Icma.az
close
up
RU
Hər hücumdan sonra yüksələn yeni bir bayraq: İranın proksi qüvvələri ABŞ yə necə cavab verəcək?

Hər hücumdan sonra yüksələn yeni bir bayraq: İranın proksi qüvvələri ABŞ yə necə cavab verəcək?

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İyunun 22-də ABŞ İranın nüvə obyektlərinə dəqiq zərbələr endirməklə Yaxın Şərqdə tarazlığı bir daha pozdu. Bu, təkcə iki dövlət arasında toqquşma deyil, həm də genişmiqyaslı geosiyasi zəlzələnin yeni təkanlarıdır. Vaşinqtonun bu qərarı Tehranın nüvə ambisiyalarına qarşı sərt siqnaldırsa, İran üçün bu, sadəcə, strateji obyektlərin deyil, milli suverenliyin hədəfə alınmasıdır.

Tarix də göstərir ki, belə qarşıdurmaların ardınca meydanı təkcə ordular deyil, qeyri-dövlət aktorları - proksi qüvvələr də doldurur. İran illərdir regionda qurduğu "vəkalət şəbəkəsi" ilə rəqiblərinə cavab verir. "Hizbullah", "Həşdi Şəəbi", husilər və digərləri artıq siqnalları alıblar. Amma bu dəfə təkcə mövcud proksilər deyil, yeni, daha radikal, daha lokal silahlı qrupların da yaranması ehtimalı artıb. Yəni ABŞ-nin İrana birbaşa müdaxiləsi Yaxın Şərqi yenidən ideoloji, dini və strateji savaş meydanına çevirə bilər. Hər yeni qruplaşma, hər yeni bayraq isə regionu daha da parçalayacaq.

İran uzun illərdir "asimmetrik müharibə" strategiyası ilə Qərbə və regional rəqiblərinə qarşı proksi güclərlə cavab verir. Bunların arasında İsrailə qarşı ən güclü qeyri-dövlət silahlı aktor Livan "Huzbullah"ı, İranın İraqdakı təsir aləti "Həşdi Şəəbi", Səudiyyə Ərəbistanı ilə müharibədə İrana bağlı əsas qüvvə "Ənsər Allah" (husilər), Suriya milisləri və Əfqanıstan və Pakistan şiələrindən təşkil olunmuş İranın Suriya dəstəyi "Fatimiyyun diviziyası" və digərləridir. İndi bu qüvvələrin səssiz durması mümkün deyil. Hər biri hücumun miqyasına uyğun, öz coğrafi mövqeyindən cavab verməyə hazır ola bilər.

Yeni proksi qüvvələr yaranacaq?

Məsələnin digər tərəfi yeni proksi qüvvələrin yaranması ilə bağlıdır. Həmçinin hazırkı qüvvələrin müxtəlif ərazilərdə yeni qolları da yarana bilər. Artıq həmin hərəkatlar bəyanatlar da veriblər. İraqda və Suriyada daha öncə gizli fəaliyyət göstərən qrupların indi açıq formada ABŞ bazalarına hücumları arta bilər.

Yeni dövrdə, sadəcə, silah yox, informasiya silahı da vacibdir. İran sosial mediada fəaliyyət göstərən psixoloji müharibə vasitəsilə də yeni müstəviyə keçə bilər. Nəticədə müharibə həm də sərhədlərdən kənarda başlaya bilər. Bu münaqişə artıq bir dövlətlə başqasının qarşıdurması deyil. Bu, qlobal güc balansının yeni şəkildə qurulması cəhdidir. ABŞ birbaşa hücum edərək İranın nüvə proqramını dayandırmaq istəyir, amma buna cavab regionun hər küncündə, fərqli adlar, fərqli bayraqlar altında veriləcək.

Xatırlatmaq yerinə düşər ki, bu, ilk deyil, tarixdə buna bənzər nümunələr də var. ABŞ-nin birbaşa müdaxilələrindən sonra lokal müqavimət hərəkatlarının və proksi qüvvələrin necə yarandığını göstərən ən bariz nümunə İraqdır. Birləşmiş Ştatların 2003-cü ildə Bağdada əsassız hücumundan sonra onlarla proksi qüvvələr, terror hərəkatları, silahlı qruplaşmalar yarandı. Bu, İrana qarşı hazırkı hücumun da hansı nəticələrə yol aça biləcəyinə dair real model verir. Necə ki Vaşinqtonun İraqa hücumundan sonra ABŞ-yə qarşı Mehdi Ordusu ("Cəyş əl-Mehdi"), Səddam Hüseynin devrilməsindən sonra minlərlə keçmiş əsgər və zabit tərəfindən qurulan yeni silahlı dəstələr, bu boşluqdan istifadə edərək "Əl-Qaidə"nin "Əl-Qaidə İraq" adlı yeni qolu, İranın dəstəklədiyi şiə milis qrupları "Kətaib Hizbullah", "Əsəib Əhl əl-Həqq", "Bədr Korpusu" və yüksəliş mərhələsinə qədəm qoyan İraq Şam İslam Dövləti (İŞİD) kimi hərəkatlar yarandı, Tehrana hücum da tarixin təkrarlanmayacağına zəmanət vermir. Bu qruplar, əsasən, Birləşmiş Ştatlara qarşı vuruşsalar da, daha çox İranın proksi alətləri kimi möhkəmləndi və İraqın siyasi həyatına da müdaxilə etdilər. Yəni hücum İraqa edilsə də, İran da bundan kifayət qədər öz maraqları üçün istifadə etdi. İŞİD-in yaranması isə ümumiyyətlə dövlətin yıxılmasından sonrakı ikinci dalğa idi.

Bu nümunə İran üçün hansı siqnalları verir?

Qeyd etdiyim kimi, hücum İraqa edilsə də, İranın da bundan kifayət qədər öz maraqları üçün istifadə etməsinin İranın özünə edilən hücum fonunda hansı nəticələri meydana gətirəcəyini təsəvvür eləmək çətin deyil. Lakin necə ki İran İraqdakı parçalanmadan sui-istifadə etdi, İrandakı mövcud vəziyyət də ölkədə, xüsusilə etnik xalqlar arasında daxili müqavimət qruplarını formalaşdıra bilər və artıq bunun nümunələri də var.

Digər tərəfdən isə İranın proksi şəbəkəsinin ABŞ qüvvələrinə və müttəfiqlərinə qarşı regional hücumları artıracağı istisna deyil. Hətta "Qisas qüvvələri", "Nüvə şəhidləri" və s. kimi yeni silahlı ideoloji strukturlar da yarana bilər.

Çünki tarix göstərir ki, bir rejimə raketlə zərbə endirildikdə cavab təkcə ordudan gəlmir. Bu cavab bəzən küçələrdə də, dini məbədlərdə də, strateji obyektlərdə də və ən əsası - cəbhə xətlərində fərqli adlarla, fərqli formalarda baş verir. Bu isə o deməkdir ki, bu xəmir hələ çox su aparacaq.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 İyun 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri