Həndbol üzrə Avropa Kubokunda iştirak edəcək Azərbaycan klublarının rəqibləri müəyyənləşib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 15 iyul, AZƏRTAC
Həndbol üzrə Avropa Kuboku turnirində iştirak edəcək Azərbaycan klublarının rəqibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, qadınların yarışında Azərbaycan çempionu “Azəryol” ikinci təsnifat mərhələsində Avstriyanın “Yunion Kornoyburq” komandası ilə qarşılaşacaq. Ölkə çempionatının bürünc mükafatçısı “Kür” isə Portuqaliyanın “San-Pedru-du-Sul” klubuna rəqib olub. İkinci raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də olacaq.
Kişi həndbolçuların turnirində isə Azərbaycan çempionu “Kür” Macarıstanın “Balatondyured” və Türkiyənin “Beykoz” komandalarının duelinin güclüsü ilə qarşılaşacaq.
Turnirdəki digər təmsilçimiz “Bakı” isə Şimali Makedoniyanın “Orxid” klubu ilə üz-üzə gələcək. Hər iki komandamız mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. Bu raundun ilk görüşləri oktyabrın 11-12-də, cavab matçları isə 18-19-da təyin olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 15 İyul 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















