Icma.az
close
up
RU
Hər anda bir “kaş” gizlənib

Hər anda bir “kaş” gizlənib

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Yaşı yüzü haqlamış bir dədə ağac əkirmiş. Nəvə-nəticəsi yaşda birisi bir müddət əlini belinə qoyub ona tamaşa edir və kinayəli səslə dillənir:
- Ay baba, sən indi ümid edirsən ki, əkdiyin o ağacın barını yeyəcəksən?
Dədə belini dikəldib sualı verən gəncə baxır və deyir:
- Yedim, ya yemədim, nə fərqi var?! Əsas odur ki, bu ağac böyüyüb insanlara fayda verəcək...
Əsində, bu cavab o dədənin xarakterini bütünlüklə ortaya qoyur.
Bir alim deyir ki, insanlar iki cür olur: Həyatı doğumdan ölümə qədər görənlər; ölümdən sonrasını da həyat bilənlər. Oturub diqqətlə düşünəndə bu yanaşmanın, yəni, kimin həyatı necə, haradan hara qədər anlamasının ən mühüm xarakterik cəhətlərdən biri olduğunu anlayırsan. Bəli, sənin üçün həyat harada başlayır, harada qurtarır, bu suala verilən cavablar insanları tanımaqda çox vacibdir.
Ömrün hansı mərhələsində olursan-ol, oturub geri baxanda içində təsəlli ilə yanaşı yanğı da tapırsan: “Belə etməsəm, daha yaxşı olardı” kimi. Amma daha keçən keçib, indi keçmişin kədərləri içində boğulmaqdansa, içində olduğun anı ən gözəl şəkildə dəyərləndirməyə çalışmalısan. Aldığımız hər nəfəs, yaşadığımız hər an bizim üçün bir fürsətdir və hər fürsəti də vaxtında dəyərləndirmək lazımdır. Keçmişin xarabalıqları içində vaxt itirməkdənsə, bu anın içində abad, firavan bir guşə, bir bucaq qurmaq daha faydalıdır.
Təcrübə göstərir ki, bütün uğurlu insanlar vaxtlarını düzgün dəyərləndirənlərdir. O insanların demək olar ki, hamısı özlərinə gündəlik, həftəlik, aylıq, illik planlar qurmuş və günün sonunda da özlərinə hesabat vermişlər. Əsas məsələ insanın özünü aldatması deyil, özü ilə üzləşməsi, reallıqla barışmasıdır. “Bu günün işini sabaha qoyma” sözü də məhz bu nöqtəni göstərir.
Sevimli Peyğəmbərimiz (s.ə.s.) insanların onlara verilmiş iki neməti, sağlamlıq və vaxtı düzgün dəyərləndirmədiklərini vurğulayır, başqa bir hədisində isə hər kəsin ömrünü harada və necə keçirdiyindən sorğu-suala çəkiləcəyini bildirir.
Tez-tez rast gəldiyimiz bir ifadə var: Boş vaxt. Əslində, bu ifadə doğru deyil, sənin üçün boş keçən bu vaxt ərzində kimsə yoldan keçən bir qarıya kömək edir, onun çantasını daşıyır; neçə körpə dünyaya göz açır; neçə insan dünyadan köçür, kimsə illərdən bəri apardığı tədqiqatı uğurla tamamlayaraq yer üzündə milyonlarla insanın sağlamlığı üçün ümid qapısı aralayır; əkinçi əkir; müəllim şagirdlərinə Füzulinin dünyagörüşündən söhbət edir... Sən isə deyirsən ki, boş vaxt... Vaxt hər kəs üçün eynidir, ölçüsü də saniyələr, dəqiqələr, saatlar, günlər, aylar, illər... Əgər bir yerdə boşluq axtarırsansa, özündə axtar, kənarda deyil.
Bütün bunlar az imiş kimi, dilimizdə belə qəribə bir ifadə də var: “Vaxt öldürmək”. Diqqət yetirəndə görürsən ki, insanlar “vaxt öldürəndə” ən mənasız və ola bilsin ki, çox zərərli işlərlə, əyləncələrlə məşğul olurlar. Bir müddət sonra isə bu “vaxt öldürmək” o cür insanların həyatının ayrılmaz hissəsinə çevrilir. Ömrü boş vaxt kimi öldürənlər həmişə xatirələrlə yaşayır, özlərini ovutmaq üçün saxta xatirələr uydurur, “Ötən günlərimi qaytaraydılar” deyə fəryad edirlər. Keçmişini xatırlayanda könlünə hüzur dolanlar isə nəinki ötən günlərə, on səkkiz yaşa, arxada qalmış ən gözəl ana belə qayıtmaq istəmir, dünya mənzilini tamamlayıb yollarına davam etmək istəyirlər. İnsan üçün kamillik dediyin də elə budur: Ölümü qorxu ilə deyil, həyatın ən gözəl səfəri kimi gözləmək.
Ərtafımızdakı əksər varlıqlardan bizi fərqləndirən, daha doğrusu, üstün qılan əsas məziyyətimiz nədir, bilirsinizmi? - Ağıl və iradə. İradə - seçim imkanıdır, hər anın içində bizim üçün fərqli variantlar var və biz onlardan birini seçərək, ömür adlanan yolumuza davam edirik. Ağıl o doğru seçim üçün yolumuza işıq salır. Hər anda bir xeyir qapısı, ya da gələcəyin bir “kaş ki”si var. Doğru düşünənlər, doğru seçim edənlər “Kaş ki” demirlər. “Kaş ki” xəstəliyi elə bəladır ki, əlini, qolunu, gözünü bağlayır və sən içində olduğun bu anı dəyərləndirə bilmirsən. Hər nəfəs bir nemət, hər an bir fürsətdir və üstündən zaman keçdikdən sonra hansısa seçimimizin doğru, ya yanlış olduğunu saf-çürük edir, kədərlənir, ya da sevinirik.
Bəlkə də, ən böyük xətalarımızdan biri həmişə gələcəyə ümid bağlamağımız, dünya həyatını çox uzun hesab etməyimizdir.
Bir hekayə yada düşdü: Payız gəlir, havalar soyuyur, köçəri quşlar dəstə-dəstə uçub isti ölkələrə gedirlər. Dəstəsindən qopub qalmış qaranquş dimdiyi ilə bir pəncərəni döyür və ev sahibindən xahiş edir ki, onu evə buraxsın. Həmin anda nəyəsə bərk əsəbiləşmiş ev sahibi bütün hirsini zavallı quşcuğazın üstünə tökür və qovur. Çox keçmədən adam ona pənah gətirmiş bir quşu qovduğuna görə çox peşman olur və hər tərəfi gəzib dolaşır ki, qaranquşu evinə dəvət etsin, amma gördüm deyən tapılmır. O qışı peşmanlıq içində keçirən adam yazda ilk gələn qaranquşu tapır, olanları danışır və həmin qaranquşu görüb-görmədiyini soruşur. Bu qəmli hadisəni diqqətlə dinləyən qaranquş başını bulayır və adama belə cavab verir:
- Sən daha onu axtarma. Məgər bilmirsən ki, biz qaranquşların ömrü cəmi bircə il olur?!
Ömür dediyin bu yol da hər birimiz üçün müəyyən edilmiş bir zaman möhlətidir. Onu dolu-dolu yaşamaq, geriyə baxanda insanın könlünə təsəlli olacaq əməllər görmək böyük nemətdir. Bəzən görürsən ki, birisi illik tətilə çıxdı, bir ətək pul xərcləyərək harasa səfər etdi, bir ay ancaq yeyib-içdi, əyləndi, pul xərclədi, günlərini hovuzda, dənizdə keçirdi...
Heç kimin işinə qarışmaq, başqalarında qüsur axtarmaq kimi bir niyyətimiz yoxdur, amma istər-istəməz düşünürsən ki, bu tətil deyilən zaman dilimi ömürdən deyilmi?
Adam var gündə üç seriala tamaşa edir; adam var Çempionlar Liqasının bir oyununu qaçırmır; adam var beş ilini verib Puşkinin "Yevgeni Onegin" poemasının orijinalını əzbərləyir; adam var ömrünü dövlətlərin pul əskinaslarını toplamağa həsr edir; adam da var hər səhər metro ilə işə gələndə çox faydalı bir kitabdan ən azı üç səhifə oxumağı, özü də düşünə-düşünə, anlayaraq oxumağı adət halına gətirir.
İtirilmiş hər an boşa getmiş bir fürsət, məqamında görülmüş faydalı iş isə könül xoşluğu, təsəllidir. Bu dünyada hər kəs ona verilmiş ömür möhlətini xərcləyərək nəsə toplayır, kimi kolleksiya, kimi var-dövlət, kimi serial xatirələri, kimi də gözəl əməllər. Zamanı gələndə hər kəsin topladığı tərəzi gözünə qoyulacaq və onda kimlərinsə əli boş, kimlərinsə əli dolu olacaq. Daha çox uzadıb sizin də vaxtınızı almayaq, anlayana bu qədər də yetər...
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 09 Noyabr 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see655

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see385

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see288

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see269

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see264

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see230

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see217

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see217

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see209

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see209

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see186

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see184

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see170

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see169

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see162

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see157

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see154

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see153

Çingiz Əhmədov qadınlarla bağlı sözlərinə görə tənqid olundu

18 Avqust 2026 11:39see146

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri