Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Hənəfi Terequlovun həyatının açılmamış səhifələri

Icma.az, Sherg.az saytına istinadən bildirir.

 Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin “Bakı şəhər idarəsi”adlı fondunda müxtəlif sənədlər, o cümlədən Bakı şəhər idarəsinin məktəb şöbəsi tərəfindən tərtib edilmiş bir sıra qiymətli sənədlər qayğı ilə qorunub saxlanılır. Həmin tarixi sənədlərdən biri də Bakı Şəhər İdarəsinin məktəb şöbəsinin 1912-1914-cü tədris ilinə dair tərtib etdiyi öz dövrünün tanınmış pedaqoqu Məhəmməd Hənəfi Həsən oğlu Terequlovun şəxsi qovluğudur. Qori Müəllimlər Seminariyasının tatar şöbəsinin məzunu, öz dövrünün tanınmış pedaqoqlarından sayılan Məhəmməd Hənəfi Həsən oğlu Terequlovun həyatı və pedaqoji fəaliyyəti təəssüflər olsun ki, bugünədək kifayət qədər araşdırılmayıb. M.H.Terequlov cəmiyyətimizdə əsasən musiqi dünyasındakı xidmətlərinə görə  tanınır və bir çoxları onun pedaqoji  fəaliyyətindən bəlkə də umumiyyətlə xəbərsizdir. Halbuki o, öz dövrünün tanınmış pedaqoqlarından biri olub. Azərbaycanın  müxtəlif arxiv fondlarında saxlanılan sənədləri təsdiq edir ki, M.H.Terequlov həyatının müəyyən dövrlərində Azərbaycanın bəzi bölgələrində və Bakı şəhərində pedaqoji fəaliyyətlə də məşğul olub.

 Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində saxlanılan qiymətli arxiv materiallar M.H.Terequlovun pedaqoji fəaliyyətindən bəhs etməyə bizə imkan verir. Arxivdə saxlanılan qiymətli arxiv materiallarından biri də M.H.Terequlovun şəxsi qovluğudur. Onun şəxsi qovluğunda tarixi məlumatlar  təsdiq edir ki, Məhəmməd Hənəfi Terequlov 1877-ci il noyabrın 7-də Tiflisdə anadan olub. Həmin qovluqda M.H.Terequlovun tatar (azərbaycanlı-R.S.) və müsəlman olduğu qeyd edilir. Yeri gəlmişkən qeyd olunmalıdır ki, həmin dövrlərdə Rusiya imperiyasında yaşayan azərbaycanlılar tatar adlandırıldıqlarına görə M.H.Terequlov da azərbaycanlı olaraq  qeydiyyat vərəqində tatar kimi qeyd olunub. Arxiv sənədlərindəki  məlumatlar təsdiq edir ki, M.H.Terequlov Zaqafqaziya Müəllimlər Seminariyasında pedaqoji təhsil alaraq həmin Seminariyanın  tam kursunu bitirib və ibtidai məktəb müəllimi adına layiq görülərək bu haqda şəhadətnamə əldə edib. O, 1900-cu ildən etibarən Bakı şəhər məktəblərində müəllimlik fəaliyyətinə başlayıb. Bundan əvvəlki dövrlərdə isə M.H.Terequlov Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyasının 3 iyun 1899-cu il qərarına əsasən Astaradakı məktəbdə müəllim vəzifəsinə təyin edilib. Arxivdə M.H.Terequlovun qayğı ilə qorunub saxlanılan şəxsi işində onun Tiflisdən Bakı şəhərinin  məktəb komissiyasının sədrinə ünvanladığı 31 iyul 1900-cü il tarixli ərizəsi saxlanılır. M.H.Terequlov həmin ərizəsində  qeyd edirdi ki, Bakıdakı rus-tatar məktəblərinin birində ona müəllim  yeri verilsin: "Nəzərinizə çatdırıram ki, mən nəğmə dərslərini üç səs üzrə apara bilərəm. Sənədlərim Yelizavetpol və İrəvan quberniyaları üzrə cənab direktorun dəftərxanasındadır. Ünvanım isə belədir - Tiflis şəhəri, Xlebnaə qorka, İvanovanın evi”.

 Arxiv sənədində qeyd olunan məlumatlara əsaslanaraq qeyd edirəm  ki, M.H.Terequlov 1914-cü ildə 8-ci rus-tatar məktəbinə daxil olana qədərki dövrlərdə ayrı-ayrı doqquz məktəbdə pedaqoji fəaliyyət göstərib. M.H.Terequlovun adına tərtib edilən şəxsi işində onun son beş ildə öz vəsaiti hesabına Moskva pedaqoji kurslarında da təhsil aldığı da qeyd edilir. M.H.Terequlov 1912-1914-cü illərdə Bakı şəhərində yerləşən  8-ci rus-tatar məktəbində 42 nəfər şagirdi olan sinifdə həftədə 24 saat olmaqla, Azərbaycan, rus dili və hesab fənlərini tədris edib. Dövri mükafatlar və pensiya üçün çıxılan pullar nəzərə alınmadan onun əsas maaşı ildə 900 rubl olub. Şəxsi işində  M.H.Terequlovun əlavə gəlir yerinin olmadığı, həmçinin onun evli olduğu və ailəsinin 3 nəfərdən, yəni özü, həyat yoldaşı və uşaqdan ibarət olduğu göstərilir. M.H.Terequlovun evli olmasına baxmayaraq,  onun şəxsi evi yox idi. O, birinci mərtəbədə üç otaqdan ibarət  kirayə götürdüyü evdə yaşayır, bu mənzilə ayda 17 rubl ödəyib.

 18 sentyabr 1900-cü ildə Bakı şəhəri və Dağıstan vilayəti üzrə xalq məktəblərinin direktorunun Bakı məktəb komissiyasının sədrinə məktub göndərərək Terequlova 6-cı rus-tatar məktəbində müəllim vəzifəsini icra etməsinə icazə verildiyi haqqında məlumat verir. Bakı şəhəri və Dağıstan vilayəti üzrə xalq məktəbləri direktorunun Bakı şəhəri üzrə  məktəb komissiyasının sədrinə ünvanladığı 8 sentyabr 1903-cü il tarixli məktubda M.H.Terequlovun 22-ci məktəbdən 9-cu rus-tatar məktəbinə keçirildiyi barədə məlumat verilir. Lakin Bakı şəhəri və Dağıstan vilayəti üzrə xalq məktəblərinin direktoru A.Txorjevskinin Bakı məktəb komissiyasının sədrinə ünvanladığı 10 sentyabr 1903-cu il tarixli məktubda M.H.Terequlovu 7-ci rus-tatar məktəbinə müəllim təyin edilib. A.Txorjevski həmin məktubda bildirirdi ki, iki şöbədən ibarət 9-cu rus-tatar məktəbində müəllim yerləri tutulduğuna və boş vakansiya yerinin olmadığına görə M.H.Terequlov 7-ci rus-tatar məktəbinə keçirilir.

 M.H.Terequlov Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə Hacıbəylinin qardaşı, Azərbaycan aktyoru, opera müğənnisi, teatr xadimi, ictimai xadim, Azərbaycanda opera sənətinin banilərindən Uzeyir bəy Hacıbəyovun qayını idi. M.H.Terequlov həyatının sonrakı mərhələlərində həyatını  opera sənətinə həsr edir.  Azərbaycanın məşhur opera müğənnisi, Azərbaycanda opera xorunun banilərindən biri sayılan  H.Terequlov Azərbaycanın tatar əsilli məşhurlarındandır. M.H.Terequlov 18 dekabr 1942-ci ildə 65 yaşında Bakıda vəfat edib. Azərbaycanın məşhur opera müğənnisi, opera xorunun banilərindən biri sayılan  Hənəfi Terequlovun musiqi dünyasındakı xidmətləri, eləcə də onun pedaqoji fəaliyyəti  xalqımız tərəfindən unudulmur və daim böyük hörmət və ehtiramla yad edilir.


Rafiq Səfərov,

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin baş məsləhətçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:267
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Noyabr 2024 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri