Həndbol üzrə XXXI Azərbaycan Kubokunun püşkü atılıb
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Həndbol Federasiyasında (AHF) XXXI ölkə kubokunun püşkatma mərasimi keçirilib. AHF-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə hakimlər kollegiyasının üzvləri, idman şöbəsinin əməkdaşları və komandaların baş məşqçiləri iştirak ediblər.
Federasiyanın idman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov 2024/2025 mövsümündə ölkə kubokunun aprelin 26-da “AHF Arena”da start götürəcəyini bildirib. Olimpiya sistemi ilə təşkil olunacaq yarış 1/4 finaldan başlayacaq.
2023/2024 mövsümündə ölkə kubokunun finalçıları olan kişilərdən ibarət “Azəryol” və “Bakı”, qadınlardan ibarət “Azəryol” və “Kür” komandaları yarımfinaldan mübarizəyə qoşulacaqlar. Bu mərhələyə mayın üçüncü ongünlüyündə start veriləcək.
Tədbirdə turnirin reqlamenti, qaydaları və oyun cədvəli haqqında ətraflı məlumat verilib, iştirakçı komandaların siyahısı elan olunub. Ümumilikdə 9 kişi (“Azəryol”, “Bakı”, “Dinamo”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ”, “Təhsil”, U-17) və 7 qadın (“Azəryol”, “Qarabağ”, “İdman Akademiyası”, “Azərsu”, U-16) komandası əsas mükafat uğrunda mübarizə aparacaq.
Püşkatma mərasimindən sonra iştirakçıların sualları cavablandırılıb, turnirlə bağlı bütün detallar müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 22 Aprel 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















