Icma.az
close
up
RU
Hər il artırılan Həcc qiymətləri: “QMİ bu ibadəti düzgün təbliğ etmir” İlahiyyatçıdan İRADLAR

Hər il artırılan Həcc qiymətləri: “QMİ bu ibadəti düzgün təbliğ etmir” İlahiyyatçıdan İRADLAR

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən gün Qafqaz Müsəlmanları İdarəsi 2025-ci ildə Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün qiymətləri açıqlayıb.

Məlumata əsasən bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir.

Qeyd edilib ki, ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Məsələ ilə bağlı Gununsesi.info -ya danışan ilahiyyatçı Tural İrfan deyib ki, uzun illərdir ki, Qafqaz Müsəlmanları İdarəsi Həccin mahiyyətini, fəlsəfəsini düzgün təbliğ etmir.

Onun sözlərinə görə, burada əsas diqqət dini tərəfdən çox, qazanc məqsədinə yönəldilib.

“Həcci Kərbəla, Məşhəd və digər ziyarətlər kimi təqdim edərək, onu sadəcə bir ziyarət kimi təbliğ ediblər. Halbuki Həcc, ziyarət deyil, ibadətdir. İbadət və ziyarət arasında isə ciddi fərq var. Bahalıq səbəbindən narazılıq da əsasən bu yanlış təqdimatın nəticəsidir.

İslamın vacib şərtlərindən biri olan Həcc, digər ziyarətlərdən fərqlənir. Lakin bu ibadəti yerinə yetirmək üçün əsas şərt, müsəlmanın maddi cəhətdən buna imkanının olmasıdır. Yalnız maddi imkanı olan şəxslər Həccə gedə bilərlər.

Necə ki, Cümə namazı sağlam insanlara vacibdirsə, Həcc də maddi cəhətdən imkanlı müsəlmanlar üçün fərzdir.
Əgər bir müsəlmanın maddi imkanı yoxdursa, bu ibadət ona vacib deyil və narahat olmasına da ehtiyac yoxdur.

Təəssüf ki, illərdir davam edən yanlış təbliğat nəticəsində insanlar Həccə turizm turları kimi yanaşır, bu da anlaşılmazlıqlara səbəb olur.

Kərbəla və Məşhəd kimi yerlərə getmək isə könüllü ziyarətdir və təbii ki, bunun üçün maddi imkanlar lazımdır.

Lakin bu ziyarətlər İslamda vacib deyil. Borc alıb, kredit götürüb və ya başqasının haqqını kəsərək həmin yerlərə getmək nəinki savab gətirir, əksinə, günah hesab olunur.

Əgər insan xeyirxah işlərlə məşğul olarsa həmin yerlərə getməsə belə, o savabı qazanmış sayılır. Lakin Həcc bu kimi ziyarətlərdən fərqlidir. İslamın vacib şərtləri Həcc zamanı yerinə yetirilir.

Əgər müsəlmanın maddi vəziyyəti və imkanları buna yol verirsə, o, mütləq Həcc ibadətini yerinə yetirməlidir”, – deyə ilahiyyatçı əlavə edib.

O, vurğulayıb ki, illərdir ki, yanlış yönləndirmələr nəticəsində müşahidə edirik ki, Həccə gedənlərin əksəriyyəti dini biliklərə sahib olmayan, hətta namaz qılmayan, kəlimeyi-şəhadətini belə düzgün deyə bilməyən şəxslərdir:“Nəticədə Həcc ibadəti turizm səfəri və ya ziyarətə çevrilmiş olur. Həcc əsla sadə bir ziyarət deyil. Çünki ziyarətə hər kəs gedə bilər, amma Həccə getmək üçün müəyyən şərtlər mövcuddur. Həccin şərtləri ağırdır və sadəcə maddi məsuliyyətdən ibarət deyil, həm də mənəvi məsuliyyət daşıyır.

Həcc ibadəti İslamın şərtləri sırasında namaz, oruc və zəkatdan sonra gəlir. Bu da o deməkdir ki, əgər müsəlman namazını, orucunu və zəkatını düzgün yerinə yetirirsə və maddi imkanı da varsa, o zaman Həccə getməlidir. Namaz qıla bilməyən birinin Həccə getməsi, üzə bilməyən birinin dənizə girməsi kimidir.

Kərbəla və Məşhəd ziyarətləri də savab və gözəl bir işdir. Lakin təəssüf ki, bu ziyarətlər son zamanlarda əvvəlki mahiyyətindən fərqli olaraq, İranın fars molla rejimi tərəfindən siyasi məqsədlərlə istifadə edilməyə başlanıb.

Bu ziyarətlərə gedən insanlar, təsir altına salınaraq, öz ölkələrinə qarşı istifadə edilmək məqsədilə casusluğa cəlb edilirlər. İran rejimi dini, öz çirkin məqsədlərinə xidmət etmək üçün təhrif edərək, insanların dini inancını istismar edir.

İmamların ziyarətinə gedənləri imansızlığa cəlb edirlər. Onlara pulsuz növbəti ziyarət vəd edərək, ya da başqa şirnikləndirici yollarla insanların dini inancını istismar edir və məkrli niyyətlərlə istifadə edirlər. İmamlar isə belə buyurur: “Siz düz olun, xeyirxah olun, təqvalı olun, bu kifayətdir. Bizi ziyarətə gələ bilməsəniz belə, biz sizi ziyarət edərik.

Yəni, dinin əsas məqsədi insanların düzgün yolda olmalarını təmin etməkdir. Ziyarət adı altında harasa gedib doğru yoldan azmaq isə İmamların yoluna da ziddir”.

O qeyd edib ki, bu kimi ziyarətlər yolunda israf etmək və borca düşmək, Əhli-Beytin yoluna uyğun deyil.

“Kasıba, miskinə, xəstəyə, yetimə əl tutmaq yüz elə ziyarətin savabını qazanmağa bərabərdir. İmam sağ olsa idi heç zaman razı olmazdı ki, kimlərəsə borc alıb, kredit götürüb, qızılını girov qoyub onun ziyarətinə getsin. Əksinə, dinimizin əsas təlimi, maddi və mənəvi cəhətdən başqalarına kömək etmək, insanları doğru yolda tutmaqdır.

Peyğəmbərin (s) sağlığında iman gətirmiş yəmənli Veysəl Qarani, xəstə anasının yanından ayrılıb Peyğəmbərin (s) ziyarətinə gedə bilməmişdi. Hər ikisi eyni coğrafiyada, eyni dövrdə yaşasa da, görüşə bilməmişdilər. Peyğəmbər (s) isə onun bu hərəkətini yüksək qiymətləndirmiş və ona salamını, xeyir-duasını çatdıraraq, əbasını hədiyyə olaraq iki əshabı ilə göndərmişdi.

Veysəl Qarani böyük övliyalardan sayılır. Anasının qayğısına qalmaq onu Peyğəmbər (s) ziyarətindən uzaq saldı, amma Peyğəmbər (s) bunu yüksək qiymətləndirdi. Bu hadisə bizə göstərir ki, dinimiz öncə yaxınlarımızın və ehtiyacı olanların qayğısına qalmağı tələb edir. İslamda ən önəmli məsələ, insanın əvvəlcə öz ətrafındakılara xidmət etməsi, onların rifahına çalışmasıdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Yanvar 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri