Hər gün saçını yuyanlara pis xəbər: Mütəxəssislər xəbərdarlıq edir
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son zamanlar mütəxəssislər saç baxımı ilə bağlı geniş yayılmış vərdişlərdən biri - saçın hər gün yuyulmasının zərərli ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Milli.Az xəbər verir ki, dermatoloqların sözlərinə görə, saçın gündəlik yuyulması baş dərisinin təbii yağ balansını pozur. Bu isə saçların qurumasına, kövrəkləşməsinə və daha tez tökülməsinə səbəb ola bilər. Xüsusilə kimyəvi tərkibli şampunlardan tez-tez istifadə baş dərisini qıcıqlandıra və kəpək problemini artıra bilər.
Mütəxəssislər bildirirlər ki, saç dərisi təbii olaraq sebum adlı qoruyucu yağ ifraz edir. Saçın hər gün yuyulması bu təbii qoruyucu qatın tez-tez itirilməsinə gətirib çıxarır. Nəticədə saç həm daha tez yağlanır, həm də sağlam görünüşünü itirir.
Araşdırmalara görə, saçın yuyulma tezliyi saç tipinə uyğun tənzimlənməlidir. Yağlı saçlar üçün həftədə 3-4 dəfə, quru və normal saçlar üçün isə daha az yumaq tövsiyə olunur.
Mütəxəssislər həmçinin bildirirlər ki, düzgün şampun seçimi, ilıq su ilə yuma və saç dərisinə zərif qulluq sağlam saçların qorunmasında əsas rol oynayır.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:291
Bu xəbər 03 Aprel 2026 06:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















