Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hər ili bir əsrə bərabər ömür: Adını Dünya Türk tarixinə qızılı hərflərlə yazdıran məşhur alim, akademik Yaqub Mahmudov

Hər ili bir əsrə bərabər ömür: Adını Dünya Türk tarixinə qızılı hərflərlə yazdıran məşhur alim, akademik Yaqub Mahmudov

Icma.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.

Hər ili bir əsrə bərabər ömür: Adını Dünya Türk tarixinə qızılı hərflərlə yazdıran məşhur alim, akademik Yaqub Mahmudov

Həyatda elə insanlar var ki, onları bütün həyatlarını mənsub olduqları millətin tarixi, keçmişi, dünənu, bu günü və gələcəyi haqqında həqiqətlərin dünyaya çatdırılmasına həs edir və bu yolda gecə-gündüz bilmədən çalışır, bütün çətinliklərə, təzyiqlərə, təhdidlərə mətanətlə sinə gərir, heç bir qüvvə onları öz yollarından döndərə bilmir. Belə insanlardan biri də adını XX-XXI əsr Türk dünyası tarixinə qızılı hərflərlə yazdıran və Ulu Öndər Heydər Əliyev tərəfindən böyük tarixçi alim adlandırılan, qələmi ilə görkəmli sərkərdələrimiz qədər zəfərlər yazan alovlu vətənpərvər alim, akademik Yaqub Mahmudovdur. Gələcəkdə nəinki, Azərbaycan, həm də Türk dünyasnın görkəmli tarixçisi olacaq Yaqub Mahmudov hələ gənc yaşlarından çoxlarının həsəd apardığı istedadı ilə seçilməsi, Azərbaycan tarixi haqqında həqiqətlərin ört-basdır edilməsinə qarşı cəsarətlə çıxış etməsi, dövlətçiliyimizin olmaması barədə imperiya nökərlərinə züy tutan, millətinə xəyanət edən, türklüyümüzü farsların quyruğuna bağlamağa can atan, o taylı- bu taylı vətənimizdə türkün varlığını inkar edən bəzi qondarma, əldəqayırma "tarixçi-akademik"lərə qarşı apardığı mübarizəsi ilə XX-XXI əsr dünya siyasətinin ən görkəmli siyasətçisi olan Ulu Öndər Heydər Əliyevin də diqqətini cəlb etmişdi. Ulu Öndər Yaqub Mahmudovu gənc yaşlarından yüksək vəzifələrə təyin etmişdi. Yenə də fəxr və qürurla qeyd edık ki, hörmətli akademikimiz , günümüzdə Türk dünyası tarixinin ağsaqqalı akademik Yaqub Mahmudovun Ümumtürk tarixinə göstərdiyi əvəzsisz xidmətlərinə qiymət vermək olduqca çətindir. Bu, Yaqub Mahmudovun yaşadığı şərəfli və qürur dolu, hər ili bir əsrə bərabər bir ömrüdür.

Bu gün, fevralın 10-u tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiq üzvü, Azərbaycanın və Dağıstanın Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laueratı akademik Yaqub Mahmudovun doğum günüdür.

Yaqub Mikayıl oğlu Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1966-cı ildə “Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyası, 1989-cu ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı – XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Yaqub Mahmudov 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini vəzifələrində çalışıb.

1968-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) baş müəllim və dosent işləyib.

1981-2004-cü illərdə BDU-nun Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini və dekan olub.

Yaqub Mahmudov 1986-1990 və 1994-2004-cü illərdə Tarix fakültəsinin dekanı işləyib. Dekan olarkən onun sədri olduğu fakültə Elmi Şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir. Elə həmin dövrdə Yaqub Mahmudov milli azadlıq hərəkatının mərkəzlərindən biri olan Tarix fakültəsinin bir qrup tələbəsinin universitetdən qovulmasının qarşısını alaraq, 1990-cı ildə dekan vəzifəsindən istefa verib. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 1994-cü ildə dekan vəzifəsinə bərpa olunub.

Yaqub Mahmudov 1991-ci ildən BDU-nun Tarix fakültəsinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir. Kafedranın formalaşması onun adı ilə bağlıdır.

Yaqub Mahmudov 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ilk Təhsil Qanununu hazırlayan ekspert-işçi qrupuna rəhbərlik edib. Onun təqdimatı ilə Milli Məclisdə qəbul olunan qanun əsasında ölkədə müasir təhsil sisteminə keçilib. Müstəqillik dövrünün ilk “Azərbaycan tarixi” və “Orta əsrlər tarixi” dərslikləri onun qələminin məhsuludur.

Yaqub Mahmudov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışıb.

Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq Yaqub Mahmudov tərəfindən yazılan "Real tarix və "böyük Ermənistan" uydurması" fundamental tədqiqatı da tariximizdə böyük hadisələrdən birinə çevrildi. Bu əsərlə də erməni qəsbkarlarının Azərbaycana qarşı ərazi iddiaları ifşa edildi. Onu da deyək ki, əsər 11 dildə işıq üzü görüb.

O, 2004–2021-ci illərdə AMEA-nın Tarix İnstitutunun (indiki Tarix və Etnoqrafiya İnstitutu) direktoru olub. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. 1000-dən çox elmi əsərin müəllifidir. Diplomatiya tarixi, itirilmiş torpaqlar və soyqırımları tarixi istiqamətləri üzrə elmi məktəblər yaradıb. Onun elmi rəhbərliyi ilə 74 nəfər fəlsəfə və elmlər doktoru yetişib.

Yaqub Mahmudovun həmmüəllif və naşiri olduğu fundamental tədqiqatlar – "Qarabağ: real tarix, faktlar, sənədlər", "Naxçıvan: tarixi və abidələri" və "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabları Dövlət Mükafatına layiq görülüb. O, "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nın (2 cilddə) baş redaktoru və Azərbaycan Milli Ensiklopediyasıredaksiya heyətinin üzvüdür. 20 cildlik "Seçilmiş əsərləri" çapdan çıxıb. Əsərləri bir çox xarici ölkələrdə (Türkiyə, Pakistan, Rusiya, Böyük Britaniya, ABŞ, Qırğızıstan, Almaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Polşa, Ukrayna, İtaliya, Misir, Cənubi Koreya, İsveç və Meksika) nəşr olunub.

Yaqub Mahmudov tarix elmimizi dünya miqyasında layiqincə təmsil edir. O, XXI əsrin məşhur elm adamlarının siyahısına daxil edilib.

Məhz bütün bunlara görə Ulu öndər Heydər Əliyev Yaqub Mahmudovun elmi fəaliyyətini yüksək qiymətləndirərək, onu Azərbaycanın “böyük alimi”, “böyük tarixçisi” adlandırıb.

Yaqub Mahmudov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. II, III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. O, prezident seçkilərində ulu öndər Heydər Əliyevin, sonra isə İlham Əliyevin vəkili olmuş və onların bir sıra rəsmi dövlət səfərlərində iştirak etmişdir.

Sonrakı illərdə də Yaqub Mahmudov tarix elmimizə əvəzsiz töhfələr verməkdə davam edib. Onun rəhbərliyi altında orta ümumtəhsil məktəbləri üçün "Azərbaycan tarixi" və "Orta əsrlər tarixi" dərslikləri nəşr edilib, bütün türk dövlətlərinin tarixi "Orta əsrlər tarixi" dərsliyinə daxil edilib, "Ata yurdu" dərsliyi isə 2003‐cü ildə Azərbaycan tarixinə aid yeni elmi baxışa və dərslik mədəniyyətində uğurlu səhifə açdığına görə "İlin dərsliyi" seçilib.

AzərbaycanPrezidenti İlham Əliyev və Birinci-vitse prezident Mehraban xanım Əliyeva da Yaqub Mahmudovun tarix elmimizə, dövlətçilil tariximizə verdiyi tıhfələri yüksək qiymətləndiriblər.

Elmi dərəcə və adları: tarix üzrə fəlsəfə doktoru (1966), tarix üzrə elmlər doktoru (1989), AMEA-nın müxbir üzvü (2007), AMEA-nın həqiqi üzvü (2017), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (2019), Azərbaycan Respublikasının Əməkdar elm xadimi (1992) və Dövlət Mükafatı laureatı (2012), Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar elm xadimi, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, “The Name in Science” (“Elmdə ad”) fəxri titulu, “Ən yaxşı baş menecer” fəxri adı və Oksford Akademik Birliyinin fəxri professoru (2019).

Təltif olunduğu orden və medallar: “Şöhrət” (1999), “Şərəf” (2009), “Ataman Anton Qolovatıy” (2013), 1-ci dərəcəli “Əmək” (2019) ordenləri, “Azərbaycan polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (2018), Milli Məclisin “Parlament” medalı (2018), “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (2019), “General Səməd Bəy Mehmandarov” yubiley medalı (2019), “Simurq” beynəlxalq medalı (2019), “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (2019), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Beynəlxalq Qızıl Ulduz” medalı (2019), “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (2019), “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (2019), “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (2020) və “UN Council for Public Awards” (UNCOPA) təşkilatının “Avropa lideri ulduzu” ordeni (2020).

Layiq görüldüyü mükafatlar: “Yusif Məmmədəliyev”, “Rəsul Rza”, “Qızıl qılınc”, “Qızıl qələm”, “Samir Əsgərxanov”, “Humay” və “Gənclərin dostu” mükafatları laureatı. “Kraliça Viktoriya” Beynəlxalq mükafatı, AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı (2016), Tarix İnstitutunun təsis etdiyi “Gənclərin dostu” mükafatı (2019), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) Beynəlxalq Atatürk Mükafatı (2019) və TDABEA-nın “Türk dünyasında ilin elm adamı” beynəlxalq mükafatı (2020).

Əslində Yaqub Mahmudovun elmi fəaliyyəti o qədər zəngin və çoxtərəflidir ki, bu barədə cild-cild kitablar yazılsa da bəs etməz.

Azərbaycan və Dünya Türk tarixinin ən görkəmli nümayəndəsi, Türk dünyasının həqiqətlərinin işıq üzərinə çıxarılması, əsl tarixinin yazılmasında sözün həqiqi mənasında böyük fədakarlıqlar göstərən, qələmi ilə görkəmli sərkərdələrimiz qədər zəfərlər yazan alovlu vətənpərvər akademik Yaqub Mahmudov min illər bundan sonra belə qürur mənbəyimiz olaraq xalqımızın qəlbində yaşayacaq. Onun Türk dünyası tarixinə göstərdiyi əvəzsisz xidmətlərinə qiymət vermək olduqca çətindir. Şərəfli və qürur dolu bir ömür yaşayır hörmətli akademikimiz Yaqub Mahmudov. Bu əziz gündə onun tariximizin düşmən nəfəslərindən təmizlənməsində həqiqi tariximizin yazılmasında mislisiz xidmətlərinə görə bir daha qarşısında baş əyirik.

.Əziz Mustafa, yazıçı-jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 10 Fevral 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see202

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see165

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri