Hər bir istehlakçı 600 manat xərcləyib
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cari ilin yanvar-noyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların göstərilmiş xidmətlərin dəyəri 67,4 milyard manat olmaqla ötən ilin yanvar-noyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 4,8 faiz artıb.
Dövlət Statistika Komitəsindən Modern.az-a bildirilib ki, onun 80 faizini pərakəndə ticarət dövriyyəsi, 16,9 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 4,7 faiz artaraq 64,7 milyard manata bərabər olub, onun 46,7 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 600,2 manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 34,1 manat çox vəsait xərcləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 17 Dekabr 2024 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















