibətilə təbrik edir, onlara can sağlığı və işlərində müvəffəqiyyətlər arzulayıran. 

Əgər Azərbaycan gənclərinin bir ziyalı kimi formalaşmasında bizim də  bir zərrə əməyimiz varsa, çox xoşbəxtik. Həmişə siz gələsiniz, əziz oxucular!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 May 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri