Icma.az
close
up
RU
Həqiqəti niyə gizlədirsiz, axı? Şamaxı, ay Şamaxı... İdman və Biz

Həqiqəti niyə gizlədirsiz, axı? Şamaxı, ay Şamaxı... İdman və Biz

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Örtülü bazar dostluğu pozar” (Atalar sözü)

"Şamaxı” 9 oyundur ki, Premyer Liqada qələbə qazanmır. Üstəlik, ölkə kubokunda da mübarizəni dayandırıb. Buna qədər "Kəpəz” səkkiz oyunda xal üzünə həsrət qalmışdı və gəncəlilər sonuncu pillədən qurtulmağı bacarmırdılar. IX turda "Neftçi”ni Tovuzda qəbul edən "Kəpəz” 4:3 hesablı qələbəyə sevindi və gələcək üçün zəif də olsa, ümid işıqları yandı. Düzdür, "Şamaxı” bu 9 oyunun hamısını uduzmayıb. "Neftçi” və "Turan Tovuz”la qarşılaşmalarda "Şamaxı” aktivinə 1 xal yazmağı bacarıb. Vəssalam, bundan artığını etmək mümkün olmayıb. Doqquz oyuna cəmi iki xal toplamaq heç də yaxşı göstərici sayıla bilməz.

Bütün bunları başa düşmək, "Şamaxı”nın vəziyyətinin heç də yaxşı olmadığını görmək üçün futbol mütəxəssisi olmağa ehtiyac da yoxdur. Hər şey göz qabağındadır. Amma bu acı həqiqəti əyalət təmsilçinin rəsmiləri və baş məşqçi Ayxan Abbasov qəbul etmək fikrində deyil. "Şamaxı”nın baş meneceri Kamran İsmayılov bildirir ki, komandada heç bir problem yoxdur. Hələ bununla kifayətlənmir, "Şamaxı”dakı problemlər barədə yazanlarla türkün sözü "dalğa keçir”. Sitat: "Bəzən mətbuatda yayılan xəbərləri oxuyarkən qəhqəhə çəkirəm”. Təsəvvür edirsiz, bunu deyən şəxsin baş meneceri olduğu klubun ötən mövsüm futbolçulara borclu qalması ilə bağlı xeyli xəbərlər yazılırdı. Həmin borcların bir çoxunun ödənib-ödənmədiyi hələ də məlum deyil. Şikayətçilər arasında hətta məşqçilər korpusunun üzvləri də var idi. Klub həmin şəxsləri pulsuz yola salmışdı və heç biri ilə normal şəkildə yollar ayrılmamışdı.

İndi Kamran Quliyev mətbuatda yazılanlara ürəkdən qəhqəhə çəkib gülür. Əslində isə "Şamaxı”nın gününə qəhqəhə çəkmək lazımdır. Problemlər təkcə meydandakı nəticələrlə məhdudlaşmır, futbolçularla klub arasında da şübhəli proseslər baş verir. Qısa müddət ərzində "Şamaxı” üç futbolçusu ilə müqaviləni pozub. Təəccüblüsü də odur ki, bu ayrılıqlarla bağlı heç bir tutarlı səbəb göstərilmir, məntiqli izahat verilmir. İlkin Muradovun gedişinə intizamsızlıq adı verdilər. Di gəl ki, kapitan Adil Nağıyevlə gürcü Georgi Kantariyanın klubdan qovulmasına heç bir ad qoyulmur. Nə klub tərəfindən, nə də futbolçuların özlərindən normal izahatın gəlməməsi şübhələrə yol açır. Həmin şübhələr də odur ki, qovulan futbolçular oyun alqı-satqısında iştirak ediblər.

Bu şübhələr və iddialar əsassızdırsa, ortaya onları yalanlayan sübutlar qoyulmalı, ayrılığın əsl səbəbləri açıqlanmalıdır. Yox, bunu etmirlərsə, deməli, tüstü elə od olan yerdən çıxıb. Heç kimdən inciməyə, yaxud da anlayış gözləməyə dəyməz. Tovuzdakı oyundan sonra baş məşqçi Ayxan Abbasov məsələ ilə bağlı suala belə cavab vermişdi ki, klubun rəsmi açıqlaması olacaq. O açıqlama da gəldi, amma necə gəldi? Molla Nəsrəddin demişkən, üzrü günahından betər. Klub deyir ki, sizə heç nə açıqlaya bilmərik, bizə anlayış göstərin. Nəyin anlayışıdır? Mətbuatın borcu həqiqəti üzə çıxarmaq, oxuculara xəbər çatdırmaqdır. Sən o xəbəri gizlədirsənsə, heç kimdən anlayış gözləmə. Futbolçuların qəbahəti varsa, bunu açıqlamaq lazımdır. Qoy başqalarına da dərs olsun, sabah eyni yolu getməyə cürət etməsinlər. Bunu etməmək elə o futbolçulara haqq qazandırmaqdır (Mənbə: Qaynarinfo.az).

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Dekabr 2024 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri