Icma.az
close
up
RU
Həndbolda maaş skandalı: Saleh Məmmədov pul ayırmır

Həndbolda maaş skandalı: Saleh Məmmədov pul ayırmır

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Azərbaycan həndbolunda maliyyə böhranı yaşanır. Klublar və oyunçular artıq bir neçə aydır maaşlarını ala bilmədiklərini bildirirlər.

Apasport.az xəbər verir ki, məsələ ilə bağlı “Qafqazinfo”ya komandaların üzvləri və məşqçiləri müraciət edib.

Onların iddiasına görə, Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edildikdən sonra əməkhaqlarını ala bilmirlər.

Bildirilib ki, federasiyadan maliyyələşən klublarda heç kimə son 2 ayın maaşı verilməyib. Belə ki, kişilərdə çempionatın lideri olan “Bakı” komandasının 3 legioneri bu səbəbdən ölkəni tərk edib: “Yanvar ayında hamıya VÖEN açılsa da, cəmi 1 ay maaş verilib. Hazırda federasiyada və klublarda 200-ə yaxın adam əməkhaqqı ala bilmir. Legionerlərin hamısı, demək olar ki, komandalardan gedib. Bəzi oyunçular isə yaş səbəbilə həndboldan uzaqlaşdırılıb. Halbuki idmanda elə bir qayda yoxdur ki, hansısa idmançı bu yaşında karyerasını bitirməlidir. Biz çempionatdan imtina etmirik, amma matçlara getmək üçün pul yoxdur. Federasiyanın bizdən nəsə tələb etməyə də haqqı yoxdur”.

Qeyd edilib ki, komandalar məşq etməyə də yer tapmır. “AHF Arena”nın icarəhaqqı da 20 min manatı keçib və orada da məşq üçün şərait yaradılmır: “Biz oyunları dayandırmağı tələb etdik, lakin heç cavab almadıq. Bundan sonra maaşlarımızı alana qədər heç bir oyuna, yarışa getməyəcəyik. Oyunçuların məşqə gəlməyə cibində pul yoxdur. Gənc həndbolçuları da bu idmandan soyudurlar. Hər dəfə də deyirlər ki, səbr edin. Danışırıq və yalan vədlər verirlər.

Federasiyanın baş katibi Yusif Atakişiyev və vitse-prezident Orxan Abbasov da suallara cavab vermir. Heç kəs maaşların nə vaxt ödəniləcəyi ilə bağlı dəqiq söz demir”.

Şikayətlə bağlı Yusif Atakişiyev sayta açıqlamasında maliyyə problemləri yaşadıqlarını təsdiqləyib: “Üç ay deyil, iki aydır ki, maaşlar verilmir. Federasiya daxilində maliyyə sıxıntıları olduğu üçün əməkhaqlarını verməkdə çətinlik çəkirik. Problemin nə olduğunu isə rəhbərlik bilər. Məndə heç bir məlumat yoxdur”.

Qeyd edək ki, Saleh Məmmədov bu ilin fevralında AAYDA sədri vəzifəsindən azad edilib. Onu bu postda əmək və əhalinin sosial müdafiəsi nazirinin sabiq müavini və Azərbaycan Boks Federasiyasının keçmiş vitse-prezidenti Vüsal Nəsirli əvəzləyib.

V turun matçları keçirilib “Azəryol” belaruslu baş məşqçi ilə yeni müqavilə bağlayıb İsgəndər Əsgərov Bolqarıstan - Türkiyə matçına təyinat alıb Həndbol üzrə Azərbaycan çempionatlarında III turun oyunları keçirilib Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://apasport.az
archiveBu xəbər 01 May 2026 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri