Icma.az
close
up
RU
Hər iki ölkə prezidenti gələcək dünyamızın sabitliyi üçün çalışır Millət vəkili

Hər iki ölkə prezidenti gələcək dünyamızın sabitliyi üçün çalışır Millət vəkili

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Almaniya Prezidentinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ilə görüşləri baş tutub. Heyətlərarası geniş tərkibli görüş, eyni zamanda görüşlərdən sonra hər iki prezidentin mətbuat konfransı və verdikləri açıqlamalar bu gün həm ölkənin, həm də dünyanın gündəmindədir".

Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Jalə Əliyeva Azərbaycan və Almaniya dövlət başçılarının ötən gün baş tutan görüşünü şərh edərkən bildirdi.

"Səfər bugünkü dəyişən dünya düzəni, ölkələrarası münasibətlər, münasibətlərin gələcəyinin müzakirə edilməsinin bir poliqonuna çevrilmiş oldu. Görüşlərdən sonra mətbuat konfransında cənab İlham Əliyevin söylədiyi fikirlər həm Azərbaycan-Almaniya münasibətlərinin, həm də eyni zamanda ölkənin və dünyanın siyasi inkişafı sahəsində atılmalı olan addımların yol xəritəsinə çevrildi. Prezident xüsusilə iqtisadi münasibətlərimizin xüsusi inkişafından danışaraq gələcək planlar haqqında açıqlamalar verib. Ölkəmizdə keçirilən COP 29 çərçivəsində ölkələr arasında əlaqələrdən bəhs olundu. Bu gün dəyişən dünya düzəni çərçivəsində, xüsusilə Amerika-Avropa İttifaqı, Rusiya-Qərb münasibətlərində gözə çarpan gərginliklər haqqında danışaraq, gərginliklərin ölkələrarası münasibətlərə zərər yetirməməsi üçün birlikdə səylərimizi artırmalı olduğumuzu qeyd etdi. Gələcək perspektivlər haqqında da fikir mübadiləsi aparıldı".

Millət vəkili qeyd etdi ki, dövlət başçımız eyni zamanda ədalət və hüquqlarımız mövzusundan danışıb.

"Uzun illərdir həllini tapa bilməyən, amma nəhayət Azərbaycanın öz imkanları və şücaəti ilə verdiyi qəti qərarlarla həllini tapmış olan münaqişəmiz haqqında söhbət etdi. Bu münaqişənin həllinin qalıcı olması və sülh müqaviləsinin əhəmiyyətindən bəhs olundu. Artıq həm Azərbaycanın, həm Ermənistanın sülh imzalama prosesinə çox yaxınlaşdığını da bəyan edib. Almaniya-Azərbaycan münasibətlərinə uğurlar dilənib. Almaniya Prezidenti də öz çıxışında Almaniya və Azərbaycan arasındakı tarixi münasibətlərə toxunub. Xüsusilə də Azərbaycanda bir zamanlar mövcud olan, Azərbaycana köç etmiş alman əsilli vətəndaşlar haqqında danışıb. Azərbaycanda mövcud olan mədəniyyətdən, tolerantlıqdan danışılıb. Almaniya Prezidenti də ölkələrimiz arasında iqtisadi və siyasi sahələrdə münasibətlərin bundan sonra da inkişaf etdirilməsi əzmində olduqlarını öz açıqlamaları ilə bəyan etmişdir".

Müsahibimizin sözlərinə görə, bu səfər çərçivəsində fikir mübadilələri, açıqlamalar bugünkü Azərbaycan-Almaniya ikitərəfli münasibətlərini deyil, eyni zamanda müasir dünya şərtlərinin tələbləri istiqamətində, dəyişən dünya düzəni çərçivəsində çox əhəmiyyətli məqamları özündə ehtiva edir.

"Cənab Prezidentin də söylədiyi kimi, biz sülhü sadəcə ölkəmiz üçün istəmirik. Almaniya başçısının fikirlərində də bu düşüncələr öz əksini tapırdı. Biz gələcək dünyamızın sabitliyi, stabilliyi üçün çalışırıq. Düşünürəm ki, görüşün əsas ana xətti bu nikbin və konstruktiv fikir təməlində qurulmuşdur. Bu baxımdan bu səfəri və görüşləri çox uğurlu olaraq qiymətləndirə bilərik", - deyə J.Əliyeva vurğuladı.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Aprel 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri