Icma.az
close
up
RU
Həqiqi hekayə Dilan Tomas

Həqiqi hekayə Dilan Tomas

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Kelt əsilli tanınmış ingilis şair Dilan Tomasın doğum günüdür.

Kulis.az bu münasibətlə Həmid Piriyevin tərcüməsində ədibin "Həqiqi hekayə" hekayəsini təqdim edir.

Yelenanın ağlı kəsəndən yuxarı mərtəbədəki qarı ölüm ayağında idi. Yelena anası ilə onun üçün təzə meyvə-tərəvəz gətirdiyi vaxtlardan yorğan-döşəkdə mumdan düzəldilmiş qarı kimi yatırdı. Bu gün artıq Yelena qadın idi, saçını boynunun arxasında toplayıb bağlayırdı. Hər gün səhər gün çıxan kimi durur, ocağı yandırır, qırmızı gözlü pişiyi evə buraxırdı. Bir çaydan çay hazırlayıb kənd evinin arxa tərəfindəki yataq otağına çıxır, kor gözləri heç yumulmayan qarının üstünə əyilirdi. Hər səhər qarının göz boşluqlarına baxır, əlini üstündən keçirirdi. Qadının nəfəs alıb-almadığını başa düşmürdü.

"Saat səkkizdir, səkkiz olub artıq", - dedi. Kor gözlər gülümsədi. Yorğanın altından büzüşmüş bir əl çıxdı, Yelena onu öz balaca, ətli əlinə alıb çay fincanına dolayana qədər gözlədi. Fincan boşalanda Yelena onu yenə doldurdu, çaydandakı çay qurtarandan sonra ağları dəyişdirdi. Qarı gecə paltarında uzanmışdı. Dərisinin rəngi başında qalmış axırıncı saçları kimi boz idi. Yelena yeri düzəldəndən sonra çaydanı götürüb aşağı düşdü. Səhər yeməyini bağda işləyən oğlanla bir yerdə yeyirdi. Arxa qapını açıb baxdı, əlində bel işləyən oğlanı gördü. Kifir oğlan idi, gözləri pişiyin gözlərindən də qırmızıydı.

Yelena oğlanın yeməyini qabağına qoydu, özü qıraqda oturub əllərini ocağa tutdu. Oğlan həmişə yeyib ayağa duranda, "etməyimi istədiyin nəsə var?" - deyə soruşurdu. Qız heç vaxt ona "hə" deməmişdi. Oğlan bostandan kartof çıxartmağa, ya da toyuqların yumurtalarını saymağa gedirdi, bağdakı böyürtkən kollarında yığılmalı meyvə vardısa, günortaya qədər qız da ona kömək edirdi. Xırda qırmızı meyvələri əlinə yığdıqca qarının yatağının altındakı pulları fikirləşirdi. Toyuq kəsilməli idisə, toyuğun boğazını yarıya qədər kəsib bıçağı qoluna silən oğlandan daha yaxşı edirdi bu işi. Toyuğu tutub kəsir, isti qanın qoxusunu duyur, başsız toyuğun həyətdə qaçıb can verməyinə baxırdı. Sonra içəri girib əllərini yuyurdu.

Baharın ilk həftəsi idi. Yelenanın iyirmi yaşı tamam olmuşdu, qarı hələ də əlini çay fincanına uzadırdı, gecə paltarının yaxası hələ də tərpənmirdi nəfəs aldıqca, o xəzinə hələ də yatağın altında idi. Yelenanın istədiyi o qədər şey vardı ki... Özünə aid bir kişi istəyirdi, bazar günləri geyinmək üçün qara rəngli paltar, çiçəkli şlyapa istəyirdi. Heç pulu yox idi. Oğlan bazara tərəvəz və yumurta apardığı günlərdə qarının verdiyi altı pennini ona verir, oğlanın cib dəsmalına büküb gətirdiyi pulu qarının əlinə sayırdı. Yataq yeri və bir qarın yemək üçün işləyirdi, oğlan da elə. Tək fərq o idi ki, qız ikinci mərtəbədəki otaqda yatırdı, oğlan isə anbardakı saman yataqda.

Günəşli bir bazar səhəri başındakı azğın fikirlər dağılsın deyə bağa çıxdı. Göydə iki bulud gördü, günəşin başına fırlanan iki kələ-kötür əl. "Ah, uça bilsəydim", fikirləşdi, "açıq pəncərədən içəri girib dişlərimi qarının boğazına keçirərdim". Amma sərin külək bu düşüncəni alıb apardı. Adi qız olmadığını bilirdi, çünki qış gecələrində oğlan samanların içində yuxu görəndə, qarı qaranlıqda tək olanda kitablar oxumuşdu. Pul kimi yerə enmiş bir Tanrıyla, insan səsi çıxaran ilanlarla, dağın zirvəsində dayanıb atəşdən bir şeylə söhbət edən adamla bağlı şeylər.

Bağın lap qırağına, düzəngahla bağın arasına çəkilmiş çəpərin yanındakı balaca təpənin yanına getdi. Toyuqları boğduğu üçün öldürdüyü iti bura basdırmışdı. Xaçın üstündə "Nur içində yatsın" yazılmışdı, ölüm tarixi isə tərsinə qeyd edilmişdi. Beləcə, it hələ ölməmiş olurdu. "Onu bura basdıra bilərəm", - Yelena öz-özünə fikirləşdi, "itin yanında, gübrələrin altına, onu burda heç kim tapmaz". Əllərini çırpdı, iki kələ-kötür əl günəşə dolananda evin arxa qapısına çatdı.

İçəridə qarı üçün hazırlanmalı xörək, katrof vardı. Təkcə bıçağın səsi gəlirdi, külək kəsmişdi, ürəyi bir neçə qat boğçaya sarılmış kimi səssiz idi. Evin içində heç nə tərpənmirdi. Qucağındakı əli ölü kimiydi, bacadan çıxan dumanın göyə milləndiyini fikirləşə bilmirdi. Dünyada təkcə onun zehni maşın kimi işləyirdi. Hər şeyin ölü olduğu bu saatda bir xoruz banladı və qız bir azdan bazardan qayıtmalı olan oğlanı fikirləşdi. Əlinin yenə qucağında öldüyünü hiss etdi. Elə bu ölümün ortasında idi ki, oğlanın əlinin qapının cəftəsini burduğunu eşitdi.

Oğlan içəri girdi, Yelenanın kartof soyduğunu gördü, cib dəsmalını stolun üstünə atdı. Qız dəsmalın içindəki pulun cingiltisini eşidəndə başını qaldırıb oğlana baxdı və gülümsədi. Oğlan əvvəllər heç vaxt qızın gülümsədiyini görməmişdi.

Qız onun yeməyini qabağına qoyub bir qıraqda, ocağın yanında oturdu. Qız oğlana tərəf əyiləndə oğlan onun saçındakı yonca qoxusunu hiss etmiş, dırnaqlarının arasına dolan yaş torpağı görmüşdü. Qız toyuq kəsmək və böyürtkən yığmaqdan başqa bayır-bacağa çox da çıxmırdı. "Yuxarı yemək aparmısan?" - oğlan soruşdu. Qız cavab vermədi. Yeməyini qurtarandan sonra ayağa duranda indiyə qədər min dəfə soruşduğu kimi, "etməyimi istədiyin nəsə var?" - deyə soruşdu. "Hə", - Yelena dedi.

İndiyə qədər heç vaxt ona "hə" deməmişdi. Oğlan indiyə qədər heç bir qadının onunla belə danışdığını eşitməmişdi. Qızın döşlərinin kölgəsi heç vaxt bu qədər tünd olmamışdı. Səndələyə-səndələyə mətbəxin o biri tərəfinə, qızın yanına getdi, qız əllərini onun çiyinlərinə qoydu. "Mənim üçün nə edəcəksən?" - Yelena soruşdu və paltarının çiyin bağlarını açdı. Paltarın yaxası sürüşdü və qızın çılpaq döşləri göründü. Oğlanın əlini götürüb döşünün üstünə qoydu. Oğlan qızın çılpaq sinəsinə baxdı, qızı qucaqladı. "Mənim üçün nə edəcəksən?" - qız soruşdu. Yatağın altındakı pulları fikirləşə-fikirləşə oğlanı özünə çəkdi, paltarının yerə düşməsinə imkan verdi, alt köynəyini çıxartdı. "Nə istəsəm, edəcəksən", - dedi.

Bir dəqiqə sonra oğlanın qollarından çıxıb otağın bu biri tərəfinə qaçdı. Çılpaq kürəyini yuxarı mərtəbəyə çıxan qapıya söykəyib barmaq işarəsi ilə oğlanı yanına çağırdı, nə etməli olduğunu dedi. "Varlı olacağıq", - dedi. Oğlan barmaqlarını ona toxundurmağa çalışdı, amma qız onun əlini tutdu. "Mənə kömək edəcəksən?" - dedi. Oğlan gülümsədi, başını razılıq əlaməti kimi tərpətdi. Qız qapını açdı, onu yuxarı çıxartdı. "Sən burda dayan, səsini çıxartma", - dedi. Qarının otağındakı çatlaq məhəccərə, yarıaçıq pəncərəyə, divardakı yazıya baxdı. "Saat bir olub", - qarının qulağına dedi, kor gözlər gülümsədi. Üç yüngül zərbə bəs etdi, başı yumurta kimi partladı.

"Neylədin?" - oğlan qışqırdı. Yelena onu içəri çağırdı. Oğlan qapını açdı, əllərini yorğanüzünə silən çılpaq qızı, divarda qırmızı ləkə əmələ gətirmiş qanı görəndə dəhşət içində qışqırdı. "Sus!" - Yelena dedi, amma oğlan qızın sakit dediyi sözlərə qarşılıq kimi yenə qışqırıb aşağı qaçdı.

"Belədirsə, Yelena uçmalıdır", qız öz-özünə dedi, qarının otağından uçub küləyə qarışmalıdır. Pəncərəni tam açdı, bayıra addım atdı, "Uçuram", - dedi.

Amma Yelena uçmurdu.

Firəngiz Mütəllimova: "Təhminə obrazına məni çəkəcəkdilər, yataq səhnəsini göstərdilər, dedim..." - Müsahibə "İçərişəhər"də Azərbaycan Miniatür Sənət Muzeyinin açılışı keçirilib “Mənim sehrli dünyam” filmi beynəlxalq festivalda
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see378

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see348

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see329

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see248

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see241

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see233

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see218

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see181

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see168

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see165

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see160

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see159

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see159

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see158

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see156

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see155

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see154

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see154

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see148

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri