Icma.az
close
up
RU
Hənəfi Terequlovun həyatı haqqında O, məktubunda kimdən pul istəmişdi?

Hənəfi Terequlovun həyatı haqqında O, məktubunda kimdən pul istəmişdi?

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün aktyor, opera müğənnisi, Azərbaycanda opera xorunun banilərindən biri Hənəfi Terequlovun anım günüdür.

Kulis.az bu münasibətlə Rafiq Səfərovun "Hənəfi Terequlovun həyatının açılmamış səhifələri haqqında" yazısını təqdim edir.

Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 389 saylı “Bakı şəhər idarəsi”adlı fondunda bir çox materiallar, o cümlədən Bakı şəhər idarəsinin məktəb şöbəsi tərəfindən tərtib etdilmiş tarixi sənədlər qayğı ilə qorunub saxlanılır. Bakı şəhər idarəsinin məktəb şöbəsinin 1912-1914-cü tədris ilinə dair tərtib etdiyi həmin tarixi sənədlərdən biri də öz dövrünün tanınmış pedaqoqu Məhəmməd Hənəfi Həsən oğlu Terequlovun 308 saylı şəxsi kartoçkasıdır.

Payız sarı kart çıxarır bahara... - Kazım Kazımoviçin yeni şeirləri Ceyms Kemeron “Forbes” tərəfindən milyarder elan edildi “A.B.İ” serialında gözlənilməz dəyişiklik

Öz dövrünün tanınmış pedaqoqlarından biri sayılan, Qori Müəllimlər Seminariyasının tatar şöbəsinin məzunu Məhəmməd Hənəfi Həsən oğlu Terequlovun həyatı və onun pedaqoji fəaliyyəti bugünədək təəssüflər olsun ki, kifayət qədər araşdırılmamışdır.

Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin fondlarında saxlanılan arxiv sənədləri təsdiq edir ki, Məhəmməd Hənəfi Həsən oğlu Terequlov Azərbaycanın müəyyən bölgələrində və Bakı şəhərində əhəmiyyətli pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Yazdığım bu məqalə Məhəmməd Hənəfi Terequlovun məhz pedaqoji fəaliyyətinə həsr edilir.

Bu məqalədə Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində saxlanılan qiymətli arxiv materiallarındakı məlumatlardan istifadə edərək Məhəmməd Hənəfi Terequlovun pedaqoji fəaliyyətindən bəhs etməyə çalışacağam.

Məhəmməd Hənəfi Terequlovun Dövlət Tarix Arxivində saxlanılan 308 saylı şəxsi kartoçkasındakı tarixi məlumatlara əsaslanaraq qeyd edirəm ki, Məhəmməd Hənəfi Terequlov 1877-ci il noyabrın 7-də Tiflisdə anadan olmuşdur. Həmin kartoçkada Məhəmməd Hənəfi Terequlovun tatar (azərbaycanlı-R.S.) və müsəlman olduğu qeyd edilir.

Yeri gəlimişkən, həmin dövrlərdə Rusiya imperiyasında yaşayan azərbaycanlılar "tatar" deyə adlandırdıqlarına görə Məhəmməd Hənəfi Terequlov da azərbaycanlı olduğuna görə kartoçkada tatar kimi qeyd olunmuşdur. Arxiv sənədlərində qeyd olunmuş məlumatlara uyğun olaraq qeyd edirəm ki, Məhəmməd Hənəfi Həsən oğlu Terequlov Zaqafqaziya Müəllimlər Seminariyasında pedaqoji təhsil alaraq həmin Seminariyanın tam kursunu bitirmiş və ibtidai məktəb müəllimi adına layiq görülərək bu haqda şəhadətnamə əldə etmişdir.

O,1900-cu ildən etibarən Bakı şəhər məktəblərində müəllimlik fəaliyyətinə başlamışdır. Bundan əvvəlki dövrlərdə isə Məhəmməd Hənəfi Terequlov Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyasının 3 iyun 1899-cu il qərarına əsasən Aştarakdakı normal məktəbdə müəllim vəzifəsinə təyin edilmişdir. Bu fakt bir daha təsdiq edir ki, hazırda Ermənistanın tərkibinə daxil edilmiş Aştarak Bakı Şəhər Duması və onun nəzdindəki Məktəb Komissiyasının tabeçiliyində olmuşdur.

Məhəmməd Hənəfi Terequlovun Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində qayğı ilə qorunub saxlanılan şəxsi işində onun Tiflisdən Bakı şəhərinin məktəb komissiyasının sədrinə ünvanladığı 31 iyul 1900-cü il tarixli ərizəsi də mövcüddur. Məhəmməd Hənəfi Həsən oğlu Terequlovun həmin ərizəsində qeyd edirdi: ”Siz cənablardan xahiş edirəm ki, mənə Bakıdakı rus-tatar məktəblərinin birində müəllim yeri verəsiniz və eyni zamanda nəzərinizə çatdırıram ki, mən nəğmə dərslərini üç səs üzrə apara bilərəm. Mənim sənədlərim Yelizavetpol və İrəvan quberniyaları üzrə cənab direktorun dəftərxanasındadır. Mənim ünvanım isə belədir - Tiflis şəhəri, Хлебная горка, İvanovanın evi.”

Arxiv sənədində qeyd olunmuş məlumatlara əsaslanaraq qeyd edirəm ki, Məhəmməd Hənəfi Terequlov 1914-cü ildə 8-ci rus-tatar məktəbinə daxil olana qədərki dövrlərdə doqquz ayrı-ayrı məktəblərdə pedaqoji fəaliyyət göstərmişdir. Məhəmməd Hənəfi Terequlovun adına tərtib edilmiş şəxsi kartoçkada onun son beş ildə öz vəsaiti hesabına Moskva pedaqoji kurslarında təhsil aldığı da qeyd edilirdi. Məhəmməd Hənəfi Terequlov 1912-1914-cü illərdə Bakı şəhərində yerləşən 8-ci rus-tatar məktəbində 42 nəfər şagirdi olan sinifdə həftədə 24 saat olmaqla, azərbaycan, rus dili və hesab fənlərini tədris etmişdir. Dövri mükafatlar və pensiya üçün çıxılan pullar nəzərə alınmadan onun əsas maaşı ildə 900 rubl olmuşdur.

Şəxsi kartoçkasında Məhəmməd Hənəfi Terequlovun əlavə gəlir yerinin olmadığı, həmçinin onun evli olduğu və ailəsinin 3 nəfərdən, yəni özü, həyat yoldaşı və uşaqdan ibarət olduğu göstərilirdi. Məhəmməd Hənəfi Terequlovun evli olmasına baxmayaraq onun şəxsi evi yox idi. O, birinci mərtəbədə üç otaqdan ibarət kirayə götürdüyü evdə yaşayaraq ayda 17 rubl ödəmişdir.

18 sentyabr 1900-cü ildə Bakı şəhəri və Dağıstan vilayəti üzrə xalq məktəblərinin direktorunu Tixorjevskinin Bakı məktəb komissiyasının sədrinə ünvanladığı məktubda Terequlova 6-cı rus-tatar məktəbində müəllim vəzifəsini icra etməsinə icazə verdiyi haqqında məlumat qeyd edirdi. Bakı şəhəri və Dağıstan vilayəti üzrə xalq məktəbləri direktorunun Bakı şəhəri məktəb komissiyasının sədrinə ünvanladığı 08 sentyabr 1903-ce il tarixli, 1965 saylı məktubda Məhəmməd Hənəfi Terequlovun 22-ci məktəbdən 9-cu rus-tatar məktəbinə keçirildiyi barədə məlumat təqdim edirdi.
Məhəmməd Hənəfi Terequlov pedaqoji fəaliyyət göstərmək üçün bir məktəbdən digər məktəbə keçirildiyi üçün o, bir sıra ayrı-ayrı məktəblərdə pedaqoji fəaliyyət göstərməyə məcbur olmuşdur. Bakı şəhəri və Dağıstan vilayəti üzrə xalq məktəblərinin direktoru A. Txorjevskinin Bakı məktəb komissiyasının sədrinə ünvanladığı 10 sentyabr 1903-cu il tarixli məktunda Məhəmməd Hənəfi Terequlovu 7-ci rus-tatar məktəbinə müəllim təyin etdiyi haqqında məlumat verilirdi. A.Txorjevskinin həmin məktubda həmçinin bildirirdi ki, iki şöbədən ibarət 9-cu rus-tatar məktəbində mövcud olan müəllim yerləri tutulduğuna və boş vakansiya yeri olmadığına görə Məhəmməd Hənəfi Terequlov 7-ci rus-tatar məktəbinə keçirilir, Məlik Allahverdyan isə vakansiyalar açılanadək təyinatsız qalır.

Bakı şəhəri və Dağıstan vilayəti üzrə xalq məktəblərinin direktoru A. Txorjevskinin Bakı şəhəri məktəb komissiyasının sədrinə ünvanladığı 13 sentyabr 1904-cü il tarixli 2779 saylı məktubda qeyd edilirdi:” İki sinifli şəhər məktəbində boş vakant yeri olduğuna görə Terequlov cənabları 830 saylı 15.09. 1904-cü il tarixli, 830 saylı əmrlə 8-ci rus-tatar məktəbinə keçirilir”.

Bakı şəhər Duması nəzdindəki məktəb komissiyası sədrinin Bakı şəhər başçısına ünvanladığı 10 aprel 1909-cu il tarixli 506 saylı məktubda qeyd edilirdi: "Xalq məktəbləri direksiyası tərəfindən xidmətdən azad edilmiş 6 sinifli şəhər məktəbinin müəllimi Məhəmməd Hənəfi Terequlov İdarəyə ərizə ilə müraciət edərək bildirirdi ki, o, səkkiz il cavanlıq illərini şəhərə xidmətə həsr etmiş və indi isə əsassız olaraq işdən azad edildiyi üçün böyük bir ailəsi ilə birlikdə dolanmaq üçün vəsaitsiz qaldığına görə Şəhər İdarəsindən xahiş edirdi ki, ona iş tapana qədər ailəsini dolandırmaq üçün səkkiz aylıq əmək haqqı həcmində vəsait ödənilsin. Terequlov xidmətə 15 sentyabr 1900-cü ildə daxil olmuş 1 iyun 1908-ci ildə isə xidmətdən azad edilmişdir.

Məktəb komissiyası 6 aprel tarixli iclasında Terequlovun yaxşı müəllim kimi 8 il şəhərə xidmət etdiyini nəzərə alaraq ona 400 rubl məbəğində vəsaitin verilməsini Şəhər Dumasından xahiş edilməsi haqqında qərar qəbul edilmişdir”.

Ayaq üstə-soldan: N.Sarabski, H.Terequlov; oturanlar-soldan: Ü.Hacıbəyli və M.Maqomayev

Məhəmməd Hənəfi Terequlov 1913-cü il iyunun 11-də ona rus-tatar məktəblərinin birində ona müəllim vəzifəsinin verilməsi xahişi ilə Bakı şəhər Duması nəzdindəki məktəb komissiyasının sədrinə ərizə ilə müraciət etmiş və sənədlərinin Məktəb Komissiyasının dəftərxanasında olduğunu bildirmişdir. Bakı şəhər Duması nəzdindəki məktəb komissiyasının sədri 1913-cü il iyunun 11-də Bakı şəhəri və Dağıstan vilayəti üzrə xalq məktəblərinin direktoru A. Txorjevskiyə 2432 saylı məktub göndərərək Zaqafqaziya və İrəvan Müəllimlər Seminariyalarının məzunlarını, o cümlədən Məhəmməd Hənəfi Terequlovu şəhər rus-tatar məktəbinə müəllim vəzifəsinə götürdüyü barədə məlumat verirdi.

Bakı şəhəri və Dağıstan vilayəti üzrə xalq məktəblərinin 2-ci rayonu üzrə müfəttişi S.M.Qəniyevin Bakı Şəhər Duması nəzdindəki məktəb komissiyasının sədrinə göndərdiyi 7 sentyabr 1913-cü il tarixli 449 saylı məktubunda qeyd edilirdi ki, “Qafqaz Tədris Dairəsinin sərəncamına uyğun olaraq İrəvan Müəllimlər Seminariyası bitirmişlər İrəvan Direksiyasının xalq məktəblərində qulluq etməyə burcludurlar. Digər seminaristlərə,o cümlədən Məmmədov Məmməd, Qasımov Əli, Qasımov Əli, Məhəmməd Hənəfi Terequlov, Ömərbəyov Məmmədə rus-tatar məktəblərində müəllim vəzifəsinin yerinə yetirməsinə icazə verilir.”

Bakı Şəhər Başçısı dəftərxanasının 4 noyabr 1913-cü il tarixli, 944 saylı əmrinə uyğun olaraq Məhəmməd Hənəfi Terequlov 1913-cü il sentyabrın 9-dan etibarən 8-ci məktəbə müəllim təyin edilmişdir.

Məhəmməd Hənəfi Terequlov Üzeyir Hacıbəylinin həyat yoldaşı Məleykə Hacıbəylinin qardaşı idi. Məhəmməd Hənəfi Terequlov həyatının sonrakı mərhələlərində Azərbaycan aktyoru, opera müğənnisi, bariton, teatr xadimi, ictimai xadim, Azərbaycanda opera xorunun banilərindən biri kimi formalaşaraq tanınmışdır.

Qeyd etmək lazımdır ki, Hənəfi Terequlov Azərbaycanın tatar əsilli məşhurlarındandır. H. Terequlov həmçinin dahi bəstəkar Üzeyir Hacıbəyovla yanaşı, Müslüm Maqomayevin də qaynı idi.

Məhəmməd Hənəfi Terequlov 18 dekabr 1942-ci ildə 65 yaşında Bakı şəhərində vəfat etmişdir. Onun Azərbaycan musiqisi sahəsindəki xidmətləri, eləcə də onun pedaqoji fəaliyyəti xalqımız tərəfindən unudulmur və daim böyük hörmət və ehtiramla yad edilir.

Payız sarı kart çıxarır bahara... - Kazım Kazımoviçin yeni şeirləri Ceyms Kemeron “Forbes” tərəfindən milyarder elan edildi “A.B.İ” serialında gözlənilməz dəyişiklik
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 Dekabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see377

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see262

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see225

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see204

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see198

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see190

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see176

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see166

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see163

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see162

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see161

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see157

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see151

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see151

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see151

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see150

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see148

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see146

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri