Icma.az
close
up
RU
Hər evə “yaşıl” enerji

Hər evə “yaşıl” enerji

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Günəş panelləri mənzillər üçün rahatlıq və qənaət mənbəyidir

Dünyada elektrik enerjisinə artan tələbatın ödənilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması istiqamətində həyata keçirilən layihələr hesabına alternativ enerji mənbələrinə maraq güclənib. Neft, təbii qaz və daş kömürdən elektrik enerjisi istehsalı hələ də qlobal enerji sistemində mühüm yer tutsa da, son illər Günəş, külək və digər bərpaolunan enerji mənbələrinin inkişafı daha geniş vüsət alıb.

Bir çox ölkələrdə enerji infrastrukturunun şaxələndirilməsi, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiq edilməsi və karbon emissiyalarının azaldılması prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Artıq dünyada geniş yayılan fərdi enerji istehsalı da Azərbaycanın “yaşıl” enerji strategiyasının mühüm istiqamətlərindən birinə çevrilib.

Bu prosesdə diqqətçəkən məqamlardan biri enerji istehsalının yalnız iri elektrik stansiyalarının fəaliyyəti ilə məhdudlaşmamasıdır. Artıq ayrı-ayrı ev təsərrüfatları, müəssisələr və inzibati binalar da getdikcə kiçik enerji istehsalçılarına çevrilmək imkanı əldə edir. Dam örtüklərində quraşdırılan Günəş panelləri vasitəsilə elektrik enerjisi istehsalı, onun bir hissəsinin şəxsi tələbat üçün istifadə edilməsi, artıq qalan hissəsinin isə ümumi elektrik şəbəkəsinə ötürülməsi müasir enerji təsərrüfatının yeni modelini formalaşdırır.

Azərbaycan da bu istiqamətdə ardıcıl addımlar atan ölkələr sırasındadır. Respublikada bərpaolunan enerji mənbələri potensialından səmərəli istifadə, yeni elektrik stansiyalarının yaradılması və vətəndaşların alternativ enerji istehsalına cəlb olunması dövlətin enerji siyasətinin mühüm istiqamətlərindən biridir. Bu baxımdan həm iri enerji layihələri, həm də fərdi istehlakçıların Günəş panelləri vasitəsilə elektrik enerjisi istehsalına şərait yaradan mexanizmlər xüsusi önəm daşıyır.

Alternativ enerji potensialı

Ölkənin bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr enerji istehsalının strukturunda mühüm dəyişikliklərə zəmin yaradır. Xüsusilə Günəş və külək enerjisi üzrə mövcud potensialın reallaşdırılması Azərbaycanın həm daxili enerji tələbatının ödənilməsinə, həm də gələcəkdə elektrik enerjisinin ixrac imkanlarının genişləndirilməsinə xidmət edir.

2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələrin imzalanması, Prezident İlham Əliyevin iştirakı ilə 2022-ci il martın 15-də həmin infrastrukturun təməlqoyma, 2023-cü il oktyabrın 26-da isə açılış mərasimlərinin keçirildiyi Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük Günəş elektrik stansiyasıdır.

Burada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcəyi, atmosferə atılan karbon emissiyasının 200 min ton azaldılacağı nəzərdə tutulub. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.

Mütəxəssislərin hesablamalarına əsasən, stansiyanın illik 500 milyon kilovat-saat enerji gücünə malik olması, başqa sözlə, bu həcmdə elektrik enerjisi istehsal edilməsi, təxminən, 110 min evin enerji tələbatının ödənilməsi deməkdir. Eyni zamanda, layihə təkcə elektrik enerjisi istehsalına deyil, həm də təbii ehtiyatlara qənaətə və ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da alternativ enerji layihələrinin reallaşdırılmasına xüsusi diqqət yetirilir. Bu ərazilər Günəş, külək və hidroenerji potensialı baxımından əlverişli imkanlara malik olması ilə fərqlənir. İşğaldan azad edilmiş ərazilərin müasir texnologiyalar əsasında yenidən qurulması, yaşayış məntəqələrinin və iqtisadi obyektlərin enerji təminatının dayanıqlı prinsiplər əsasında təşkilinin diqqətdə saxlanılması dövlət siyasətinin əsas istiqamətləri sırasında xüsusi yer alır.

Bu baxımdan təməli qoyulmuş “Şəfəq” Günəş Elektrik Stansiyası (GES) da mühüm layihələrdən hesab olunur. Gücü 240 meqavat nəzərdə tutulan stansiyanın ildə, təxminən, 500-700 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Gələcəkdə GES-in bu göstəricisi ilə 150 milyon kubmetrə qədər təbii qaza qənaət olunması və atmosferə atılan karbon emissiyalarının, təxminən, 300 min ton azaldılması proqnozlaşdırılır.

Bütün bunlar göstərir ki, Azərbaycan alternativ enerji mənbələrindən istifadəyə həm də iqtisadi inkişafın, enerji təhlükəsizliyinin və uzunmüddətli dayanıqlı inkişafın mühüm şərti kimi yanaşır.

Hər ev enerji istehsal edə bilər

İri Günəş və külək elektrik stansiyalarının yaradılması ilə yanaşı, fərdi evlərdə alternativ enerji sistemlərinin quraşdırılması da getdikcə böyük maraq doğurur. Bu isə vətəndaşların qarşısında yeni imkanlarla yanaşı, müəyyən suallar da yaradır. Məsələn, fərdi evin damında Günəş paneli quraşdırmaq üçün, ilk növbədə, nə etmək lazımdır? İstehsal edilən elektrik enerjisindən necə istifadə olunmalıdır? Ehtiyacdan artıq qalan enerjini şəbəkəyə ötürərək gəlir mənbəyinə çevirmək mümkündürmü?

Mütəxəssislərin fikrincə, həm fiziki, həm də hüquqi şəxslər öz mülkiyyətlərindəki yaşayış və inzibati binalarda Günəş panelləri quraşdıra bilər. Əgər vətəndaş şəbəkədən asılı olmayan sistem yaratmaq, istehsal etdiyi elektrik enerjisini akkumulyatorlarda toplamaq və təkcə öz ehtiyacını qarşılamaq istəyirsə, bu zaman şəbəkəyə qoşulma ilə bağlı prosedurlara ehtiyac yaranmır. Başqa sözlə, vətəndaş bazardan müvafiq avadanlıq alaraq müstəqil enerji sistemi qura və ondan istifadə edə bilər. Belə sistemlər, xüsusilə elektrik enerjisinin fasiləsiz təminatının vacib olduğu yaşayış evləri və digər obyektlər üçün əlavə imkanlar da yaradır.

Lakin Günəş panellərinin ümumi elektrik şəbəkəsinə qoşulması məsələsi fərqli qaydalarla tənzimlənir. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri Cəbrayıl Əliyevin bildirdiyinə görə, şəbəkə ilə paralel işləyən sistemlərdə istehsal olunan enerjinin bir hissəsinin ümumi şəbəkəyə ötürülməsi nəzərdə tutulduğundan enerji təchizatı müəssisəsi ilə müqavilənin bağlanması zəruridir.

Bu məsələ Nazirlər Kabinetinin 2023-cü ilin sentyabrında təsdiq etdiyi aktiv istehlakçıların dəstəklənməsi mexanizmi ilə tənzimlənir. Mövcud qaydalara əsasən, hər bir fiziki və hüquqi şəxs müəyyənləşdirilən texniki şərtlərə uyğun olaraq, gücü 150 kilovatadək bərpaolunan enerji qurğularını elektrik şəbəkəsinə qoşa bilər. Bununla belə, quraşdırılacaq qurğunun gücünün obyektin elektrik təchizatı imkanlarına və digər texniki tələblərə uyğun olması da vacib şərtlərdən biridir.

Günəş paneli quraşdırmaq istəyən hər bir vətəndaş, ilk növbədə, evinin elektrik enerjisinə olan tələbatını, mövcud elektrik təchizatı gücünü və gələcəkdə istifadə edəcəyi avadanlıqların yükünü müəyyənləşdirməlidir. Bundan sonra uyğun gücə malik sistem seçilməlidir. Mütəxəssislərin qənaətinə görə, bir çox fərdi yaşayış evlərinin elektrik enerjisi tələbatının əhəmiyyətli hissəsini qarşılamaq üçün 2-5 kilovat gücündə Günəş elektrik sistemi kifayət edə bilər.

Ailələrin əlavə gəlir mənbəyi

Fərdi evlərdə Günəş panellərinin quraşdırılmasını daha cəlbedici edən əsas amillərdən biri istehsal olunan artıq elektrik enerjisinin ümumi şəbəkəyə ötürülməsi imkanının yaradılmasıdır. Bu, vətəndaşın yalnız enerji istehlakçısı deyil, eyni zamanda, istehsalçısı kimi çıxış etməsinə şərait yaradır.

Azərbaycanda tətbiq olunan aktiv istehlakçıların dəstəklənməsi mexanizmi məhz bu məqsədə xidmət edir. Mexanizmin mahiyyəti isə ondan ibarətdir ki, vətəndaş öz ehtiyacından artıq istehsal etdiyi elektrik enerjisini ümumi şəbəkəyə ötürə, ehtiyac yarandıqda isə həmin şəbəkədən elektrik enerjisi ala bilir. Məsələn, fərdi evin damında quraşdırılmış Günəş panelləri gün ərzində ailənin istehlakından daha çox elektrik enerjisi istehsal edir. Bu halda artıq enerji ümumi şəbəkəyə ötürülür. Hesabat dövründə şəbəkəyə verilən enerjinin həcmi şəbəkədən alınan enerjinin həcmindən çox olarsa, yaranan müsbət fərq müəyyənləşdirilən qaydada pul şəklində kompensasiya edilir.

Beləliklə, Günəş panellərinin quraşdırılması ailənin elektrik enerjisinə çəkdiyi xərcləri azaltmaqla yanaşı, əlavə gəlir əldə etməsinə də imkan yaradır. Bu mexanizm xüsusilə gündüz saatlarında evdə enerji istehlakı az olan, lakin Günəş enerjisi istehsalı yüksək səviyyədə həyata keçirilən təsərrüfatlar üçün əlverişli sayılır.

Ekoloq Rövşən Abbasov aktiv istehlakçıların dəstəklənməsi mexanizminin perspektivdə enerji sisteminə müsbət təsir göstərəcəyini bildirir. Onun fikrincə, Azərbaycanda vahid elektrik enerjisi sisteminin mövcudluğu fərdi istehsalçıların fəaliyyətini ümumi şəbəkə üçün də faydalı edir. Çünki ev təsərrüfatlarının öz elektrik enerjisini istehsal etməsi mərkəzləşdirilmiş sistemdən alınan enerjiyə tələbatı müəyyən qədər azalır.

Məsələn, eyni məhəllədə yaşayan iki qonşudan biri Günəş panellərindən istifadə edirsə, onun ümumi şəbəkədən aldığı elektrik enerjisinin həcmi azalır. Nəticədə həmin ərazidə şəbəkəyə düşən yük də müəyyən qədər az qeydə alınır. Bu proses geniş miqyas aldıqda paylayıcı şəbəkələrin fəaliyyəti də müsbət yöndə tənzimlənir, enerji təminatının daha səmərəli təşkili reallaşır.

Ekoloq özəl sektorun alternativ enerji istehsalına cəlb edilməsini də müsbət qiymətləndirir. Rövşən Abbasovun qənaətinə görə, kiçik özəl elektrik enerjisi istehsalçılarının sayının artması və onların fəaliyyətinin geniş miqyasda bərpa olunan enerji mənbələrinə əsaslanması dövlətin enerji sisteminə əlavə dəstək verir.

Bu, eyni zamanda, dövlət və özəl sektor arasında əməkdaşlığın genişlənməsi, yeni investisiyaların cəlb olunması, texniki xidmət və quraşdırma sahələrində yeni iş yerlərinin yaradılması baxımından da əhəmiyyətlidir. Başqa sözlə, alternativ enerji istehsalının inkişafı təkcə energetika sahəsində deyil, bütövlükdə, iqtisadiyyatda yeni fəaliyyət istiqamətlərinin formalaşmasına da təkan verir.

Energetika nazirinin müavini Elnur Sultanov Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda bildirib ki, Azərbaycanda aktiv istehlakçı konsepsiyası mövcuddur. Bu çərçivədə hər bir vətəndaş, eləcə də hər bir hüquqi və fiziki şəxs öz evinin və ya şirkətinin ərazisində 150 kVt-a qədər gücə malik elektrik enerjisi istehsal edə bilər. Nazir müavininin sözlərinə görə, bu, təxminən, 300 günəş panelinin quraşdırılması deməkdir.

İstehlakçı istehsal etdiyi elektrik enerjisindən öz ehtiyacı üçün istifadə edə, artıq qalan hissəsini isə sata və gəlir götürə bilər. Bu imkan artıq əlçatandır. Vətəndaş ASAN xidmətə müraciət etməklə müvafiq prosesi həyata keçirmək imkanına malikdir.

Vaqif BİNYATOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Noyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri