Icma.az
close
up
RU
“Hər bir cəmiyyətin asılı olduğu şeylər dəyişir” MİRŞAHİN ƏLİZADƏ

“Hər bir cəmiyyətin asılı olduğu şeylər dəyişir” MİRŞAHİN ƏLİZADƏ

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bizdəki asılılıqların daha çoxu duyğusal asılılıqlardan irəli gəlir”

“...O problemlər insanları gətirib alkoqolizmə, narkomaniyaya da gətirib çıxara bilir. Bunun kökündə daha çox sevgisizlik dayana bilir”

“Hədəfsiz yaşayan bir insanın həyatında narkomaniya da, alkoqolizm də, iqromaniya da ola bilər”

Azərbaycanda pis vərdişlərin qaynağı sayılan asılılıq problemi pik həddə çatıb. Bu, özünü narkomaniya, iqromaniya, komputer oyunlarından aslılıqlarda və s. daha çox göstərir. Bu mövzunu klinik psixoloq, Dünya Yaddaş Olimpiadaları Federasiyasının üzvü Mirşahin Əlizadə ilə müzakirə etdik.

(Əvvəli bu LİNKdə)

-Sizcə, digər ölkələrdəki toplumları müqayisə etsək, bu gün bizdə insanların asılılıq faizi çoxdurmu? Əgər bu göstərici çoxdursa, səbəbi nədir?

-Tam olaraq statistika verə bilməyəcəyəm, amma öz təcrübələrimdən, araşdırmalarımdan yola çıxaraq deyə bilərəm ki, hər bir cəmiyyətin asılı olduğu şeylər dəyişir. Yəni elə cəmiyyətlər var ki, orada duyğusal asılılıq var. Elə cəmiyyətlər var ki, orada fiziki asılılıqlar daha çox önə çıxır. Bizdəki asılılıqların daha çoxu duyğusal asılılıqlardan irəli gəlir. Məsələn, sevdikləri insanlarla qarşılaşdıqda istər qadın, istər kişi olsun, həmin  insandan asılı vəziyyətə gəlirlər. Həmin insanla sevgi, məhəbbət yaşayırlar. O problemlər insanları gətirib alkoqolizmə, narkomaniyaya da gətirib çıxara bilir. Bunun kökündə daha çox sevgisizlik dayana bilir.

- Yəni bunun qaynağı ailədən, uşaqların ailədə sevgi ala bilməməsindən gəlir.

-Təbii ki. Çünki biz bu şeyləri ailədən görürük. Bir insan öz valideynindən sevgi necə görübsə, sevgini necə alıbsa, o da gələcəkdə sevgini alıb-verəndə eyni dinamikləri, eyni paternləri işlədir. Bu, nə qədər səthi görünsə də, kökləri çox tarixi dərinliklərə qədər gedib çıxa bilir. Tarixə baxsaq, görərik ki, biz həmişə döyüşkən bir xalq olmuşuq. Bizim xalqın kişiləri daha çox səfərlərdə olub və birlikdə çox zaman keçirə bilmədikləri üçün ailəyə yetərli qədər sevgi göstərə bilməyiblər. Yəni həmişə səfərlərə getmişik, fəth etmişik, işğalçılardan qorumaq üçün daha çox müharibələrdə olmuşuq - nəticədə ailəyə yetərli qayğı, sevgi göstərə bilmədiyimiz üçün yetərli sevgi ala bilməyən uşaqlar gələcəkdə özləri valideyn olduqda öz natamam sevgisizliklərini də natamam şəkildə öz uşaqlarına ötürüblər. Bu da nəsildən nəslə ötürülə-ötürülə indiki zamanlara qədər gəlib çıxa bilib.

-Çox maraqlıdır. Siz qeyd etdiniz ki, yalnız qumar, narkotik asılılığı olmur, telefon asılılığı, kompüter oyunlarından asılılıq, insandan asılılıq, sosial şəbəkə asılılığı və s. də olur. Sizcə, bu problemlərin qarşısını almaq üçün cəmiyyətin sağlamlaşdırılması ilə bağlı dövlət proqramları olmalıdırmı?

- Məncə, olmalıdır.

- Yəni geniş ictimai miqyasda?

- Təbii ki. Zatən narkomaniya ilə mübarizə aparılır. Narkomaniya ilə mübarizənin də kökünə baxmaq lazımdır. Yəni insanları sadəcə “narkomaniyadan uzaq dur” deməklə narkomaniyadan uzaqlaşdırmaq işin fərqindəlik hissəsidir. İşin irəli səviyyələrində isə artıq bilmək lazımdır ki, adam nə üçün bu problemə gəlib çıxır, nə üçün narkomaniyaya düçar olur, nə üçün içki içir, nə üçün iqromaniyadan əziyyət çəkir... Bizim xilas edə biləcəyimiz indiki zamandır. Biz indini dəyişə bilirik, keçmişlə onsuz da işimiz bitib, keçmiş keçmişdə qalıb, gələcəyi də müəyyən edən şey indiki zamandır. Söhbətin əvvəlində də vurğuladıq ki, insanlar yetəri qədər duyğusal aclıqları olanda, sevgi görməyəndə, başqa özgüvənsizlik yaşayanda gələcəkdə nədənsə asılı vəziyyətə düşə bilirlər. Deməli, hal-hazırda bunun fərqindəyiksə, indiki nəsli elə yetişdirməliyik ki, həmin insanlarda o problemlər olmasın, onlar da gələcəkdə sağlam nəsil formalaşdıra bilsinlər. Ona görə də gənclər arasında intellektual müsabiqələrin keçirilməsi, uğur yönümlü, hədəf yönümlü çalışmaların olması, yəni gənclərin bir hədəfinin olması lazımdır. İnsan hədəfsiz olanda hər cür lazımsız fikrilərlə beyin dolur. Sizə maraqlı bir misal çəkəcəyəm. Bir gün bir professor gəlir sinfə, bir əlində torba, bir əlində banka olur. Bankanı qoyur masanın üstünə, tələbələri maraqla baxırlar ki, professor nə edəcək. Profesor topları bankanın içinə doldurur, sonra tələbələrdən soruşur ki. Sizcə bu banka doludur ya boşdur? Tələbələr deyir ki, doludur. Sonra professor torbadan çınqıl daşları çıxardır, tökür bankanın içinə. Sonra sual verir ki, banka doludur, ya boşdur? Tələbələr deyir ki, doludur. Sonra professor qum dənəciklərini tökür bankanın içinə, bütün araları doldurur. Yenə eyni sualı soruşur tələbələrdən, tələbələr də eyni cavabı verir. Professor ən sonda bankanın içinə şərab tökür, deyir ki, indi deyin görüm banka doludur ya boşdur. Tələbələr hamısı deyir ki, indi doludur. Professor sonra izah edir ki, indi baxın, biz buraya tenis toplarını doldurduq, çınqıl daşlarını qoyduq, qum qoyduq, sonra su qoyduq. Biz bankanın içinə birinci topları qoyduq - bu əsas önəmli şeyləri təmsil edir - ailəmizi, karyeramızı, hədəflərimizi, işimizi. Çınqıl daşları  ikinci dərəcəli şeyləri təmsil edir. Qum dənələri lazımsız şeyləri təmsil edir. Əgər siz bankanı birinci qumla doldursanız, orada sizin üçün önəmli olan şeylərə məsələn tenis topuna ya da çınqıl daşlarına yer qalmayacaq. Ancaq birinci növbədə bankanı tenis topları ilə doldursanız, hamısına yer çatacaq, lazımsız şeylərə belə. Tələbələr sual verirlər ki, bəs onda mayenin rolu nədir? Professor deyir ki, həyatınız hər nə qədər önəmli işlərlə dolu olsa da, yoldaşlarınız ilə, dostlarınız ilə zövq almaq,  istirahət etmək üçün zamanınız olacaq.

Yəni insan həyatında önəmli şeylərə yer verdiyi zaman lazımsız şeylərə onsuz da yer qalmır. Lazımsız şeylərə yer verildiyi zaman önəmli şeylərə yer qalmır. Ona görə də biz həyatımızda strategiya qurmalıyıq, sağam cəmiyyət üçün insanlar, gənclər, uşaqlar, valideynləri maarifləndirmək lazımdır. Onlar bilsinlər ki, hədəfsiz həyat mənasız bir həyatdır. Hədəfsiz yaşayan bir insanın həyatında narkomaniya da ola bilər, alkoqolizm də ola bilər, iqromaniya da ola bilər.Bir çox şeylər də ola bilər. Biz hal-hazırda bununla bağlı işlər görürük, təlimlər keçiririk. Mən şəxsən universitetlərə gedirəm. Universitetlərdə görüşlərim, seminarlarım olur, bu mövzularda danışırıq, yaddaş müsabiqələri edirik. Çalışırıq ki, olimpiadaları ölkəmizdə də təşkil edək. Düşünürük ki, gələcəyimiz üçün bunlar fayda verəcək addımlardır. Arzumuz da budur ki, bu işlərimizi genişləndirək. Dövlətimizə, xalqımıza, millətimizə fayda verək. Belə bir insan ola bilək.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Fevral 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see238

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see228

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see166

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see134

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see125

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see123

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see121

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see121

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see120

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see119

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri