Icma.az
close
up
RU
Hər gün istifadə etsəniz... VACİB XƏBƏRDARLIQ!

Hər gün istifadə etsəniz... VACİB XƏBƏRDARLIQ!

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Qidalanma yalnız bədən sağlamlığı üçün deyil, eyni zamanda sinir sistemi üçün də mühüm rol oynayır. Alimlərə görə, bəzi qidalar beyindəki kimyəvi tarazlığı dəyişdirə və əhval-ruhiyyəyə təsir edə bilir. Bəs əsəblərin tez pozulması və gərginlik halları düzgün olmayan qidalanma ilə əlaqəli ola bilərmi? Gün ərzində qəbul etdiyimiz qidalar bizi daha sakit və ya daha əsəbi biri halına gətirə bilərmi?

“Yeni Sabah” bu barədə qida eksperti İlkin Şirinovla danışıb. Ekspert qeyd edib ki, qidaların əsəb sisteminə təsiri ilə bağlı fikirlərə bəzən dırnaqarası yanaşırıq:

“Amma birbaşa olaraq, qidalanmağımız əsəb sisteminə təsir edir. Yəni nə yeyiriksə, ona bənzəyirik. Hazırda bir çox insanın yaşadığı qəbzlik problemi var. Həkimlər bu barədə daha çox məlumatlıdır ki, həmin xəstəlik əsəb sisteminə necə təsir edir. Ona görə də qəbzlik yaradan qidalardan da uzaq durmaq vacibdir. Məsələn, gecə yarısı həddən artıq ət yemək insanda qəbzlik probleminin ortaya çıxmasına səbəb olur”. 

Ekspert onu da qeyd edib ki, əsəb sisteminə təsir edənlər arasında birinci sırada dayanan energetik içkilərdir:

“Gündəlik olaraq qəbul edilən energetik içkilər asılılıq yaradır. İnsanlar özlərini psixoloji olaraq, inandırmağa çalışırlar ki, bu içkilər əhvalı yüksəldir. Ancaq heç də elə deyil. Əksinə sinir sisteminə təsir edərək asılılıq yaradırlar.

Karbohidratlar isə beyinə xoşbəxtlik hormonu ötürür. Bu da insanı sakitləşdirməyə kömək edə bilər. Balıq məhsullarının da insan sağlamlığına, sinir sisteminə müsbət təsirləri var. Həmçinin, meyvə-tərəvəzlər də bu sıraya aiddir. Şəkər miqdarının həddən artıq qəbulu da insan sağlamlığına zərər vurmaqla yanaşı əsəb sistemimizi korlaya bilər. Məsələn, kofein az miqdarda qəbul ediləndə insanda enerji yaratsa da, gündəlik istehlakda asılılıq ortaya çıxa bilər.

D vitamini çatışmazlığı isə insanlarda ruh düşkünlüyünə, əhval-ruhiyyənin pozulmasına gətirib çıxara bilər. Həmçinin, şokoladdan istifadə zamanı da diqqətli olmaqda fayda var. Ən bəlalı məsələ isə “fast food”lardır. Bunlardan uzaq dursaq, sinir-stresdən də yaxamızı qurtarmış olarıq.

Bütün bunları nəzərə alaraq, yaxşı olar ki, insanlar qidalandıqları məhsullara diqqət yetirsinlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://news24.az
archiveBu xəbər 01 İyul 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri