Icma.az
close
up
RU
“Həqiqətə inanan siyasətçi isə güzgünü daha da şəffaf edir ki...”

“Həqiqətə inanan siyasətçi isə güzgünü daha da şəffaf edir ki...”

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

“Həqiqətin güzgüsündə görünən siyasi reallıq. Dünyada siyasi güzgüləri cəmiyyətin baxış bucağında dəyişə bilən, güclü, məqsədli və planlı oyunlara sahib olan, strateji siyasi yol ortaya qoyan düşüncənin fəlsəfi mahiyyəti çox dərinliklərdə gizlənir. O qədər dərin ki, hətta güzgü ilə belə o dərinliyə baxanda görmə məhdudiyyəti kifayət qədər mövcuddur. Bəzi siyasətçilər güzgünü sındırmaqla üzlərindəki ləkələri, qəlblərindəki xainliyi, millətə satqınlıqlarını gizlədə biləcəklərini düşünürlər. Amma anlamırlar ki, güzgünü sındırmaqla ləkə silinmir, satqınlıq aradan qalxmır, xainlik yox olmur”. 

Bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.

Onun sözlərinə görə, həqiqətdən qaçan siyasətçi güzgünü sındırır və onu günahlandırır:

“Amma həqiqətə inanan siyasətçi isə güzgünü daha da şəffaf edir ki, o şəffaflıq dünyaya səpələnsin. Bütün insanlar şəffaf, ədalətli mübarizə metodlarını güzgüdə əks olunmaqla həqiqətlərə örnək olsun. Dünyanın siyasi mahiyyətini əks etdirən güzgülərə təsirimiz olsun ki, sivilliyin bəşəriyyət üçün təhlükəli olmayan düşüncəsinin mahiyyətini, fəlsəfəsini aydın şəkildə o güzgüdə görək. Həqiqətləri İlham Əliyev öz siyasi metodologiyası, öz klassik dəyərləri, milli dəyərlərimizə sadiqliyi ilə dünyaya o güzgüdən çatdırmaq üçün əlindən gələni etdi və ciddi nəticə qazandı. Nəticə milli maraqlara xidmət, ərazi bütövlüyü, suverenlik, milli ideologiya, şəffaf etdiyi güzgüyə siyasi liderlərin baxışlarını təmin etmək və o baxışlarda dünyaya açılan yeni mövqeləri, ədalət, həqiqət və reallıqları təlqin etməkdir. Son Qarabağ Forumu, Qarabağın beynəlxalq media nümayəndələrinə açıq təqdim olunması bu baxımdan faktların yerində müşahidə olunmasına xidmət edən növbəti təşəbbüslərindən biridir”. 

Politoloq bildirib ki, bBu gün biz və bizim kimi düşünənlər, dünyanın tərkib hissəsi olaraq, dünyaya şəffaflıq gətirən, işıq gətirən, ədalət gətirən ideya daşıyıcılarıyıq:

“Amma dünyanın siyasi güzgüsünü qaranlığa çevirmək istəyənlərin məqsədi həqiqətlərin yerini dezinformasiyaya qurban vermək oldu. Qarşılıqlı etimadın əvəzinə rəqabət yaratdılar, beynəlxalq hüququn yerini çox vaxt güc siyasəti tutdu və cəmiyyətin, bəşəriyyətin baxışlarını dəyişdilər ki, o şəffaflığı dumanlı görsünlər. Amma biz həqiqətləri kölgədə qoymağa imkan vermədik. Bu, bizim üçün çox böyük dəyərdir. Bu, milli dəyərə çevrilən, milli sərvətə çevrilən düşüncə təfəkkürünü qoruyub saxlamaq və inkişaf etdirmək bizim vətəndaşlıq borcumuzdur. Azərbaycanda güzgünü sındıran, güzgünü ləkələndirən jurnalistlər, siyasətçilər, ictimai insanlar olduğu kimi, dünyada da bu tip varlıqlar var və olacaq. Əslində, buradakılar dünyada xaricdən gələn o çürük ideyalara özlərini əsir edən, tabe edən zavallı güzgü sındıranlardır. Amma dünyanın bu kəsiminə artıq yer yoxdur. Şəffaflığa, ədalətə qarşı çıxan, baxışları qaranlıq, qəlbləri xəbis olanlar, sizin sındırdığınız güzgülər artıq effektini itirib. Siz hər tərəfdən Azərbaycanın dünya üçün yaratdığı siyasi güzgüdə özünüzü olduğu kimi görürsünüz - ləkəli. Dəyərli soydaşlar, əziz həmvətənlər! İnanın, çox acınacaqlı belə siyasi baxışların məhv olması üçün dünyada böyük düşüncəyə malik olan liderlərin siyasətinin mahiyyəti məhz bu ləkəlilərlə mübarizə aparmaqdır. Azərbaycanın siyasətini, diplomatiyasını bu səviyyəyə çatdıran, ölkəmizi bu gün qürurlu bir dövlət, qüdrətli bir ölkə kimi qəbul etdirən siyasi düşüncə qoy həmişə var olsun! Yeri gəlmişkən… Mənim bir dostum güzgü istehsalı ilə məşğul olur. O sahə ilə bağlı detallı məlumata malikik. Böyük, müasir standartlara uyğun, işıqlı zavod sahibi olan sahibkar dostumdan bir xahişim var: güzgü çox strateji sahədir, çox ehtiyatlı olmaq lazımdır”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 İyul 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri